Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-984/2025 18.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi , İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 9000 manat məbləğində pulun və ödədiyi 110 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə əvvəllər iş yoldaşı olmuşdur. Cavabdeh biznes fəaliyyəti ilə məşğul olduğuna görə ondan borc pul istəmiş, o, Cavabdeh 9000 manat borc pul vermişdir. Lakin cavabdeh borc aldığı pulu qaytarmamış, dəfələrlə o, cavabdehdən pulunu tələb etməsinə baxmayaraq cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Ona görə də o, məcbur olub pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, iddia tələbinin əsaslılığı onların məhkəməyə sübut qismində təqdim etdikləri audio və video yazılarla təsdiqini tapır. Tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, iş üzrə əvvəlki məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qayadada məlumatlandırılmasına baxmayaraq cavabdehin heç bir üzürlü səbəb bildirmədən heç bir məhkəmə iclasında işirak etməməsini, işə baxılması üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətin tamamlanmasını nəzərə alaraq və prosessual qənaət prinsipindən yanaşaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə aşağıdakılar müəyyən edilir: İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuş və məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilmiş video görüntüdən görünür ki, Cavabdeh həmin video görüntüdə iddiaçıya 9000 manat borcu olmasını etiraf edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı Cavabdeh məxsus bank hesabına müxtəlif tarixlərdə ümumilikdə 1886 manat pul köçürmüşdür. Məhkəmə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 9000 manat pul vermiş, bu hal iddiaçı tərərəfin məhkəməyə təqdim etdiyi sübutlar əsasında öz təsdiqini tapmışdır. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında sözügedən məbləğdə pulu cavabdehə borc kimi verdiyini qeyd etmiş və iddia ərizəsində iddia tələbinin hüquqi əsası kimi borc müqaviləsinə dair qanunvericilik normalarına istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı irəli sürdüyü tələbin əsaslı olmasını sübuta yetirsə də, iddia tələbinin hüquqi əsasını düzgün müəyyən etməmişdir. Belə ki, işin faktiki hallarından aydındır ki, iddiaçının cavabdehə verdiyi məbləğ 9000 manatdır. Qanunvericiliyin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin faktiki hallarından və iş materiallarından aydındır ki, tərəflər arasında yazılı borc müqaviləsi olmamışdır. Lakin iddiaçının cavabdehə iddia tələbində sözügedən məbləğdə pulu verməsi məhkəmə araşdırması nəticəsində tam şəkildə sübuta yetmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası kimi əsassız varlanmaya dair qanunvericilik normaları çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçından 9000 manat pul alması onun iddiaçının hesabına varlanması nəticəsini doğurmuş və bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmamışdır. Ona görə də qanunvericiliyin tələbinə görə cavabdeh iddiaçının hesabına əsassız varlanmış şəxs olaraq əldə etdiklərini məhrum olanın, yəni iddiaçının tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357- 361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-984/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-984/2025
18.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver