Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-731/2025 31.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X19 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan 0.10 ha həyətyanı torpaq sahəsində (JN-895F KOD 50701006 qeydiyyat nömrəli) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən aparılan ölçü işlərinə Cavabdeh tərəfindən olan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu, Nəbiağalı qəsəbəsində yaşayır. Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə ona və övladları X9, X10, X4, X13 və X5 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsinə JN-895F KOD 50701006 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. O, İslahat Komissiyası tərəfindən ona verilmiş həyətyanı torpaq sahəsində yaşayış evi tikmiş və hazırda həmin həyətyanı torpaq sahəsində inşa etdiyi evdə yaşayır. Şəhadətnamə əsasında torpaq sahəsinə və inşa etdiyi yaşayış evinə xüsusi mülkiyyətinə dair çıxarış almaq məqsədi ilə o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları həyətyanı torpaq sahəsində ölçü işləri apararkən Cavabdeh əsassız müdaxilə etmiş və ölçü işlərinin aparılmasına maneəçilik törətmişdir. Ölçü işlərini aparmağa gəlmiş mütəxəssislər cavabdehə qeyri-qanuni hərəkətlərini dayandırmağı təklif etmişlər və müdaxilənin qeyri-qanuni olduğunu bildirmişlər. Cavabdeh torpaq sahəsini ölçməyə gəlmiş mütəxəssislərin qanuni tələblərinə əməl etməmiş və maneəçilik yaratmışdır. Nəticədə qanunsuz müdaxilə nəticəsində ölçü işləri yarımçıq saxlanılmış və o, xüsusi mülkiyyətinə çıxarış ala bilməmişdir. Cavabdeh qanunsuz hərəkəti nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-3865/2025 nömrəli məktubla imtina etmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən qanunsuz müdaxilənin qarşısını almaq üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iddiaçı ilə qohum olmaqla qonşuluqda yaşayır. Ona məxsus torpaq sahəsi iddiaçının torpaq sahəsindən ayrı sahədə yerləşir. O, iddiaçıya məxsus torpaq sahəsinin plan və sxeminin çəkilməsinə heç bir maneə törətməmişdir. Əksinə o, istəyir ki, onun və iddiaçının torpaq sahəsinin plan və ölçüləri çəkilib verilsin. Torpaq sahələrinə dair plan və ölçülərin çəkilməsi ona və iddiaçıya məxsus torpaq sahəsindən çəkilməsi daha düzgün olardı. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil cavabdehlə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Samux rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə” dair JN-895F KOD 50701006 nömrəli şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Nəbiağalı kənd sakinləri İddiaçı, X6, X7, X2, X11 və X3 mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Samux rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə” dair JN-896 F KOD 50701006 nömrəli şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Nəbiağalı kənd sakini X1 mülkiyyətinə 0.18 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, aparılan araşdırma zamanı fərdi yaşayış evində müayinə baxışına şərait yaradılmadığı aşkar edilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 1 saylı Gəncə şəhəri regioanl “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış məktubdan görünür ki, ünvan 3da ümumi sahəsi 91.0 kv.m, yaşayış sahəsi 47 kv.m olan iki yaşayış otağından ibarət fərdi yaşayış evinə dair 1987-ci il tarixdə aparılmış inventarizasiya işləri zamanı texniki pasport X12 və X14 adlarına işlənilmişdir. Fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə iddia tələbindəki arqumentlərlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən gəlməmişdir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə və tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-731/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-731/2025
31.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver