Məhkəmə qərarları › İş №2(059)-111/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-111/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-111/2021 10.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə iddiaçı "İddiaçı" X1 X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı "İddiaçı" X1 X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı MMQBKT-nın xeyrinə cəmi 2145,98 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "İddiaçı" X1 X3 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 39,50%-lə, 18 ay müddətinə 4000 manat məbləğində kredit verilmiş, həmçinin, digər Cavabdeh2 zamin qismində kredit müqaviləsini imzalamaqla kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca və vaxtında yerinə yetirilməsi üçün Cavabdeh1la eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Bundan başqa, iddiaçı MMQBKT ilə Cavabdeh1 arasında imzalanmış xx xxxxxxx 2015-ci il tarixli sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmişdir. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq üzərilərinə düşən öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə, onların iddiaçı MMQBKT-yə cəmi 2145,98 manat borcları yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "İddiaçı" X1 X2 nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, maddi vəziyyəti pisləşdiyinə görə kredit borcunu ödəyə bilməmişdir. Odur ki, iddia tələbini tam olaraq qəbul edir və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 iddia tələbini qəbul etməyərək, bu barədə ərizə təqdim etməklə izahatında göstərdi ki, iddiaçı MMQBKT ilə digər Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 39,50%-lə, 18 ay müddətinə 4000 manat məbləğində kredit verilmiş, həmçinin, o, zamin qismində kredit müqaviləsini imzalamaqla kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca və vaxtında yerinə yetirilməsi üçün Cavabdeh1la eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Buna baxmayaraq, iddiaçı MMQBKT ilə Cavabdeh1 arasında kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilməsi barədə xx xxxxxxx 2015-ci il tarixli saziş imzalansa da, bu saziş onun xəbəri olmadan imzalanmış, bununla da, onun vəziyyəti ağırlaşmışdır. Bu isə zamin kimi onun məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrin yaranmasına səbəb olur. Odur ki, iddia tələbinin ona münasibətdə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, xx xxxx 2015-ci il tarixli, **********0350 nömrəli kredit müqaviləsindən görünür ki, "İddiaçı" X1 X3 Cavabdeh1 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə, illik 39,50 % ödəmək şərtilə 4000 məbləğində kredit vermiş, borclu isə bankdan götürdüyü kredit məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsinə əsasən zamin (Cavabdeh2) kredit alan (Cavabdeh1) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə ("İddiaçı" MMQBKT-yə) tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan kredit müqaviləsinin restruktruzasiyasına dair xx xxxxxxx 2015-cı il tarixli sazişdən görünür ki, bu sazişlə ödəniş planına dəyişiklik edilməklə ödəniş müddəti 31 ayadək, yəni xx xxx 2018-ci il tarixədək uzadılmış, habelə kredit müqaviləsi üzrə qalıq borcun məbləği 3637 manat həcmində müəyyən edilməklə, qalıq məbləğinə 19 % dərəcəsi ilə faiz hesablanacağı qeyd edilmişdir. İşdə olan xx xxxx 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, "İddiaçı" X1 X3 tərəfindən Cavabdeh1 4000 manat məbləğində pul verilmişdir. İşdə olan "İddiaçı" X1 X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh1 MMQBKT-yə cəmi 2145,98 manat əsas borcu vardır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, "İddiaçı" X1 X3 iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Belə ki, onunla kredit müqaviləsi daxilində bağlanan öhdəliyin təmini üsulu (zaminlik) müstəqil xarakter daşımamaqla, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin icrasının təminatı rolunu daşımasına baxmayaraq, xx xxxxxxx 2015-ci il tarixli saziş imzalanarkən onun razılığı alınmamışdır. Belə olan halda, Cavabdeh2 kredit müqaviləsi üzrə sonradan yaranan dəyişikliklər üzrə məsuliyyət daşıması istisna edilir. Belə ki, işin hallarından da göründüyü kimi həmin sazişə əsasən kredit müqaviləsinin ödəniş planında dəyişikliklərin edilməsi zaminin məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrin yaranmasına səbəb olur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. İşin faktiki hallarını, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh2 qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 39,50%-lə, 18 ay müddətinə 4000 manat məbləğində kredit verilmiş, həmçinin, tərəflərin imzaladıqları xx xxxxxxx 2015-ci il tarixli sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmişdir. Beləliklə, iddiaçı həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, sonuncu borclu kimi üzərinə düşən öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməklə kredit müqaviləsinin və mülki qanunvericiliyin şərtlərini pozmuş, nəticədə onun kredit müqaviləsi üzrə cəmi 2145,98 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh1 iddiaçı "İddiaçı" X1 X2 xeyrinə cəmi 2145,98 manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı "İddiaçı" X1 X2 xeyrinə cəmi 2145,98 (iki min yüz qırx beş manat 98 qəpik) manat əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar