Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-730/2023 07.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası üzrə mülki işə Samux şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 11055 nömrəli kredit müqaviləsinə əsasən 20013 (iyirmi min on üç) manat əsas borc, 7338 (yeddi min üç yüz otuz səkkiz) manat faiz borcu, 1375 (min üç yüz yetmiş beş) manat dəbbə, cəmi 28.726 (iyirmi səkkiz min yeddi yüz iyirmi altı) manat və ödənilmiş dövlət rüsumunun ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona müraciət edərək 31.55 qram qızıl-zinət əşyalarını “YK Kredo” lombardına girov qoymaqla xx.xx.2022-ci il tarixli, 11055 nömrəli kredit müqaviləsinin prinsiplərini və şərtlərini qəbul edərək, 21460 (iyirmi bir min dörd yüz altmış) manat kredit vəsaiti götürmüş, onunla (“YK Kredo Lombard) Cavabdeh arasında bağlanmış kredit müqaviləsi aşağıdakı kimidir: 31.55 qram qızıl-zinət əşyalarını “YK Kredo” lombardına girov qoymaqla xx.xx.2022-ci il tarixli, 11.055 nömrəli kredit müqaviləsinə əsasən tərəfindən borcalana 36 (otuz altı) ay müddətinə illik 48% (qırx səkkiz faiz) ödənilməsi şərti ilə qrafik üzrə hər ay ödəmək şərti ilə kredit verilmiş, 11055 nömrəli kredit müqaviləsinin qrafik cədvəlinin şərtlərinə görə isə cavabdeh hər ayın 21-də 1134,95 qəpik (min yüz otuz dörd manat doxsan beş qəpik) manat olmaqla ödəniş etməli idi. Cavabdeh xx.xx.2022-ci il tarixli, 11055 saylı kredit müqaviləsi üzrə etdiyi ödənişlər və qalıq borcu aşağıdakı kimidir: fevral 2022-ci il – 1120 manat-858 manat (faiz) = 262 manat (əsas), mart 2022-ci il – 1135 manat -848 manat (faiz) = 287 manat (əsas), aprel 2022-ci il – 1133 manat -836 manat (faiz) = 297 manat (əsas), may 2022-ci il – 1135 manat -825 manat (faiz) = 310 manat (əsas), iyun ayında ödəniş olmamış, xx.xx.2022-ci il tarixdə müştərinin özünün xahişi və iştirakı ilə girov qoyulmuş qızıl-zinət əşyaları aktlaşdırılaraq satışa çıxarılmış, satışdan əldə olunan 1915 (min doqquz yüz on beş) manat əsas borca ödənilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfimizdən göndərilmiş yazlı bildirişi qəbul etsə də, bu günə kimi cavabdeh yuxarıda göstərilən ödənişləri qismən etsə də, halhazırda ödəniş etməmiş və etmək fikri yoxdur. Hal-hazırda Cavabdeh xx.xx.2023-cü il tarixə 200013 (iyirmi min on üç) əsas borcu, 7338 (yeddi min üç yüz otuz səkkiz) manat faiz borcu, 1375 (min üç yüz yetmiş beş) manat dəbbə qalır. O, cavabdehin ona olan borcunu məhkəmədən kənar qayddada heç cür ala bilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı istehlak məqsədi ilə 36 ay müddətinə 21460 (iyirmi bir min dörd yüz altmış) manat məbləğində kreditin ona verilməsini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh öz ərizəsində “YK” lombarddan 21460 manat məbləğində kredit götürdüyünü və girov olaraq 50970 nömrəli iş vəsiqəsini habelə xx.xx.2022-ci il tarixdə əmək haqqı artımının “YK” lombarda verəcəyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 110555 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında krediti 36 ay müddətinə illik 48% dərəcəsi 21460 (iyirmi bir min dörd yüz altmış) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh “YK” lombarda girov kimi qoyduğu qızıl-zinət əşyalarının dəyəri 915 (doqquz yüz on beş) manat qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il ödəniş cədvəlindən görünür ki, cavabdeh 21460 (iyirmi bir min dörd yüz altmış) manat məbləğində krediti 36 ay müddətinə aylıq ödənişi 1135 (min yüz otuz beş) manat olmaqla ödənilməsinə dair cədvəllə tanış olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məxaric xəzinə orderinin surətindən görünür ki, Cavabdeh “YK” lombardan 21460 (iyirmi bir min dörd yüz altmış) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 28593 (iyirmi səkkiz min beş yüz doxsan üç) manat məbləğində borcunun olduğunu və həmin borcun 7 gün müddətinə ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə aryışından görünür ki, Cavabdeh cəmi 28593 (iyirmi səkkiz min beş yüz doxsan üç) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı tərəfindən Cavabdeh 21.460 (iyirmi min dörd yüz altmış) manat məbləğində pul 36 ay müddətinə illik 48 faiz dərəcəsi ilə anuitet qrafik əsasında verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh X1 xx.xx.2021-ci il tarixli, 10801 saylı kredit müqaviləsi üzrə 87.500 manat əsas, 17.500 manat faiz, 200 manat dəbbə pulu, cəmi 105.200 manat, xx.xx.2021-ci il tarixli, 10807 saylı kredit müqaviləsi üzrə isə 32.600 manat əsas, 6.520 manat faiz borcu, 100 manat dəbbə pulu, cəmi 39.220 manat, ümumlikdə isə 144.420 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20013 (iyirmi min on üç) manat əsas, 7338 (yeddi min üç yüz otuz səkkiz) manat faiz və 5 (beş) manat cərimə olmaqla, cəmi 27356 (iyirmi yeddi min üç yüz əlli altı) manat alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən iş üzrə ödənilmiş 206 (iki yüz altı) manat məbləğində dövlət rüsumunun 196,19 (yüz doxsan altı manat, on doqquz qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-730/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-730/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver