Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-786/2024 19.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, cavabadeh Cavabdeh iştirakları ilə, İddiaçı, Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16400 manat və dövlət rüsumunun əvəzi qismində 140 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1998-ci ildən onun ZAZ markalı avtobusu var. Həmin avtobusla o, Sumqayıt bazarından mağazaya aid mallar alıb gətirirmiş. Onun sürüçüsü xəstə olduğuna görə ona yeni sürüçü lazım olduğu üçün, öz kəndlərində yaşayan Cavabdeh özünə sürücü götürmüşdür. O, Qobustan raylonunda yaşayan Camal adlı şəxsdən özünə İKARİUS markalı avtobusu almış və Zahidə etibarnamə vermişdir. Beləliklə Zahid 2014-cü ilədək ona sürüsü işləmişdir. Zahid ona təklif edərək idarə etdiyi İKARUS markalı avtobusu ona icarəyə vermis və razılaşmışlar ki, onun mağazasına aid olan malları pulsuz gətirəcəyinə həmçinin ayda ona 100 manat pul verəcəyinə söz vermişdir. Onlar Bir müddət belə işləmişlər. Bir gün gecə vaxtı Zahiddən ona zəng gələrək onun Kürdəmirdə yeməkxanada, yemək yediyi vaxt həmin avtobusdan mağaza sahiblərinə aid olan küllü miqdarda pul oğurlandığını bildirib. Həmin pulun icərisində ona aid olan 1400 manat pul və digər mağaza sahibləirinin aid 14800 manat pulda olmuşdur. Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırılma aparılsada oğurluq edən şəxslər tapılmamışdır. Zahid onu və digər mağaza sahiblərini razı salmışdı ki, pulu özu ödəyəcək. Cavabdeh ondan xahiş etmişdi ki, o, əvvəlcə mağaza sahiblərinin pulunu ödəsin sonra isə ona aid 1400 manatı və işlədiyi zamandan yığılan icarə pulunu ödəyəcək. Bir müddət sonra Zahid onu Qarabığ postunda saxlayıb idərə etdiyi avtobusun həbsdə olduğunu bildiriblər. Araşdırma zamanı məlum oldu ki, avtobusun sahibi olan Camalın banka borcu olduğu üçün avtobusun üzərinə həbs qoyulub. Zahid həmin postda oalan DYP-si əməkdaşları ilə razılaşıb avtobusu Gəncəyə gətirərək ona maşını həbsdən çıxartmaq lazım olduğunu bildirmişdir. O, Zahiddən bunun yolunu soruşanda ona demişdi ki, bunun 300-400 manat xərci var və onunla razılığa gəlmişdi ki, xərsi özü çəksin, çünki işlədiyi müddətdə avtobusa lazım olan 900 manat dəyərində ehtiyat hissələrini ona aid olan mağazadan nisyə olaraq götürmüşdür. Bundan sonra Zahid avtobusu həbsdən çıxarıb avtobusu öz adına keçirmiş, necə ildi onun yanında işlədiyi üçün ona inanın və heç nə deməmişdir. 2023-cü ilin aprel ayının 14-də ona aid olan 3000 manat pulun 1200 manatını saxta pulla əvəz edərək onun Sumqayıtda borclu olduğu mağaza sahibinə vermişdir. Bununla bağlı Kəpəz Rayon Polis şöbəsinə müraciət etmiş, orda ona Zahiddən 1200 manat alıb ona verəcəklərini demişlər o, isə razılaşmışdır. Beləliklə onun 16400 manat borcu yaranmışdır. Ona görə də tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, iddia tələbində sözügedən avtobusa dair cavabdehin mülkiyyət hüququnun rəsmiləşdirilməsini o, həmin vaxt bilsə də buna etiraz etməmiş, belə ki, cavabdehə etibar etdiyindən düşünmüşdür ki, onsuz da birlikdə işləyirlər və cavabdeh onun göndərdiyi malları həmin avtobusla lazımı yerə daşıyır. Ona görə də avtobusun onun mülkiyyətinə keçməsinə razılaşmışdır. Dəqiq xatırlamasa da, bu məsələ təxminən 2010-2015-ci illəri əhatə edir. Həmçinin saxta çıxan pulun əvəzində cavabdeh ona 1200 manat pul vermiş, lakin daha sonra o, cavabdehin həmin pulu arvadının qızıllarını lombarda qoyaraq götürdüyünü bildirdiyindən o da buna könlü razı olmayıb 1000 manat pulu yenidən ona qaytarmışdır. Tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı iddia tələbində sözügedən avtobusu 2007-ci ildə satıcıya pulunu ödəməklə almış, lakin həmin avtobusu Bakı şəhərindən gətirməyi ona tapşırmışdır. O da Bakı şəhərinı getmiş, avtobusu iddiaçıya satan şəxs ona sözügedən avtobusa dair 2017-ci ilədək etibarnamə vermişdir. O, avtobusu Bakıdan gətirəndən sonra iddiaçı ilə aralarındakı razılıq əsasında avtobusdan istifadə etmiş və iddiaçının mallarını Bakıya aparıb-gətirmişdir. O, 2017-ci ildə sözügedən avtobusu öz adına rəsmiləşdirmiş, iddiaçı bundan məlumatlı olmuş və etiraz etməmişdir. Bundan başqa iddiaçı 2016-cı ildə onun vasitəsilə Bakıya 1400 manat pul göndərmiş, Lakin Bakı yolunda dayanıb fasilə edərkən avtobusda olmadığı vaxt həmin pul avtobusdan oğurlanmışdır. Bununla bağlı o, Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin pulun kim tərəfindən oğurlanmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə iddiaçı ona Bakı şəhərindən mal almaq üçün 3000 manat pul vermiş, sözügedən məbləğdən 1200 manat məbləğində pulların saxta olduğu müəyyən edilmişdir. O, həmin 1200 manat pulu əsli şəklində iddiaçıya qaytarmış, daha sonra iddiaçı həmin məbləğin 1000 manatını özü könüllü ona geri vermişdir. Sözügedən məsələlər 2015-ci ildə baş vermiş, hazırda həmin vaxtdan 9 il vaxt keçmişdir. Ona görə də məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirdi ki, İddiaçı 20 ildir ki, tanıyır. Özünə məxsus olan İKARİUS markalı avtobusu təxminən 20 il öncə İddiaçı 7000 manata satıb. Lakin onun xahişi ilə həmin avtobusa dair Cavabdeh adına etibarnamə vermişdir. Bundan başqa digər məsələlər barədə məlumatlı deyil. Məhkəmə iclasında şahid X1 ifadə verərək bildirdi ki, iddiaçını və cavabdehi bir neçə ildir ki, tanıyır. Cavabdehin idarə etdiyi maşından iddiaçıya məxsus pul oğurlanmışdı, həmin hadisə ilə bağlı cavabdeh Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etdi, polis tərəfindən araşdırma aparıldı lakin nəticəsi olmadı. Avtobusun üzərində isə həbs varıydı, həmin həbsin götürülməsində o cavabdehə yardımçı olub, 2017-ci il tarixdə sözügedən avtobus cavabdehin adına rəsmiləşdirildi. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia müddətinin tətbiqi ilə bağlı vəsatəti nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənəd aşağıdakı müəyyən edilir: Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından aydın olur ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. Həmçinin hər iki tərəfin məhkəmə iclasında verdikləri izahatlardan aydın olmuşdur ki, sözügedən müansibətlər 2010-2015-ci illəri əhatə edir. Qanunvericiliyin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir və məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinə mübahisə tərəfinin məhkəməyə təqdim etdiyi ərizə əsasında qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərmova
Məhkəmə qərarları › İş №2(058)-786/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-786/2024
19.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver