Məhkəmə qərarları › İş №2(058)-902/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-902/2024

21.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-902/2024 21.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X13 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Zülfuqar oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh5 və Cavabdeh6 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Zülfuqar oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh5 və Cavabdeh6 qarşı «pul » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iştirakı ilə tərtib edilmiş aktda yazılmış, həqiqətə uyğun olmayan məlumatlar nəticəsində ona dəymiş mənəvi ziyana görə 3500 manat və dövlət rüsumu kimi ödənilmiş 55 manat, cəmi 3555 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər əmisi X5 təşəbbüsü ilə akt tərtib etmişlər ki, guya atası X2 xx.xx.2020-ci il tarixdə vəfatı ilə əlaqədar əmisi onun mərhum atasının dəfn olunduğu gündən ili çıxana qədər bütün dəfn xərclərini, yəni cəmi 7500 manat pulu qarşılamışdır. Cavabdehlərin iştirakı ilə tərtib edilmiş aktın heç bir əsası yoxdur. Belə ki, atasının vəfat etdiyi xx.xx.2020-ci il tarixi “Covid-19” pandemiyasının ən sərt günləri olmaqla, həmin dövrdə Respublikada dəfn mərasimlərinin keçirilməsi, ehsan verilməsi, ümumiyyətlə başsağlığına belə gedilməsi hamı üçün qadağan edilmiş və həmin karantin şərtlərini pozan hər kəs istər yas mərasimini keçirən, istərsə də yas mərasiminə təşrif buyuran hər kəs qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılmış, qurulmuş mağarlar sökülmüş, bişirilmiş ehsanlar uşaq evlərinə müsadirə edilmişdir. Belə bir sərt karantin dövründə necə oldu ki, əmisi adi günlərdəki kimi, mağar qurub, 3,7, 40 və hətta adınalar keçirmişdir. Əmisi ondan pul almaq üçün həmin aktı tərtib etməyi düşünmüş, aradan dörd il keçmiş, tərtib edilmiş akta imza edən cavabdehlər isə həmin vaxt sərt pandemiya vaxtı olduğunu unudaraq əmisinə kömək etmişlər. Əmisi Samux Rayon Məhkəməsinə yazdığı iddia ərizəsində tələb etdiyi məbləğlər ilə tərtib edilmiş aktda göstərilən qiymətlər arasında ciddi ziddiyyət vardır. Bu da bir daha tərtib edilmiş aktın həqiqətə uyğun olmayan məlumatlar əsasında yazıldığını göstərir. Cavabdehlərin iştirakı ilə tərtib edilmiş aktın yalan olması Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə bir daha öz təsdiqini tapmışdır. Beləliklə, cavabdehlərin hərəkətləri üzündən o, sarsıntı keçirmiş, əsəbləşmiş və xəstələnmişdir. Həqiqətə uyğun olmayan məlumatlar əsasında tərtib edilmiş həmin akt üzündən ona həm maddi, həm mənəvi ziyan dəymişdir. Odur ki, ona vurulmuş mənəvi ziyan kimi cavabdehlərin hər birindən 500 manat olmaqla, cəmi 3500 manat pul müştərək qaydada tutularaq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 Zülfuqar oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixdə X8, Zamanova Hicran Saleh qızı, Cavabdeh1 Zülfiqar oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh5, Cavabdeh6 tərəfindən tərtib olunmuş aktdan görünür ki, Samux rayonu, Sarıqamış kəndindən olan Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşamış X7 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində vəfat etmiş, Samux rayonu, Sarıqamış kənd qəbristanlığında dəfn edilmişdir. Dəfn olunan gündən ili çıxana qədər bütün dəfn xərclərini Sarıqamış kəndində yaşayan qardaşı X8 tərəfindən qarşılanmışdır. Dəfn mərasimində dəfn günü meyitin yuyulması - 150 manat, iynə - 60 manat, dəfn maşını - 100 manat, mağar (7gün) - 300 manat, mağar (40 mərasimi günü) - 100 manat, qəbirin qazılması, hörülməsi (sement, mişar daşı və digər ləvazimatlar) - 100 manat, aşbaz - 200 manat (7 günlük), dəfn günü ət - 300 manat, yağ - 35 manat, xurma, marmelad, konfet, qənd - 300 manat, üç mərasimi günü: dana əti - 1300 manat, dovğa üçün qatıq, göy - 100 manat, xurma, marmelad, konfet, qənd - 350 manat, aş üçün düyü - 100 manat, aşın qaradı üçün ət - 180 manat, yeddi mərasimi günü: aş üçün ət - 480 manat, çayçı - 70 manat, adınıanma mərasimləri (4 dəfə) - 700 manat, 40 mərasimi günü: ət - 350 manat, dovğa üçün ərzaqlar - 25 manat, xurma, marmelad, konfet, qənd -200 manat, qəbir daşı - 1000 manat, molla - 150 manat, il mərasimi günü: ət - 700 manat, mağar - 50 manat, xurma, marmelad, konfet, qənd-100 manat, cəmi 7500 manat məbləğində pul xərclənmişdir. İşdə olan Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-349/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 7500 manat və 2500 manat məbləğində dəfn xərcinin, ödənilmiş 77 manat məbləğində dövlət rüsumunun alınaraq, iddiaçı X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni həll edilməsi yalnız tərəflərin təqdim etdikləri sübutların məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində mümkündür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində qeyd edilmiş 3500 manat məbləğində mənəvi ziyanın cavabdehlər tərəfindən vurulmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız özünün izahatı olmuşdur. Məhkəmə iclasında iddiaçının iddia tələbi üzrə cavabdehlərin iddiaçıya vurduğu mənəvi ziyana görə olan pul tələbi öz təsdiqini tapmadı. Bundan başqa göstərilənlərlə yanaşı iddia ərizəsində cavabdehlərdən müştərək qaydada 3500 manat məbləğində pul məbləğinin tutulması tələbi qoyulsa da, həmin pul məbləğinin konkret nədə ifadə olunması, hansı sübutlarla təsdiq olunmasına dair hər hansı əsaslandırma əksini tapmamışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Mənəvi ziyanın əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni həll edilməsi yalnız tərəflərin təqdim etdikləri sübutların məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində mümkündür. Beləliklə, iddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehlər tərəfindən vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir, hesab edir ki, cavabdehlər imzaladığı aktla ona mənəvi ziyan vurmuşlar və həmin ziyanın həcmini 3500 manat məbləğində qiymətləndirmişdir. Məhkəmədə iddiaçı iddia etdiyi tələbi sübut edə bilməmiş, iddiaçının göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız özünün izahatı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün cavabdehlər tərəfindən ona mənəvi ziyan vurulması təkzib olunmaz qaydada sübut olunmalı, həmin halın mövcud olması üçün cavabdehlər pozuntu törədən şəxs kimi məhkəmə tərəfindən tanınmalıdır. Eləcə də, vurulmuş mənəvi ziyanla cavabdehlərin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. Yalnız o halda iddiaçının ona vurulmuş mənəvi ziyanın cavabdehlər tərəfindən ödənilməsini tələb etmək hüququ yaranmış olur. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Zülfuqar oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh5 və Cavabdeh6 qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar