Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-117/2020 24.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi, əşya üçün ödənilən pul məbləğinin geri qaytarılması və istehlakçıya dəyən mənəvi və maddi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən “xxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 879 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi, əşya üçün ödənilən pul məbləğinin geri qaytarılması və istehlakçıya dəyən mənəvi və maddi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, soyuducu üçün ödənilən 245,40 manat məbləğində pulun qaytarılması, təsərrüfatına aid süd və süd mallarının xarab olması nəticəsində ona dəyən 400 manat məbləğində maddi ziyanın ödənilməsi, eləcə də ona dəyən 10 000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(059)-117/2020 saylı qərardadı ilə, iddiaçı Cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi, əşya üçün ödənilən pul məbləğinin geri qaytarılması və istehlakçıya dəyən mənəvi və maddi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ərizəyə iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ilk iddia ərizəsi ilə birlikdə bir icraatda baxılması, eləcə də mülki işə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilmiş və iddiaya baxılması üçün iddia icraatına keçirilmişdir. İlk İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı "Hisense RD35DE4SPA” modelli soyuducuya görə 18 ay, ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla, cəmi 1062 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtini pozaraq, ümumi 1062 manat borcdan 183 manat ödədikdən sonra başqa ödənişlər etməmiş və nəticədə 879 manat borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini qəbul etməyərək, habelə ilk iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb edib, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, onunla qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ödəniş cədvəlinə uyğun 18 ay müddətinə, hər ay 59 manat olmaqla hissə-hissə ödənilməsi şərti ilə qiyməti 1062 manat, modeli "Hisense RD35DE4SPA” olan soyuducu almışdır. Soyuducunu evə gətirdikdən təxminən 10 gün sonra onun əsas kamerası işləməmişdir. O, soyuducunu “xxxxxxxxxxxxxxx” MMC-nin Siyəzən şəhərində yerləşən “Sülh” mağazasından aldığından soyuducunu ona satan, Cəsur və Rüfanə adı satıcılara soyuducunun işləmədiyini bildirdikdə, ona soyuducuya Bakı şəhərindən ustanın gəlib baxacağı deyilmiş, bundan sonra gələn usta, soyuducunun işləməmə səbəbi kimi zavod qüsuru olmasını bildirərək, təmir olunmasının vacibliyini qeyd etmişdir. Sonradan isə ustanın Bakı şəhərindən gəlmədiyini, yerli usta olduğunu öyrənmişdir. Eyni zamanda o, soyuducunun başqası ilə əvəz olunmasını tələb edərək, təmir olunmuş soyuducunun ona lazım olmadığını qarşı tərəfin işçilərinə bildirmiş, lakin, onlar onun sözlərinə əhəmiyyət verməmişlər. Odur ki, məcbur olub, MMC-nin qanunsuz hərəkətləri barəsində xx xxx 2019-cu il tarixdə, saat 14:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra, isə mağazanın satıcısı Cəsur atası Mehdi ilə birgə evinə gəlib soyuducunu aparmışlar. Soyuducunu aparanlara bir daha yeni soyuducu istədiyini bəyan etmişdir. Mağazanın əməkdaşları tərəfindən tələbinin yerinə yetirilmədiyini gördükdə isə ikinci dəfə xx xxxx 2019-cu il tarixində, saat 19:50 radələrində MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. xx xxxx 2019-cu il tarixdə mağazaya gəlmiş, mağazanın Cəsur və Rüfanə adlı satıcıları məhkəməyə müraciət etməməsini ondan xahiş edərək, problemi həll edəcəklərini bildirsələr də, problem hal-hazıradək həll olunmamış, üstəlik soyuducunu ondan təhvil almaları barədə işçilər tərəfindən ona hər hansı bir sənəd verilməmişdir. O, “xxxxxxxxxxxxxxx” MMC-ni məhkəməyə vermək əvəzinə, ilk olaraq MMC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, MMC tərəfindən ona soyuducuya görə ödədiyi 185,40 manat və Cəsur adlı satıcıya verdiyi 60 manat olmaqla, cəmi 245,40 manat, 2019-cu ilin aprel və may aylarında soyuducunun olmaması səbəbindən təsərrüfatında olan mal-qaranın süd və süd məhsullarının xarab olan 400 manat məbləğində dəyəri olmaqla, cəmi 645,40 manat maddi ziyan, bundan əlavə 10 000 manat mənəvi zərər vurulmuşdur. Odur ki, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatını, habelə şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, o, “xxxxxxxxxxxxxxx” MMC-nin “Sülh Siyəzən” mağazasında satıcı işləyir. İlk iddia üzrə Cavabdeh onun daimi müştərisi olmuş, ona əvvəllər də, başqa elektron məişət əşyaları satmış və aralarında hər hansı bir problem olmamışdır. Sonuncu dəfə hazırda mübahisə predmeti olan "Hisense RD35DE4SPA” model soyuducunu aldıqdan təxminən bir ay sonra Cavabdeh həmin soyuducunun əsas kamerasının işləmədiyini bildirmiş və onu 2019-cu ilin may ayında gətirib mağazanın qarşısına qoymuşdur. Belə ki, qeyd edilən soyuducunu Cavabdeh rəsmi qaydada təhvil almamış, hətta ondan həddən artıq pis qoxular gəldiyinə görə mağazanın içərisinə belə sala bilməmişdir. Bundan sonra, müştəri Cavabdeh soyuducudan imtina etməsi barədə “xxxxxxxxxxxxxxx” MMC-nin aidiyyəti şəxslərinə məlumat vermiş, MMC-nin adını bilmədiyi işçisi soyuducunu gəlib servisə aparmışdır. Hazırda həmin soyuducu şirkətin servisindədir. İşdə olan “xxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı "Hisense RD35DE4SPA” modelli soyuducuya görə cəmi 1062 manat borcu 18 ay müddətinə hissəhissə, yəni ödəniş cədvəli üzrə hər ay 59 manat ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. İşdə olan “xxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1062 manat əsas borcundan bu günədək 183 manat ödəniş etmiş, 879 manat əsas, 206,98 manat cərimə borcu qalmışdır. İşdə olan xəbərdarlıqdan görünür ki, cavabdeh yaranmış borcla bağlı iddiaçı MMC tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, “xxxxxxxxxxxxxxx” MMC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşin faktiki halları və təqdim olunmuş sübutlarla məhkəmə iclasında hər iki iddia tələbinə münasibətdə müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC "Hisense RD35DE4SPA” modelli soyuducunu cəmi 1062 manata, 18 ay müddətinə hissə-hissə, yəni ödəniş cədvəli üzrə hər ay 59 manat ödəmək şərti ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nisyə satmışdır. Eyni zamanda, Cavabdeh həmin əşyaya görə “xxxxxxxxxxxxxxx” MMC-yə əsas borcdan ümumilikdə 183 manat ödəniş etmişdir. Bundan bir müddət sonra, cavabdeh tərəfindən soyuducuda qüsur aşkar edilmiş, o cümlədən soyuducunun əsas kamerasının işləmədiyi müəyyən edilmişdir. Məhz bu səbəbdən də, 2019-cu ilin may ayında soyuducu Cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin Siyəzən şəhərində yerləşən mağazasına təhvil verərək, soyuducunun başqa, yeni soyuducu ilə əvəz olunmasını tələb etmişdir. Lakin, Cavabdeh bu tələbi “xxxxxxxxxxxxxxx” MMC tərəfindən yerinə yetirilməməklə, yanaşı qüsurlu soyuducu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan faktiki olaraq alınmaqla, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh MMC-nin servisinə yerləşdirilmişdir. Belə ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qüsurlu əşyadan imtina etməsi, bu barədə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin aidiyyəti şəxslərinə məlumat verilməsi, MMC-nin işçiləri tərəfindən soyuducunun servisə aparılması, hazırda da həmin soyuducunun şirkətin servisində olması MMC-nin “Sülh Siyəzən” mağazasında satıcı işləyən şahid Rüfanə Əliyeva tərəfindən etiraf edilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İlk iddia üzrə iddiaçı “xxxxxxxxxxxxxxx” MMC ilk iddia tələbini ilk iddia üzrə Cavabdehla aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncunun aldığı "Hisense RD35DE4SPA” modelli soyuducuya görə 18 ay, ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla, cəmi 1062 manat ödəməyi öhdəsinə götürməsi, lakin, ilk iddia üzrə cavabdehin müqavilənin şərtini pozaraq, ümumi 1062 manat borcdan 183 manat ödədikdən sonra başqa ödənişlər etməməsi və nəticədə 879 manat əsas borcunun yaranması, edilən xəbərdarlıqlara rəğmən Cavabdeh bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozması, MMC-nin əşyasından qanunsuz istifadə etməklə onlara maddi ziyan vurması, müqavilənin, eləcə də mülki qanunvericiliyin tələblərini pozması ilə əsaslandırsa da, iş materiallarından, eləcə də məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlardan da göründüyü kimi, "Hisense RD35DE4SPA” modelli soyuducuya 1(bir) illik zəmanət müddəti müəyyən edilmiş və həmin müddət ərzində soyuducu istehlak olunarkən ilk iddia üzrə cavabdeh tərəfindən qüsurlar olduğu aşkar edilmişdir. İlk iddia üzrə iddiaçının ilk iddia üzrə cavabdehə lazımi keyfiyyətdə olan malı istehlak məqsədləri üçün təqdim etməməsi sonuncunun istehlakçı kimi "istehlak etdiyi malın lazımi keyfiyyətdə olması hüququ"nu pozmuşdur. Bunun da nəticəsində ilk iddia üzrə cavabdeh aldığı malda qüsur aşkar etdiyindən mülki hüquq normalarının tələblərinə əsasən öz istəyinə görə ilk iddia üzrə iddiaçı MMC-dən çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququ, sonuncunun isə istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməklə istehlakçının tələbini yerinə yetirmək öhdəliyi yaranmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Lakin, hazırda işin faktiki hallarından da göründüyü kimi qüsurlu əşya (soyuducu) xx xxxxxx 2019-cu il tarixdə ilk iddia üzrə Cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçı MMCdən qəbul edilməsinə, habelə Cavabdeh əşyadan istifadə etdiyi müddətdə müvafiq ödənişləri etməsinə baxmayaraq, sonradan soyuducuda qüsurlar yaranması səbəbindən bu əşya məhz sonuncu tərəfindən 2019-cu ilin may ayında ilk iddia üzrə iddiaçıya qaytarılmış, o cümlədən MMC-nin servisinə yerləşdirilmişdir. Bundan sonra, ilk iddia üzrə iddiaçı MMC istehlakçının tələblərini yerinə yetirməli olsa da, bu öhdəliyindən yayınmış, əksinə, istehlakçının faktiki istifadəsinə olmayan əşyaya görə ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da, məhkəmə hesab edir ki, məhz ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC üzərinə düşdüyü öhdəliyi lazımınca icra etməmiş, alqısatqı müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, o cümlədən malında qüsur olmasına baxmayaraq, yaranmış mübahisəli halın istehlakçının xeyrinə həll edilməsi mümkünlüyünə lazımi diqqət yetirməyərək, məhkəməyə müraciət etməklə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh üzərində hüquqi üstünlük qazanmağa çalışmışdır. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli predmeti olan soyuducu hələ ilk iddia üzrə iddia verilməzdən uzun müddət əvvəl qüsurlu olması səbəbindən ilk iddiaçı tərəfə verilməsinə baxmayaraq, ilk iddiaçının bu qüsurla bağlı iddia tələbi irəli sürməməsi yaranmış qüsurun bir daha onların, yəni MMC-nin təqsiri ucbatından əmələ gəlməsinə dəlalət edir. Məhz bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, bu mənada ilk iddianın əsaslı hesab edilməyərək, təmin edilməməsi ilə yanaşı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiası qismən təmin edilməli, habelə tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilməklə, ödənilmiş vəsait ona geri qaytarılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüquqununa malikdirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci bəndinə əsasən zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala (işə, xidmətə) əlavə olunan digər sənəddə göstərilir. Həmin Qanunun 7-cı maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Bundan əlavə, məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qüsurlu soyuducuya görə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə 245,40 manat məbləğində pul ödədiyini qeyd etsə də, o, istinad bu halı qismən sübut edə bilmişdir. Belə ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinə qoşma kimi əlavə etdiyi xx xxxxxx 2019-cu və xx xxxx 2019-cu il tarixli qəbzlər onunla ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış ******* saylı alqı-satqı müqaviləsi ilə bağlı olmamış, o cümlədən başqa, yəni ******* saylı müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar ödənişlərdən ibarət olmuşdur. Əksinə, məhkəmə iclasında tədqiq olunmuş “xxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışı ilə Cavabdeh mübahisəli xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1062 manat əsas borcundan 183 manat ödəniş etməsi öz təsdiqini tapmışdır. Deməli, qüsurlu soyuducuya görə ödənilmiş 183 manat pul məbləği ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-dən tutularaq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, habelə sonuncunun ödənilmiş vəsaitə münasibətdə tələbi məhz bu hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə qarşılıqlı iddia tələbinin "təsərrüfatına aid süd və süd mallarının xarab olması nəticəsində ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya dəyən 400 manat məbləğində maddi ziyanın ödənilməsi" hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi bu hissədə mötəbər sənəd və ya sübutlarla öz təsdiqini tapmadığından təmin edilməməlidir. Bundan başqa, məhkəmə qarşılıqlı iddianın mənəvi zərərə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia həmin hissədə də rədd edilməlidir. Belə ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya"nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qarşılıqlı iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mənəvi zərərin əsas elementləri olan mənəvi sarsıntı çəkməsi və fiziki iztirablara məruz qalması barədə hər hansı bir sənədi və ya digər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMCnin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməklə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilməklə, "Hisense RD35DE4SPA” modelli soyuducu üçün ödənilmiş 183 manat məbləğində pul “xxxxxxxxxxxxxxx” MMC-dən alınaraq Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, ilk iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin özünə aid edilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması həm qarşılıqlı iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-dən tələb edilmədiyindən həmin məbləğ ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməsin. İlk iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin özünə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilməklə, "Hisense RD35DE4SPA” modelli soyuducu üçün ödənilmiş 183 manat məbləğində pul “xxxxxxxxxxxxxxx” MMC-dən alınaraq Cavabdeh qaytarılsın. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-117/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-117/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver