Məhkəmə qərarları › İş №2(058)-98/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-98/2024

10.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-98/2024 10.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 700 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, сavabdeh ilə həmkəndlidir. Onlar Samux rayonu, Ağasıbəyli kəndində yaşayılar. Onlar cavabdehə məxsus olan 0.05 ha həyatyanı torpaq sahəsinin 1500 manata alqı-satqısına dair aralarında şifahi razılığa gəlmişlər. Həmin torpaq sahəsinin dəyərini, yəni 1500 manatı xx.xx.2017-ci il tarixdə Samux rayon, Ağasıbəyli bələdiyəsi nümayəndəsinin iştrakı ilə cavabdehə vermişdir. Lakin sözügedən torpağa dair onlar arsında rəsmi sənədləşmə olmamışdır. Cavabdeh torpağa dair rəsmi sənədləşmədən boyun qaçırdığından o, verdiyi pulu geri tələb etmişdir. Cavabdeh 8 il ərzində ona olan borcundan 800 manat pul qaytarmış, qalan 700 manat pulu isə qaytarmaqdan imtina edir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdehin əsl cavabdehlə, yəni X4 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 izahat verərək bildirdi ki, iddianı qəbul edir. O, özünə məxsus 0.05 ha həyatyanı torpaq sahəsini 1500 manata iddiaçıya satmaq barədə iddiaçı ilə şifahi qaydada razılaşmışdır. İddiaçı torpağın müqabilində ona 1500 manat pul vermişdir. Lakin sözügedən torpağa dair aralarında rəsmi alqı-satqı müqaviləsi olmamış, heç bir sənədləşmə aparılmamışdır. Daha sonra iddiaçı verdiyi pulu geri tələb etmiş, o, iddiaçıdan aldığı pulun 800 manatını ona geri qaytarmış, 700 manatını isə qaytarmamışdır. Hazırda həmin pulu iddiaçıya qaytarmaqdan boyun qaçırmır, lakin maddi imkanı aşağı olduğundan pulun hər il 100 manatını qaytara bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, İddiaçı 700 manat pul verməli olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən 700 manat pul tutularaq iddiaçıya verilməlidir. Tərəflərin izahatlarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus 0.05 ha torpaq sahəsinin alqı-satqısına dair şifahi şəkildə razılıq əldə olunmuşdur. İddiaçı cavabdehə həmin torpağın müqabilində 1500 manat pul vermiş, lakin onlar arasında sözügedən torpaq sahəsinə dair rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdehin torpağa dair rəsmi alqı-satqıdan boyun qaçırması səbəbindən iddiaçı cavabdehə ödədiyi pulun geri qaytarmasını tələb etmiş, cavabdeh pulun 800 manat hissəsini iddiaçıya geri qaytarmış, 700 manat hissəsini isə qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf edərək iddiaçının iddia ərizəsində və məhkəmə iclasında göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı predmeti daşınmaz əmlak olduğundan, həmin əmlak barəsində mülkiyyətçinin sərəncam vermək hüququ, yəni əmlakın özgəninkiləşdirilməsi alıcı və satıcı arasında yazılı formada bağlanmış və notarial qaydada təsdiq olunmuş müqavilə əsasında həyata keçirilə bilərdi. İşin faktiki hallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflər arasında belə bir müqavilə mövcud olmamışdır. Bu baxımdan onlar arasında alqı-satqı müqaviləsi ilə bağlı münasibətlərin yaranması istisna olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 700 manat pulu hər hansı hüquqi əsas olmadan əldə etmiş və əsassız olaraq varlanmışdır. Bu hal cavabdehin özünün məhkəmə iclasında iddianı etiraf etməsi və izahatı ilə təsdiqini tapmışdır. Ona görə də iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 700 (yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar