Məhkəmə qərarları › İş №2(058)-99/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-99/2025

23.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-99/2025 23.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında əsassız yazılmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək akt əsasında ona əsassız yazılmış 1057,67 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu Alıuşağı kəndində ona məxsus evdə yaşamaqla elektrik enerjisindən və digər kommunallardan istifadə edir. Qeyd olunan kommunallara aid hər ay sərf etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəyir, buna baxmayaraq qanunsuz və əsassız olaraq Samux Rayon Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixli akta əsasən 1057.26 manat cərimə yazılmışdır. Cərimənin yazılmasına səbəb kimi isə elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olduğu, sayğacın giriş faza yuvasına sıfır xəttinin, sıfır yuvasına isə faza xəttinin qoşulması qeyd olunmuşdur. Halbuki, onun elektrik işindən heç bir anlayışı yoxdur. O, dəfələrlə "xxxx" ASC -nə bildirib ki, əgər belə bir hal varsa sıfır və faza xəttinin yerini gəlib dəyişsinlər. Lakin onun müraciətinə heç bir cavab verilməyib. O, daima işlətdiyi qazın dəyərini ödəyib. Cavabdehin tərtib etdiyi akt əsassızdır və ona yazılan cərimə də əsassız yazılıb. Belə ki, o sayğaca heç bir müdaxilə etməmişdir. Ona görə də tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddainı etiraf etməyərək bildirdi ki, iddia əsasızdır. Belə ki, Azərişıq” ASC-nin əməkdaşları tərəfindən sözügedən sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə olunduğu aşkar olunmuş, buna görə akt tərtib edilmişdir. Həmin hal onların tərəfindən məhkəməyə təqdim olunmuş video görüntüdən də öz təsdiqini tapır. Buna görə də tələbin rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədl aşağıdakılar müəyyən edilir: Azərişıq” ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli , AKT 000148 nömrəli aktın surətindən görünür ki, Samux rayonu Alıuşağı kəndində yerləşən İddiaçı yaşadığı ünvanda sayğaca EEİQ-na uyğun olaraq gecə reydi zamanı sayğaca baxış keçirilmiş, abonentin sayğacın kənar mənbədən götürüldüyü, dövrədən qismən kənarlaşdırıldığı, elektrik xəttinin daxil olduğu aşkar edilmişdir. Akta əlavə edilmiş sənəddən görünür ki, sayğaca müdaxilə nəticəsində itirlmiş sərfiyyatın həcmi 9443 kvts, dəyəri isə 1057,26 manat müəyyən edilmişdir. Cavabdehin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş video görüntüdən aydın olur ki, Cavabdeh-nin əməkdaşları tərəfindən keçirilən gecə reydi zamanı abonent İddiaçı yaşadığı ünvana quraşdırılmış elektrik sayğacına müdaxilə halı müəyyən olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən ona məxsus Samux rayonu, Alıuşağı kəndində yerləşən evində quraşdırılmış, abonent kodu **********00357 nömrəli sayğaca müdaxilə olunmuş, sayğacda faza ardıcıllığı pozulmuş, faza xətti yuvasına “0” xətti, “0” xəttinə isə faza xətti daxil edilmişdir. Bu hal cavabdehin təqdim etdiyi sübutlarla təsdqini tapmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya hesablanan borcun məbləği işin faktiki hallarına uyğun hesablanmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya 365 günə uyğun sərfiyyat həcminin məbləğində borc hesablanmışdır. Bu isə işin faktiki halları ilə uzlaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir. Xərclər müvafiq olaraq yeni güc sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. - 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələblərinin və cavabdehin etirazlarının hüquqi taleyi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Həmçinin işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. İş materiallarından görünür ki, mərhum İddiaçı məxsus Samux rayonu, Alıuşağı kəndində olan yaşayış evinə enerji sərfiyyatına görə cərimə 365 gün müddətinə görə hesablanmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən yaşayış evində yerləşən elektrik sayğacına hər ay baxış keçirilmişdir, ona görə də məhkəmə hesab edir ki, elektrik enerjisinə görə hesablanma əmsalı 365 gün deyil, 30 gün müddətinə aşağıdakı qaydada hesablanmalıdır. (1,54x24x0,7x30=776 kvt, 300 kvtx0,08=16, 100kvtx0,09=9 476 kvtx0,13=61,88 16+0,9+61,88=86,88 manat) Nəticə etibarilə məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 000148 nömrəli akta əsasən mərhum İddiaçı məxsus Samux rayonu, Alıuşağı kəndində yerləşən yaşayış evinə enerji sərfiyyatına görə hesablanmış 970,79 (doqquz yüz yetmiş manat, yetmiş doqquz qəpik) manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Samux rayonu, Alıuşağı kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı (abonent kodu **********00357) cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 000148 nömrəli akta əsasən hesablanmış 970.79 (doqquz yüz yetmiş manat, yetmiş doqquz qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar