Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-807/2024 29.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Tərifə Kərimova Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Samux rayonu Seyidlər bələdiyəsinin (sədr İddiaçı) Cavabdeh qarşı “cavabdeh tərəfindən qazılmış kanalizasiya quyusunun cavabdehin vəsaiti hesabına ləğv edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Samux rayonu Seyidlər bələdiyəsi (sədr İddiaçı) Cavabdeh qarşı “cavabdeh tərəfindən qazılmış kanalizasiya quyusunun cavabdehin vəsaiti hesabına ləğv edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia qaldıraraq tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işə mahityyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddədsi ilə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə cavabdehi dinləyib hesab edir ki, qeyd olunanlara əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.7, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı Samux rayonu Seyidlər bələdiyəsinin (sədr İddiaçı) Cavabdeh qarşı “cavabdeh tərəfindən qazılmış kanalizasiya quyusunun cavabdehin vəsaiti hesabına ləğv edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-807/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-807/2024
29.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver