Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-95/2024 27.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla əsasən ona hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olmağına baxmayaraq hal-hazırda Gəncə şəhəri, Mircəlal Paşayev küçəsində yaşayır. O, həmin ünvanda üç ildən artıqdır yaşamır. xx.xx.2023-cü il tarixdə Azəriqaz” İB Gəncə şəhər RQİİ tərəfindən ona xidmət göstərən qaz sayğacı çıxarılmışdır. xx.xx.2023cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Akt tərtib olunan zaman evində fəaliyyət göstərən mexaniki sayğacın üzərində olan nəzarət möhürü (blom) qırılmamışdır və ailəsi tərəfindən qaz sayğacına müdaxilə aşkar edilməmişdir. O, həmin ünvanda yaşamıram, arada bir həyətə baş çəkir. Qaz idarəsinin əməkdaşları onun qaz idarəsinə borcu olmasını bildirmişlər. Ödəniş cədvəlindən görünür ki, sayğacda göstərilən tarixə kimi 2022-ci il tarixdə 83 kub.m qaz sərfiyyatı olmuş, 5,88 manat ödəmiş, sonra bir gündə olsun həmin evdə qalmamışdır. O, evdə olmamış, qaz idarəsinin işçiləri sayğaca xx.xx.2023-ci il tarixdə baxış keçirmişlər və ******* nömrəli akt tərtib etmişlər. Baxış keçirilən zaman element qapağının ətrafının zədəli olması, sayğacın mənfiyə işləməsi, xatalar normaya uyğun olması, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Nəticədə yanvar, fevral aylarında sayğacın qaz sərfiyyatı 12960 kub.m qeydə alınaraq, ona 1555,20 manat debitor borcunun olması barədə akt tərtib etmişlər. Sayğaca “Azəriqaz” İstehsalat Birliyinin labaratoriyasında ümümi baxış keçirilmiş, sayğaca baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə elektron göstəricisi 00989 kub.m olmuş, klapan açıqdır, sayğac mənfiyə işləyir kimi qeyd edilmişdir. Qaz İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, sayğacın element qapağının ətrafının zədələnməsi nəticəsində 12960 kb.m qaz sərfiyyatı düzgün qeydə alınmış və 1555,20 manat təşkilata ziyan dəymişdir. Qaz sayğacının mənfiyə işləməsində onun heç bir günahı olmamışdır. Qaz İdarəsinin işçiləri tərəfindən qaz xəttinə və sayğaca heç bir müdaxilə aşkar edilməmişdir. Faktiki olaraq onun 2022-ci ildə qaz sərfiyyat norması 83 kub.m olmuşdur. 2023-cü ilin yanvar, fevral ayı ərzində 12960 kub.m qaz sərt etdiyi göstərilmiş, lakin tamamilə düzgün olmayan sərfiyyatdır. Belə ki, 12960 kub.m qazı faktiki olaraq onun 15 (on beş) və daha çox illik sərfiyyat nosmasıdır. O, heç vaxt 2 (iki) ay ərzində 12960 kub.m qaz istifadə etməmiş, bu səbəbdən də, 2 (iki) ay ərzində 12960 kub.m qazın onun tərəfindən istifadə olunması qeyri-qanuni olmaqla reallığı əks etdirmir. Ona görə də, həmin sərfiyyata görə ona əsassız olaraq yazılmış 1555,20 manat debitor borcu silinməlidir. Qaz sayğacının kənar müdaxilədən deşilməsində onun heç bir günahı və rolu olmamışdır. Həmin akt tərtib edilən zaman qaz təchizatı haqqında Azərbaycan respublikası qanununun tələbləri kobud surətdə pozulmuşdur. O, qanuna riayət edən şəxsdir. Ona yazılmış 1555,20 manat debitor borcunu ödəmək imkanı yoxdur. Tələb olunan qaydalara düzgün əməl etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, şəhid ailəsidir, həyat yoldaşı Asim Quliyev 1-ci Qarabağ müharibəsində vəfat etmiş, küçələri onun adına verilmişdir. ünvan 3ndə yerləşən fərdi yaşayış evi anasına məxsus olmuş, lakin anası vəfat etməmişdən əvvəl həmin evi ona bağışlamışdır. Ona məxsus ünvan 3ndə yerləşən fərdi yaşayış evində 2017-ci il tarixdən yaşayış yoxdur. Yaşayış olmayan evə cərimənin yazılması qanunsuzdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-nin X5 İstismar İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPm-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “abonentin saldosu”-dan görünür ki, İddiaçı məxsus ünvan 3ndə yerləşən fərdi yaşayış evinə 12960 kub.m qaz sərfiyyatına görə 1555,20 manat məbləğində borc yazılmışdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 3ndə yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın element qapağının ətrafı zədəlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon icra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 169 nömrəli arayışdan görünür ki, Samux şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı onun mərhumə anası X1 məxsus olan və ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində 2017ci il tarixdən hal-hazıradək yaşamamışdır. İş materiallarına əlavə edilmiş 026341 “X4” vəsiqəsindən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3ndə yerləşən fərdi yaşayış evinə dair X1 çıxarış verilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, “Azəriqaz” İB qeyd olunan aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin aktda göstərilən qüsur – sayğacın element qapağının ətrafının zədələnməsinin aşkar edilməsi cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edilərək sonuncuya əlavə sərfiyyat hesablasın. “Azəriqaz” İB borcu sayğacın element qapağının ətrafının zədələnməsini nəzərə alaraq, hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki, “Qazdan istifadə” Qaydalarının 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, “Azəriqaz” İstehsalat Birliyi də, bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sayğacın element qapağının ətrafının zədələnməsi səbəbinin və qaz sərfiyatına görə hesablanma qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmişdir. Odur ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçıya məxsus ünvan 3ndə yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə qaz sərfiyyatına dair hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən ünvan 3ndə yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə qaz sərfiyyatına dair hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-95/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-95/2024
27.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver