Məhkəmə qərarları › İş №2(058)-780/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-780/2024

21.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-780/2024 21.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona hesablanmış 942 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, Samux rayonu, Ziyadlı kəndində yerləşən ona məxsus evdə quraşdırılmış sayğac dayanmış, lakin evə elektrik enerjisi daxil olmuşdur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın işləməməsi aşkar olunmuşdur. O, "xxxx" ASC-nə müraciət etmiş, müraciəti əsasında sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğaca onlar tərəfindən müdaxilə olunduğu üçün elektrik enerjisi gəlmiş, lakin sərf olunan enerji qeyd olunmamışdır, buna görə də, yeni sayğac quraşdırılmışdır. Bir il ərzində üç dəfə sayğac dəyişdirilmiş, sayğacın sonuncu dəyişdirilməsi zamanı 942 manat cərimə yazılmışdır. Yay aylarında beş ay ərzində sayğac işləməmiş, elektrik enerjisi təmin olunmuş, lakin enerji sərfiyyatı qeyd edilməmişdir. O, 2015-ci ildən hazırki vaxtadək hər ay 6-7 manat pul ödəmişdir. Hazırda maddi imkanı yoxdur, həyat yoldaşı gözdən əlildir, ona əsassız olaraq cərimə yazılmışdır. Məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli R 318129 nömrəli aktın surətindən görünür ki, abonent kodu **********00466 olan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində abonentin şifahi məlumatı əsasında sayğaca yerində baxış keçirilmiş və məlum olmuşdur ki, sayğac dayanmış, axan enerjini qeyd etmir, sayğac yenisi ilə əvəz olunmuş, yeni quraşdırılmış sayğac enerjini qeyd etmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin “Qərb” Retsi-nin Akt komissiyasının sədrinin icra vərəqinin surətindən görünür ki, sayğac normal buraxılan xəta ilə işləyir. Sayğacın göstəricisi kompyuter bazasıyla fərqlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli R 301867 nömrəli aktın surətindən görünür ki, abonentin şifahi məlumatı əsasında sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın proqram təminatı pozulmuşdur, sayğac öz-özünə enerji qeyd etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə “sayğac quraşdırma və uçota nəzarət idarəsi” tərəfindən tərtib edilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolun surətindən görünür ki, 301867 akta əsasən abonentin şifahi məlumatı əsasında sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın proqram təminatı pozulmuşdur. Sayğac öz-özünə enerji qeyd etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə “sayğac quraşdırma və uçota nəzarət idarəsi” tərəfindən tərtib edilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolun surətindən görünür ki, sayğacın yoxlanılması zamanı məlum olmuşdur ki, sayğac ilkin quraşdırmadan enerjini qeyd etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə “sayğacların və cərəyan transformatorlarının yoxlanılması” haqqında 017376 nömrəli akt-protokolun surətindən görünür ki, sayğac normal buraxılan xəta ilə işləyir. Sayğacın göstəricisi kompyuter bazasıyla fərqlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin “Qərb” Retsi-nin Akt komissiyasının sədrinin icra vərəqinin surətindən görünür ki, sayğacın yoxlanması zamanı məlum olmuşdur ki, ilkin quraşdırmadan enerjini qeyd etməmişdir. İş materiallarında olan X2 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş məhkəməyə ünvanlanmış məktubdan görünür ki, itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 154 gün ərzində işləməyən 22021669 zavod nömrəli elektrik sayğacının 21 gün ərzində qeyd etdiyi 501 kvt/saat enerjinin miqdarının nəzərə alınmaqla aparılması təklif edilmiş, W=874 kvt/saat/32 gün x 60 gün=1638 kvt/saat (dəyəri 184,94 manat): W1= 2 ay x 2 kvt/saat x 0.08 manat=32 manat: W2= 2 ay x 100 kvt/saat x 0.09 manat=18 manat: W3 10 kvt/saat x 0.13 manat=134.94 manat. Debitor borcdan "xxxx" ASC-nin xeyrinə 184,94 manat saxlanılmasının məqbul hesab olunması xahiş edilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının 7.11-ci hissəsinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. - 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. İş materiallarından görünür ki, İddiaçı məxsus Samux rayonu, Ziyadlı kəndində olan yaşayış evinə enerji sərfiyyatına görə cərimə hesablanmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən yaşayış evində yerləşən elektrik sayğacına hər ay baxış keçirilmişdir, ona görə də məhkəmə hesab edir ki, elektrik enerjisinə görə hesablanma əmsalı 60 gün müddətinə aşağıdakı qaydada hesablanmalıdır: (W=874 kvt/saat/32 gün x 60 gün=1638 kvt/saat (dəyəri 184,94 manat): W1= 2 ay x 2 kvt/saat x 0.08 manat=32 manat: W2= 2 ay x 100 kvt/saat x 0.09 manat=18 manat: W3 10 kvt/saat x 0.13 manat=134.94 manat) Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-ti tərəfindən xx.xx.2023-cü il tarixli R 318129 nömrəli akta əsasən İddiaçı (abonent kodu **********00466) məxsus Samux rayonu, Ziyadlı kəndində yerləşən fərdi yaşayış evinə verilən elektrik enerji sərfiyyatına görə hesablanmış 757,06 (942-184,94) manat borc silinməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-ti tərəfindən xx.xx.2023-cü il tarixli R 318129 nömrəli akta əsasən İddiaçı (abonent kodu **********00466) məxsus Samux rayonu, Ziyadlı kəndində yerləşən fərdi yaşayış evinə verilən elektrik enerji sərfiyyatına görə hesablanmış 757,06 (184,94 manat qalıq) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar