Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-829/2025 04.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4800 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə o, avtomobil almaq məqsədi ilə X8 Bazarına getmiş, bir nəçə avtomobilə baxış keçirdikdən sonra “VAZ-21074” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq qərarına gəlmişdir. Cavabdeh ilə avtomobilin qiymətini 4800 manat olaraq razılaşmışlar. Həmin vaxt onun xidmət yoldaşları X6 və X3 bazarda olmuşlar. Qiyməti razılaşdıqdan sonra birlikdə notariat ofisinə getmişlər, Cavabdeh ona “nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan” etibarnamə vermişdir. O, avtomobilin dəyəri olan 4800 manatı iş yoldaşları X4 və X1 iştirakı ilə Cavabdeh ödəmiş, həftənin bazar günü DİN BDYPİ-nin Gəncə şəhər 9 saylı rayonlararası qeydiyyat imtahan və texniki baxış şöbəsində iş günü olmadığı üçün həmin gün avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. xx.xx.2025-ci il tarixdə DİN BDYPİ-nin Gəncə şəhər 9 saylı rayonlararası qeydiyyat imtahan və texniki baxış şöbəsinə müraciət etdikdə şöbənin əməkdaşları ona bildirmişlər ki, xx.xx.2025-ci il tarixdə ona verilmiş etibarnamə avtomobilin mülkiyyətçisi X5 tərəfindən ləğv edilmişdir. Məsələni aydınlaşdırmaq üçün o, Cavabdeh ilə telefon əlaqəsi saxlamış, cavabdeh ona bildirmişdir ki, həmin vəziyyətdən xəbəri yoxdur. Daha sonra o, avtomobilin mülkiyyətçisi X5 ilə danışmış, X5 ona bildirmişdir ki, avtomobili Lənkəran qeydiyyat-imtahan və texniki baxış şöbəsinə aparsa orada onun adına rəsmiləşdirə bilər. O, özü gedə bilmədiyi üçün yaxın tanışı X2 xahiş etmiş ki, avtomobili evakuatora yükləyib Lənkərana aparsın, və öz adına alqı-satqı edərək rəsmiləşdirsin, lakin o, aldadılmış, Lənkaranda olarkən avtomobilin mülkiyyətçisi X5 polisə şikayət edərək avtomobili və sənədləri X2 almışdır. Göründüyü kimi, onun mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, o, pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 68 manat pul cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, bildirdi ki, o, “VAZ-21074” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 4800 manata sataraq pulunu almış, 5 gün sonra İddiaçı ona zəng vuraraq bildirmişdir ki, etibarnaməyə xitam verilmişdir. İddiaçı avtomobili Lənkəra rayonuna aparmaq istəmiş, lakin o, sonuncuya avtomobili aparmamasını və etibarnaməyə xitam verilməsinin səbəbini araşdırmasını demişdir. İddiaçı avtomobili aparmış, lakin Mahir Şirinov adlı şəxs avtomobili ondan almışdır. İddianın təmin olunmasına etiraz etmədi. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (maddə 567) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.(maddə 600.1) Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (maddə 600.4) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (337.2-ci maddə). Tərəflərdən hər biri etibarsız əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Odur ki, tərəflərdən hər biri etibarsız əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu olduğundan, etibarsız əqd üzrə alınan məbləğlərin geri alınması hissəsində gəlinən nəticə əsaslı olmuşdur. (337-ci maddə). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (maddə 1091.1) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Məhkəmə göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən gəlmişdir. Bu zaman göstərilən halın əks olmasının təsdiqi üçün mötəbər sübutların təqdim edilməsi cavabdeh tərəfin üzərinə düşür. Cavabdeh isə iddianı etiraf edərək, iddia tələbini qəbul etmişdir. Beləliklə, iş materialları ilə məlum olur ki, iddiaçı ilə cavabdeh arasında avtomobil alqı-satqısına görə razılaşma olmuş, iddiaçı cavabdehə avtomobil alqı-satqısına görə 4800 manat məbləğində pul vermiş, nəticədə cavabdehin iddiaçıya 4800 manat məbləğində borcu yaranmışdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehdən 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumu alınaraq, iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-829/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-829/2025
04.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver