Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-81/2024 09.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, cavabdehdən 500 manat məbləğində borcun və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, сavabdeh Cavabdeh ilə həmkəndlidir. Cavabdeh ailəsinin ehtiyacı üçün ondan 2 ay müddətinə qaytarmaq şərtilə 500 manat borc pul istəyib. O, cavabdehin mövcud vəziyyətini nəzərə alaraq ona 500 manat borc pul verib. Hazırda cavabdehdən pulu qaytarılmasını tələb etsə də cavabdeh borcunu qaytarmaqdan boyun qaçırır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul edir və bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının əvvəlki məhkəmə iclasında verdiyi izahatını, cavabdehin iddianı etiraf etməsi barədə ərizəsini nəzərə alararaq, işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı qaldırdığı pul tələbinə dair iddiasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə şifahi qaydada bağladığı borc müqaviləsinə əsasən cavabdehə 500 manat borc pul vermişdir. Cavabdeh borcu tərəflər arasında müəyyənləşdirilmiş müddət ərzində qaytarmalı olduğu halda qaytarmamışdır. İşin bu halı cavabdehin məhkəməyə ünvanladığı ərizəsində onun iddianı etiraf etməsi ilə öz təsdiqini tapmışdır. Beləliklə tərəflər arasında şifahi borc müqaviləsi əsasında borc münasbətləri yaranmış və cavabdeh bu müqaviləyə uyğun olaraq aldığı 500 manat məbləğində pulu iddiaçıya qaytarmaq öhdəliyi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində borc və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-81/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-81/2024
09.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver