Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-927/2024 16.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X14 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment məbləğinin artırılaraq, hər ay 470 manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(058)-53/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh 20 yanvar 2014-cü 11 tarixdə anadan olmuş X4 və 16 yanvar 2016-cı il tarixdə anadan olmuş X1 ücün hər ay 260 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırki gün ücün 260 manat iki uşağın saxlanılması ücün çox cuzi məbləğdir. İstehlak mallarının qiymətlərinin və pullu xidmət tariflərinin artması ilə əlaqədar olaraq uşağın saxlanması ücün ödənilən aliment azdır. O, alimentin artırılmasına dair mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiyada iştirak etməmişdir. Odur ki, Ruqayyə və Rövşən adlı uşaqlarının saxlanması ücün ödənilən 260 manat aliment pulunun mələğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Aliment məbləğinin artırılması mediasiya təşkilatına müraciət etdiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 bildirdi ki, artıq dörd ildir ki, iddiaçı ilə cavabdeh boşanmışlar. Cavabdeh hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat aliment ödəyir. Həmin məbləğ iddiaçını qane etmir, belə ki, iddiaçının hazırda evi yoxdur, uşaqları ilə birlikdə kirayədə yaşayır. Uşaqlar məktəbdə oxuyur, cavabdeh tərəfindən verilən aliment uşaqların maddi tələbatını ödəmir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 bildirdi ki, cavabdeh alimenti vaxtında ödəyir, uşaqların maddi təminatını təmin edir. Uşaqlar mütəmadi olaraq onun evinə gedib-gəlirlər. Cavabdeh 180 manat məbləğində aliment ödəyə bilər. Məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Samux Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(058)-53/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 26 iyul 2013-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsində 229 saylı nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahdan 20 yanvar 2014-cü il tarixdə anadan olmuş X8 və 16 yanvar 2016-cı il tarixdə anadan olmuş X9 adlı uşaqların cavabdeh olan anası İddiaçı yanında və himayəsində saxlanılması və 20 yanvar 2014-cü il tarixdə anadan olmuş X4 və 16 yanvar 2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay hər növ qazancından hər uşaq üçün 130 manat, iki nəfər uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin (vəsaitin) tutularaq, cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Samux rayonu, Samux şəhərində yaşayır. İş materiallarında olan Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişaflarını, təhsili ilə bağlı xərclərinin mövcudluğunu nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği 360 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Samux Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(058)- 53/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(058)-53/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-927/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-927/2024
16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver