Məhkəmə qərarları › İş №2(058)-947/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-947/2025

19.11.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-947/2025 19.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan ölçü və digər texniki işlərin aparılmasına cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu Kolayır kəndi ərazisində yerləşən 0,13 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestirində qeydiyyatı üçün zəruri olan ölçü və digər texniki işlərin aparılmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X1 və babası X4 Samux rayonu, Kolayır kəndi ərazisində 0,13 ha (JN:151F KOD********) torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililər miras qalmışdır. X1 xx.xx.2000-ci ildə, babası X9 xx.xx.2018-ci ildə, atası X10 isə xx.xx.2017-ci il tarixində ölmüşdür. Cavabdeh mərhum babası X6 qardaşıdır. Mirası qəbul etmiş vərəsə olaraq Samux rayonu Kolayır kəndi ərazisində yerləşən 0,13 ha (JN:151F KOD********) torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililərə dair miras payını müəyyən edilməsi üçün Gəncə Şəhəri 2 saylı Notariat ofisinə və 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə müraciət etmişdir. Notariat orqanı tərəfindən Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Ərazi İdarəsinə Samux rayonu Kolayır kəndi ərazisində yerləşən 0,13 ha (JN:151F KOD********) torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililər dair arayış vəya çıxarış verilməsi üçün məktub ünvanlamışdır. Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Ərazi İdarəsinin əməkdaşları və mütəxəssisləri həmin torpaq sahəsinə və onun üzərində yerləşən tikililərə baxış keçirmək istədikləri zaman Cavabdeh mütəxəsisləri həmin torpaq sahəsinə qanunsuz olaraq buraxmamış və olnların öz işlərini görməsinə qərəzli olaraq maneələr yaratmışdır. Belə ki, cavabdeh həmin torpaq sahəsini və onun üzərində olan tikililəri qanunsuz olaraq zəbt etmiş və qanunsuz olaraq həmin torpaq sahəsindən istifadə edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək tələbin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyərərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan JN-151F KOD 50708018 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 0.13 hektar pay torpaq sahəsi X6 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ № 921975 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2000-ci il tarixində ölmüşdür. İş materiallarında olan AZ-İ № 921976 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixində ölmüşdür. İş materiallarında olan AZ-İ № 959407 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixində ölmüşdür. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olmuşdur ki, iddia tələbində sözügedən torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə iddiaçının mərhum X1na və mərhum babası X8 məxsus olmuşdur. Yəni iddiaçı miras qoyanların nəvəsi, cavabdeh isə miras qoyan X6 qardaşıdır. İddiaçının atası, yəni miras qoyanların oğlu X10 24 oktyar 2017-ci il tarixində ölmüşdür. Miras qoyanlar X2 və X4 miras qalmış əmlaka dair onların mülkiyyət sənədi Samux Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhatətnamədir. Hazırda iddiaçı, atası sağ olmadığına görə sözügedən mirasdan atasına çatacaq miras əmlakı qəbul etmək məqsədilə nənəsindən və babasından miras qalmış, lakin mülkiyyət sənədi köhnə olan əmlaka dair yeni mülkiyyət sənədi, yəni daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək istəyir və həmin mülkiyyət sənədinin verilməsi üçün müvafiq inzibati orqan tərəfindən sözügedən əmlaka dair ölçü və digər texniki işlərin həyata keçirilməsi zəruridir. Lakin cavabdeh, yəni miras qoyan X6 ikinci növbə vərəsəsi – qardaşı Cavabdeh müvafiq inzibati orqan tərəfindən sözügedən əmlaka dair ölçü və digər texniki işlərin həyata keçirilməsinə maneə yaradılır. Məhkəmə iclasında verdiyi izahatında isə cavabdeh hazırda iddia tələbini qəbul etdiyini və tələbin təmin olunmasına heç bir etorazının olmadığını bildirir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində sözügedən əmlaka dair gözlənilən mülkiyyət hüququ olduğundan, yəni o, həmin əmlakı miras qoyanların birinci növbə vərəsəsi olduğundan o, vərəsəliklə bağlı hüquqlarını həyata keçirmək məqsədilə sözügedən miras əmlaka dair yeni mülkiyyət sənədinin verilməsi üçün müvafiq inzibati orqana müraciət etmək hüququna malikdir. Daşınmaz əmlaka dair yeni mülkiyyət sənədinin verilməsi üçün isə müvafiq inzibati orqan tərəfindən həmin əmlaka dair müvafiq ölçü və texniki işlərin həyata keçirilməsi şərtdir. Cavabdehin həmin işlərin aparılmasına maneçilik yaratması iddiaçının hüquqlarını kobud şəkildə pozur və ona görə də iddiaçı hazırki iddia tələbində haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd maddələrinə əsasən: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləkilə, yuxarıda sadalanan əsaslar nəzərə alınmaqla məhkəmə hesab edir ki, İddiaçı tələbi təmin edilməli, Samux rayonu Kolayır kəndində yerləşən 0.13 ha torpaq sahəsində ölçü işlərinin aparılmasına Cavabdeh yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Samux rayonu Kolayır kəndi ərazisində yerləşən 0.13 ha torpaq sahəsində texniki ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar