Məhkəmə qərarları › İş №2(058)-871/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-871/2024

03.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-871/2024 03.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X23 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin icra müddətinin davam etdirilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin icra müddətinin davam etdirilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə torpaq icarə müqaviləsinin icra müddətinin davam etdirilməsi və yaxud icarə haqqı kimi Cavabdeh ödədiyi 1500 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu, Qaraarx qəsəbəsində yaşayır, ailəsini təsərrüfatdan götürdüyü gəlir hesabına saxlayır. Onun həmkəndlisi çavabdeh Cavabdeh 1.29 ha torpaq sahəsini icarəyə verildiyini bildirdikdə o, torpağı icarəyə götürdüyünü bildirmişdir. Cavabdeh icarəyə verəcəyi torpağın müqabilində ondan 1500 (min beş yüz) alacağını bildirmişdir və o, cavabdehin təklifi ilə razılaşmışdır. X8 JN 0036 KOD 50703038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında pay torpağını xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi icarəyə vermiş, o isə icarə müqaviləsinə əsasən cavabdehə 1500 (min beş yüz) manat pul ödəmişdir. Cavabdehlə razılaşmalarını xx.xx.2019-cu il tarixdə Qaraarx qəsəbə İƏD-si üzrə nümayəndəlikdə rəsmiləsdirmişlər. O, icarəyə götürdüyü torpaq sahəsində yonca bitkisi əkmiş, üç ildən sonra cavabdeh X8 onun əkdiyi yonca sahəsinin yarım hektarını ölcüb satmışdır. Halhazırda isə Cavabdeh icarə müqaviləsi başa çatmamış və onu xəbərdar etmədən ona icarəyə verdiyi 1.29 ha torpaq sahəsini başqa bir vətəndaşa satmışdır. O, mal-qarasının yemini tədarük edə bilmədiyi ücün məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, vicdanlı alıcı kimi pulunu ödəyib torpağı icarəyə götürmüş, cavabdeh müqavilənin müddəti başa catmamış, məhsulu yığmamış, müqaviləni pozmuş və ona xeyli ziyan vurmuşdur. Cavabdeh tərəfindən əsassız yerə pozulmuş müqavilənin müddəti xx.xx.2025-ci il tarixə kimi uzadılmalı, yaxud əsassız yerə icarə müqaviləsini pozduğu üçün onun icarə haqqı kimi ödədiyi 1500 (min beş yüz) manat pulu Cavabdeh ona qaytarmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iki il müddətdir ki, 1.29 ha torpaq sahəsinin yarım hektar sahəsini qardaşına satmış, torpaq sahəsinin qalan hissəsini isə 2024-cü ilin iyun ayında başqa şəxsə satmışdır. xx.xx.2019-cu il tarixdə akt tərtib olunmuşdur, həmin akt tərtib olunan zaman o, orda olmuş, lakin aktda yazılanlardan məlumatsızdır, belə ki, o, mübahisəli torpaq sahəsini beş il müddətinə iddiaçıya icarəyə vermiş və 1500 manat pul almışdır. Torpaq icarə müqaviləsinin müddəti bitmiş və o, həmin torpaq sahəsini rəsmi olaraq satmışdır. xx.xx.2019-cu il tarixdə tərtib olunmuş akt etibarsızdır, o, həmin aktı qəbul etmir. O, xəstəliyi ilə əlaqədar olaraq torpaq sahəsini satmış və müalicə olunmuşdur. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0036 KOD 50703038 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Samux rayonu, Qaraarx kənd sakinləri Cavabdeh, X3, X6 və X9 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.84 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan İddiaçı, Cavabdeh, X13 və X11 iştirakı ilə xx.xx.2019-cu il tarixdə tərtib olunmuş və onlar tərəfindən imzalanmış aktdan görünür ki, Nəsirov X10 qəsəbəsində JN-0036 KOD 50703038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından öz ailəsinə məxsus 1.29 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixdən xx.xx.2025ci il tarixədək İddiaçı icarəyə vermiş və İddiaçı 1500 (min beş yüz) manatı Cavabdeh təqdim etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsidən görünür ki, Samux rayonu, Qaraarx qəsəbəsində yerləşən, ümumi sahəsi 1.84 ha torpaq sahəsi Cavabdeh, X7, X14 və X12 tərəfindən 3000 (üç min) manata X1. İş materiallarında olan Samux rayon İcra Hakimiyyəti Başçısının Qaraarx qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 38 nömrəli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı Samux rayonu, Qaraarx qəsəbəsində qeydiyyatdadır və yaşayır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehə məxsus olan 1.29 hektar torpaq sahəsini xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək 1500 (min beş yüz) manat müqabilində iddiaçıya icarəyə vermək barədə razılığa gəlmiş, iddiaçı isə 1500 (min beş yüz) manat məbləğində pulu cavabdehə ödəmişdir. Cavabdehlə iddiaçı arasında həmin tarixdə akt tərtib olunmuşdur. Həmin vaxt tərəflər arasında notariat qaydada icarə müqaviləsi bağlanmamışdır. İddiaçı torpaq sahəsinin icarəsinə görə cavabdehə 1500 (min beş yüz) manat məbləğində pul ödəmiş, cavabdeh isə həmin torpaq sahəsini iddiaçıya icarəyə vermişdir. Cavabdehin iddiaçıya icarəyə verdiyi torpaq sahəsi sonradan cavabdeh tərəfindən başqa şəxslərə satılmışdır. Bu səbəbdən də iddiaçı pulunu tələb etmiş, lakin cavabdeh iddiaçı ilə aralarında olan razılığı pozmuş, özünə məxsus torpaq sahəsini başqa şəxslərə satmış, həmin pulu hazırki vaxtadək qaytarmamışdır. Ona görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüş və onun cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə icarə müqaviləsi olmadığından, onlar arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdehlə iddiaçı arasında mübahisəli torpaq sahəsinin icarəyə verilməsinə dair əqd notarial qaydada təsdiq edilmədiyindən, bağlandığı andan etibarsızdır. Ona görə də həmin razılaşma tərəflərin hüquq və vəzifələri ilə bağlı heç bir hüquqi nəticəyə səbəb olmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçının sahibliyində olmuş torpaq sahəsi daşınmaz əşyadır. Daşınmaz əşyalara dair icarə müqaviləsi isə qanunun tələbinə görə notariat qaydasında təsdiqlənməlidir. (xüsusi mülkiyyətdə olan torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edirlər.) Bu şərtə əməl edilməməsi, həmin əqdin etibarsız sayılmasına əsasdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 6-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsidir. Mübahisənin düzgün həlli üçün eyni zamanda digər əlaqəli hüquq normaları da nəzərdən keçirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında mövcud olmuş sadə yazılı formada razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş şərtlərə uyğun olmadığından və heç bir hüquqi nəticələr doğurmadığından bağlandığı andan etibarsızdır. Ona görə də həmin yazılı razılaşma tərəflər arasında yalnız pul məbləğinin alınıb verilməsi ilə bağlı hüquqi nəticə doğursa da, qalan hissədə, yəni daşınmaz əşya olan torpaq sahəsinin icarə müqaviləsi ilə bağlı öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsi üçün qanunda müəyyən edilmiş əsas kimi qəbul edilə bilməz. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçının istinad etdiyi icarə müqaviləsi notarial qaydada təsdiq edilmədiyindən, daşınmaz əşyanın icarə müqaviləsi kimi qanuni hesab edilə bilməz. Lakin aktda iddiaçının cavabdehə 1500 (min beş yüz) manat məbləğində pul verməsi, tərəflərin imzaları ilə təsdiq edilmiş sadə yazılı formalı aktla, həmçinin tərəflərin izahatlarının tədqiqi və işin həqiqi halları ilə dəqiq müəyyən edilmişdir. Bu halın özü bir daha onu göstərir ki, tərəflər arasında pul məbləği ilə bağlı iradə ifadəsinin dəqiq məzmununu müəyyən etmək mümkündür. Belə olan halda tərəflər arasında qanundan irəli gələn öhdəlik hüquq münasibəti, yalnız pul məbləğinin alınıb verilməsi ilə bağlı hissədə yaranmışdır. Torpaq sahəsinin icarə müqaviləsinə aid hissədə isə əqd notariat qaydada təsdiq edilmədiyindən etibarsızdır. Ona görə də heç bir hüquqi nəticənin yaranmasına səbəb olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Belə olan halda məhkəmə, iddiaçının cavabdehə verdiyi pulun məbləğini, yəni tərəflərin əqd üzrə aldıqlarını məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilməsini işin həqiqi hallarına uyğun hesab edir. Belə ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş sadə yazılı formada tərtib edilmiş akt əsasında iddiaçının 1500 (min beş yüz) manat məbləğində pulu cavabdehə verməsi və cavabdehin həmin məbləği alması tərəflərin, habelə digər şəxslərin iştirakı ilə xx.xx.2019-cu il tarixdə tərtib edilmiş və onlar tərəfindən imzalanmış sadə yazılı formalı aktda öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə tərəflər arasında mübahisəli torpaq sahəsinin icarəsini nəzərdə tutan sadə yazılı formalı əqd (akt) bağlansa da, həmin əqd (akt) daşınmaz əşyanın icarə müqaviləsi kimi tanınmadığı üçün etibarsızdır. Həmin sadə yazılı formalı akt müqaviləsi hüquqi nəticələr doğurmasa da, cavabdeh həmin əqd (akt) üzrə iddiaçıdan 1500 (min beş yüz) manat məbləğində pul almışdır. Lakin əqd (akt) etibarsız olduğundan, həmçinin iddiaçı icarəyə götürdüyü torpaq sahəsini razılaşmada (aktda) qeyd olunmuş tarixədək istifadə edə bilmədiyindən, cavabdeh əqd (akt) üzrə aldığı 1500 (min beş yüz) manat məbləğində pulu eyni ilə qaytarmağa borcludur. Hazırda cavabdehin həmin pul məbləğini əldə etməsi və özündə saxlaması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iddia tələbinin icarə müqaviləsinin icra müddətinin davam etdirilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, icarə müqaviləsinin icra müddətinin davam etdirilməsinə dair tələb məhkəmədə baxılan tələblərə aid olmadığından tələb həmin hissədə əsassızdır və məhkəmədə baxılmalı deyil. Odur ki, məhkəmənin müvafiq qərardadı ilə tələbə məhz həmin hissədə xitam verilmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətlərinin zəruriliyi əsaslı olmadığından, onun heç bir hüquqi əsas olmadan əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 1500 (min beş yüz) manat məbləğində təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar