Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-80/2025 20.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ona vurulmuş maddi zərərin əvəzi kimi 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Samux rayon Seyidlər kəndində yaşayır və ona məxsus təsərrüfatı var. Samux rayon Seyidlər Bələdiyəsinin mülkiyətində olan 4.6 ha torpaq sahəsini icarəyə verilməsi ilə bağlı X5 X19n Gəncə ərazi Torpaq müsahibə və hərrac komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac komissiyasının qalibi olaraq 15 il müddətinə icarə hüququ qazanmışdır. Hər il 470 manat icarə haqqı ödəyir. İcarə hüququnu təsdiq edənsənədi, yəni Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin xx.xx.2022-ci il tarixli, **********79 reyestr nömrəli çıxarışı var. Cavabdehlər özlərinə məxsus mal-qaranı ona məxsus olan 4.6 ha torpaq sahəsində otarmaqla o maddi ziyan vurmuşdur. O, cavabdehlərə dəfələrlə xəbərdarlıq etmiş, lakin cavabdehlər məhəl qoymamışlar. xx.xx.2024-cü il tarixdə cavabdehlər mal-qarasını yenə onun torpaq sahəsinə salaraq məhsulunu tamamilə yararsız vəziyyətə salmışlar. O, hər il həmin otlaq sahəsindən 1000 ədəd pres bağlaması əldə edir. Bu barədə Samux rayon İcra Hakimiyyəti Başçısının Samux rayonu Seyidlər kənd İƏD üzrə nümayəndəsinə, Bələdiyyəsinə məlumat vermişdir. O, cavabdehlərdən ona vurulmuş zərərin ödənilməsini tələb etmiş, ancaq cavabdehlər ona vurduqlar zərərin əvəzini ödəməmişlər. Cavabdehlər könüllü qaydada zərəri ödəmədiklərindən o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində cavabdeh kimi X14 əvəzinə səhvən Cavabdeh3 qeyd olunmuşdur, cavabdehin adının X7 olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia əriəzsinin məzmununa uyğun izhat verdi, həmçinin bildirdi ki, cavabdehlər sözügedən torpaq sahəsinin onun icarəsinə qanunsuz verildiyini bildirir və bu əsasla icarə hüququ ilə onun istifadəsində olan torpaq sahəsindən 2021-ci ildən etibarən örüş torpağı kimi istifadə edərək orada mal-qaralarını otarırlar. Cavabdehlərin mal-qaralarını onun icarəsində olan torpaq sahəsində otarmaqları nəticəsində o, sözügedən torpaq sahəsindən öz malqarasının qışlıq yemini tədarük edə bilmir. Bu da onun sahiblik və istifadə hüquqlarını pozur. Ona görə də hesab edir ki, tələbi əsaslıdır və tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının istifadəsində olan torpaq sahəsi örüş torpaq sahələrinə aiddir və bələdiyyə tərəfindən qanunsuz olaraq iddiaçının icarəsinə verilib. Ona görə də onlar həmin torpaq sahəsini örüş yeri kimi qəbul edərək orada mal-qaralarını otarırlar. Cavabdehin icarə hüququnu təsdiq edən sənəd olsa da hesab edir ki, həmin sənəd qanuni deyil. O və digər cavabdehlər 2021-ci ildən etibarən öz mal-qaralarını iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsində otarmağa davam edirlər. İddia tələbi əsassızdır və tələbin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər Cavabdeh2, X7, Cavabdeh4 və Cavabdeh6 iddianı qəbul etməyərək Cavabdeh1 ilə eyni məzmunlu izahat verdilər və tələbin əsassız olduğunu bildirərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh5 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi örüş torpaq sahələrinə aiddir və bələdiyyə tərəfindən qanunsuz olaraq iddiaçının icarəsinə verilib. Ona görə də onlar həmin torpaq sahəsini örüş yeri kimi qəbul edərək 2021-ci ildən etibarən orada mal-qaralarını otarırlar. Cavabdehlər Cavabdeh5 və Cavabdeh7 hazırki məhkəmə icalsının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işin faktiki hallarına və araşdırılmış sübutlara hüquqi qiymət verərək, həmçinin qanunvericiliyin müvafiq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X5 X19 tərəfindən verilən şəhadətnamənin surətindən görünür ki, Samux rayon Seyidlər bələdiyyəsinin mülkiyyətində olan 4.6 ha torpaq sahəsi İddiaçı 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarına əlavə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Samux rayonu Seyidlər kəndində yerləşən, ümumi sahəsi 4.6 ha olan torpaq sahəsi Samux rayonu Seyidlər Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Samux rayonu Seyidlər kəndində yerləşən 4.6 ha torpaq sahəsi icarə hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş 24 oktyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, Samux rayon Seyidlər kənd bələdiyyəsinin sədri X11, Seyidlər kənd sakini X10 və Seyidlər kənd sakini X2 rayonu Seyidlər kənd ində yerləşən və icarə hüququ ilə İddiaçı məxsus olan 4.6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kənd sakinləri X9, Cavabdeh2, X7, Cavabdeh5, Cavabdeh4, həmçinin Qədili kənd sakinləri Cavabdeh6 və X3 mal-qaralarını otardıqlarının müəyyən edilməsini öz imzaları ilə təsdiq etmişlər. Samux Rayon Məhkəməsinin 2(058)123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh2 və X4 icarə hüququ ilə İddiaçı sahibliyində və icarəsində olan Samux rayonu Seyidlər kəndində yerləşən 4,6 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2000-ci il tarixində Ağdaş rayonunda anadan olmuş 2021-ci ildə Azərbaycan Dövlət Aqrar X1 bitirmiş və hal-hazırda Agro Dairy MMC-də Aqronom vəzifəsində işləyən X6 tərəfindən, Samux rayon Seyidlər kənd sakini İddiaçı 4.6 ha kən təsərrüfatı tayinatlı otlaq sahəsinə baxış keçirilmiş baxış zamanı məlum olmuşdur ki, 4.6 ha torpaq sahəsi iri və xırda buynuzlu mal-qara tərəfindən otarılıb. Mütəxəssis bildirir ki, 4.6 ha ot sahəsindən 1050 dənə ot presinin çıxması, bir ot presinin orta bazar qiymətinin 3 manat olması, bu əsasla da 4.6 ha ot sahəsinə 3150 manat ziyan dəyməsi müəyyən edilmişdir. İkinci biçin başlamış ama İddiaçı öz otlaq sahəsindən biçin apara bilməmişdir. Ümumi dəymiş ziyanın 6300 manat həcmində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmənin müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Samux Rayon İvra Hakimiyyəti tərəfindən verilmiş sorğuya cavabda qeyd olunmuşdur ki, Samux rayonu Seyidlər kənd sakini İddiaçı aid 4,6 ha torpaq sahəsində bitən yabanı bitkilərdən mal-qaranın qışlıq tədarükü üçün 1 il ərzində 1050 dənə yem üçün ot bağlaması əldə oluna bilər, bir ot bağlamasının bazar qiyməti orta hesabla 3 manat olduğundan cəmi 3150 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Samux rayonu Seyidlər kəndində yerləşən, ümumi sahəsi 4.6 ha olan torpaq sahəsi Samux rayonu Seyidlər Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmiş, onlar arasında icarə müqaviləsi bağlanmış və iddiaçının sözügedən torpaq sahəsinə dair icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır. İddiaçı iddia edir ki, cavabdehlərin uzun müddət davam edən qanunsuz hərəkətləri, yəni öz mal-qaralarını iddiaçının icarəsində olan torpaq sahəsində otarmaqları nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, iddiaçı, cavabdehlərin sözügedən hərəkətləri nəticəsində həmin torpaq sahəsindən öz mal-qarası üçün qışlıq yem tədarükü etməkdən məhrum olduğunu və bunun nəticəsində ona 3000 manat həcmində maddi ziyan dəydiyini iddia edir. Cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında iddia tələbini qəbul etməsələr də, iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsində 2021-ci ildən etibarən mal-qaralarını otardıqlarını etiraf etmişlər. Cavabdehlər bu hərəkətlərini sözügedən torpaq sahəsinin Bələdiyyə tərəfindən qanunsuz olaraq iddiaçının icarəsinə verildiyi ilə əsaslandırmışlar. Hazırda iddiaçı, cavabdehlərin mal-qaralarını onun icarəsində olan torpaq sahəsində otarmaqları nəticəsində ona dəymiş maddi ziyanın əvəzinin cavabdehlərdən müştərək qayadada tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq və mübahisənin həlli ilə bağlı tətbiq edilməli olan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iş materiallarından aydındır ki, Samux rayonu Seyidlər kəndində yerləşən, ümumi sahəsi 4.6 ha olan torpaq sahəsi Samux rayonu Seyidlər Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmiş və iddiaçının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyta alınmışdır. Cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında iddiaçıya icarə hüququ ilə məxsus olan torpaq sahəsində 2021-ci ildən etibarən mal-qaralarını otardıqlarını etiraf etmiş, bu hal həmçinin iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya icarə hüququ ilə məxsus olduğunu biləbilə sözügedən torpaq sahəsinə qanunsuz daxil olması, orada mal-qara otarması mülki hüquq pozuntusu olmaqla iddiaçının sahiblik və istifadə hüquqlarını pozmuşdur. Cavabdehlərin törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçıya maddi ziyanın vurulması məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Vurulmuş maddi ziyanın həcmi isə mütəxəssis rəyinin verilməsi ilə bağlı məhkəmənin müvafiq qərardadına əsasən Samux Rayon İcra Hakimiyyətinin rəy xarakterli cavabı ilə müəyyən edilmiş və vurulmuş real ziyanın həcminin iddia tələbində göstərilən məbləğlə uyğunluq təşkil etdiyi aydınlaşmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 3000 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərci iddiaç tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan iddiaçının ödəmiş olduğu 50 manat dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyirinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 3000 (üç min) manat pul və iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-80/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-80/2025
20.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver