Məhkəmə qərarları › İş №2(058)-734/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-734/2023

19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-734/2023 19.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı «alimentin növünün dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Samux Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(058)-496/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 180 manat sabit pul məbləğində alimentin növünün dəyişdirilərək, Cavabdeh qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğu ilə 10 aprel 2014cü ildə el adəti ilə ailə qurub, nikahlarını xx.xx.2015-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarındandan 04 iyul 2015-ci il tarixdə X3 adlı övladları doğulmuşdur. Nikahları Samux Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə əsasında X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay onun xeyrinə 154 manat alimentin tutulması qət edilmişdir. O, alimentin artırılması üçün iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət etmiş, Samux Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(058)-496/2022 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 180 (yüz səksən) manat müəyyən edilmişdir. Hazırda uşaq böyüyüb, tələbatları artıb, cavabdeh ona alimentdən başqa heç bir köməklik etmir, ona görə də uşağın saxlanılmasında çətinlik çəkir. Cavabdeh Azərbycan Respublikası Müdafiə Nazirliyi nəzdində olan Göygöl rayonu Çaykənd kəndində yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu vəzifəsində çalışır, 1518 manat əmək haqqı alır. Cavabdeh alimentdən başqa əlavə köməklik göstərmədiyi üçün o, məcbur alimentin növünün dəyişdirilməsi məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Samux Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(058)-496/2022 saylı qətnaməsi ilə birgə nikahlarından doğulmuş Ceyran adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sabit pul məbləğində tutulan alimentin növünün dəyişdirilərək cavabdehin qazancının (digər gəlirlərinin) ¼ hissəsində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-496/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq, 04 iyul 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəfərova (İbrahimova) Çinarə Eyvaz qızının xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 590683 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Gəncə şəhərində doğulmuş X1 atası Cavabdeh, anası X4r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Füzuli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Samux rayonu ərazsində qeydiyyatda olmasına baxmayaraq ərazidə yaşamır, hal-hazırda Kəlbəcər rayonunda yerləşən ordu sıralarında maxe vəzifəsində işləyir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, Cavabdeh hazırda hərbi vəzifədə çalışdığından və müntəzəm qaydada əmək haqqı aldığından, iddiaçı isə alimentin cavabdehin qazancından (digər gəlirlərindən) qanunda nəzərdə tutulmuş hissədə tutulmasını tələb etdiyindən 04 iyul 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalı, alimentin cavabdehin qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş üzrə məhkəmə xərci ödənilməli olan dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalniz məhkəmə iclasında tədqiq olunmuşsübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-496/2022 nömrəli, 08 iyun 2022 tarixli qətnaməsi ilə 04 iyul 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin növü dəyişdirilsin. 04 iyul 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq iddiaçı X5 ödənilsin. Alimentin cavabdehin qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar