Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-77/2025 13.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi - Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvana vurmuş olduğu maddi ziyanın əvəzi olaraq 5958 manat miqdarında pulun, rəy alınması üçün ödənilmiş 100 manat rüsumun və ödənilmiş 82 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında əri X1 xüsusi mülkiyyətindədir. Həmin mənzili onlar birgə nikah dövründə əldə etmişlər. O, X3 ilə 2002-ci il tarixdə ailə qurmuşdur, nikahları isə xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 28 iyun 2005-ci il təvəllüdlü X2 anadan olmuşdur. ünvan 2-ü onlar birgə nikah dövründə əldə etdiklərindən həmin mənzil onun xüsusi mülkiyyəti hesab olunur. Cavabdeh1 onun üst qonşusudur, onlar mənzili aldıqları gündən hazırki vaxtadək cavabdeh onların evinə su və kanalizasiya suları axıdır, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Cavabdeh1 öz qanunsuz hərəkətlərini davam etdirməkdədir. 5-ildən artıqdır ki, onlar sanitar qovşağa və hamama daxil olmaq üçün çəltikdən istifadə etmişlər və bu illər ərzində onların xüsusi mülkiyyətlərinə kifayət qədər ziyan dəymişdir. Evinin bütün hər yeri cavabdehin qanunsuz hərəkətləri ucbatından yararsız vəziyyətə düşmüşdür. Sonuncu dəfə mənzildə yanğın və partlayış olmasın deyə elektrik naqilləri ustalar tərəfindən sökülmüşdür. Onların xüsusi mülkiyyətlərində olan ünvan 1-ə su və kanalizasiya axıdılması ilə bağlı o, dəfələrlə Samux rayon İnstitut bələdiyyəsinə müraciət etmişdir. O, xx.xx.2024-cü il tarixdə evə qayıdarkən görmüşdür ki, mənzili tamamilə suyun içindədir, evinin hər yerindən su axmışdır. Elektrik naqillərinin üzərinə su töküldüyündən evdə elektrikdən istifadə etmək mümkün olmamışdır. Sonuncu müraciətinə cavab olaraq Samux rayon İnstitut bələdiyyəsinin sədrinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 evində su qızdırıcının üzərində olan kiçik həcmli borunun partlaması aşkar edilmişdir. O, cavabdehin qanunsuz hərəkətlərindən dəfələrlə Samux rayon polis şöbəsinə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab verilmiş, tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. Belə olan halda məhkəməyə müraciət etmək üçün ilk növbədə illər ərzində mənzilə su və kanalizasiya sularının axıdılması nəticəsində vurulmuş maddi ziyanın hesablanması üçün o, "xxxx" MMC-yə müraciət etmiş və həmin cəmiyyət tərəfindən mənzilə dəymiş ümumi məbləğ usta-fəhlə pulu ilə birlikdə 5958 manat təşkil etmişdir. Cavabdeh1 təqsirindən onun ünvan 2 ünvanda yerləşən mənzilinə maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh illərdir ki, onun evinə su axıdaraq, ona ziyan vurmuşdur, lakin ziyan ödəməmişdir. Cavabdeh2 uzun müddətdir ki, həmin evdə yaşamır və onun evinə su axıdılanda Cavabdeh2 həmin evdə olmamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi - Vəkil iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, təxminən 13-14 il olar ki, onun evindən su sızmış, həmin vaxt iddiaçının əridə orada olmuşdur, usta gəlmiş, axıdılan su xətti düzəlmiş, lakin iki gün sonra yenidən su sızmışdır. Bundan sonra məlum olmuşdur ki, onun digər qonşusu su xəttini dəyişəndə yuxarı ilə aşağını birləşdirən su xəttində çat olmuşdur. Onun evində işləyən ustanın səhvi ucbatından iddiaçının evinə su sızması olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, o, verilən rəy ilə razı deyil. Təxminən 2007-2008-ci il tarixdə dəhlizdən qonşuya dəfələrlə su sızmışdır. Sonra hamamdan su sızmış, o, təmir etdirmiş, lakin yenidən su sızmışdır. 11 ildir ki, hamamla mətbəxin yeri dəyişdirilmiş, həmin hamamın üstündə soyuducu yerləşir, başqa heçnə yoxdur. O, su sızması zamanı həmin evdə olmamışdır, arada evə gedib-gəlmişdir. O, 2019-cu ildən xaricə getmiş, 2023-cü ildə Bakı şəhərinə qayıtmış və hazırda Bakı şəhərində yaşayır. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil X1 adına qeyd edilmişdir. İşdə olan xx.xx.2009-cu il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı nikahları xx.xx.2009cu il tarixdə 279 nömrəli akt qeydi ilə bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixdə Samux rayonu, İnstitut Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Cavabdeh1 yaşadığı mənzilə İnstitut bələdiyyəsi tərəfindən baxış keçirilmiş, həqiqətən Cavabdeh1 mənzilində quraşdırılmış gidrafon (su qızdırıcısının) üzərində olan kiçik həcmli borunun partlaması aşkar edilmişdir. Cavabdeh1 bir daha belə halın təkrarlanmayacağını bildirmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə Samux rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, qonşusu Zəminənin evindən onun mənzilinə su keçərək ziyan vurması barədə olan tələbi mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olması bildirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli orderin surətindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsi, N.Gəncəvi küçəsi, ev 14, 06 nömrəli mənzil Cavabdeh2 və Cavabdeh1 adına qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2389 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsi, Nizami Gəncəvi küçəsi, ev 14, 3 nömrəli mənzilin tavanı üzərində su sızma ləkələrinin olduğunu, mənzillərin planda yerləşməsini nəzərə alaraq, Samux rayonu, İnstitut qəsəbəsi, Nizami Gəncəvi küçəsi, ev 14, 3 nömrəli mənzilə yuxarı mərtəbədə yerləşən 6 nömrəli mənzildən suyun sızması müəyyən olunur. İşdə olan “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti”-nin xx.xx.2025-ci il tarixli 128 nömrəli hesabatdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin su axması nəticəsində zədələnmiş hissələrin təmir xərcinin dəyəri 4728 (dörd min yeddi yüz iyirmi səkkiz) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı Cavabdeh1 əmlakına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə iddia tələbindən göründüyü kimi iddiaçı mənzilinə su axıdılması nəticəsində əmlakına vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmini 5958 manat məbləğində qiymətləndirir. Məhkəmə bununla bağlı nəzərə alır ki, iddiaçı onun əmlakına məhz 5958 manat məbləğində zərər vurulduğunu təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia ərizəsində göstərilən tələbi araşdırarkən belə nəticəyə gəlir ki, mötəbər sübut mənbəyi kimi zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və iddia tələbi həmin məbləğdə təmin olunmalıdır. Beləliklə, iddia tələbindən göründüyü kimi, iddiaçı yaşadığı Samux rayonu, İnstitut qəsəbəsi, Nizami Gəncəvi küçəsi, 14 nömrəli evin, 3 nömrəli mənzilinə həmin binanın 6 nömrəli mənzilindən su sızması nəticəsində mənzilə vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmə ekspertizasının rəyi ilə Samux rayonu, İnstitut qəsəbəsi, Nizami Gəncəvi küçəsi, ev 14, 3 nömrəli mənzilə yuxarı mərtəbədə yerləşən 6 nömrəli mənzildən suyun sızması müəyyən olunur. Əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 128 nömrəli rəyi (hesabat) ilə İddiaçı mənzilinə 4728 (dörd min yeddi yüz iyirmi səkkiz) manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Samux rayonu, İnstitut qəsəbəsi, Nizami Gəncəvi küçəsi, 14 nömrəli evin, 6 nömrəli mənzili Cavabdeh2 sahibliyində (mülkiyyətində) olmasına baxmayaraq, Cavabdeh2 həmin mənzildə yaşamır, lakin onun anası Cavabdeh1 həmin mənzildə yaşayır və su sızması onun təqsiri üzündən olmuşdur. Odur ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, İddiaçı məxsus Samux rayonu, İnstitut qəsəbəsi, Nizami Gəncəvi küçəsi, 14 nömrəli evin, 3 nömrəli mənzilinə Cavabdeh1 məxsus 6 nömrəli ünvandan su sızması nəticəsində dəymiş ziyanın məbləği 4728 (dörd min yeddi yüz iyirmi səkkiz) manat müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh1 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, **********, SFİFT BİK: CTREAZ22, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 67,28 (altmış yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4728 (dörd min yeddi yüz iyirmi səkkiz) manat məbləğində pul və ödənilmiş 67,28 (altmış yeddi manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh1 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, **********, SFİFT BİK: CTREAZ22, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-77/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-77/2025
13.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver