Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-12/2020 10.02.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i : İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, H.Talıbov küçəsindəki 7 saylı binanın 48-ci mənzilinə görə ona dəymiş zərərin əvəzi olaraq 17967 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnaməçıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxış iclası 10 fevral 2020-ci il tarixə saat 10:30-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışlar. Lakin onlar göstərilən tarixdə məhkəməyə gəlməmiş, Cavabdeh işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. İddiaçı isə 06 fevral 2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün iclasın iki ay müddətinə təxirə salınmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə iclasının iki ay müddətə təxirə salınması işin məhkəmə icraatında olma müddətinin lüzumsuz yerə uzadılmasına, habelə işin icraat vaxtının əsassız axmasına səbəb olar. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiyindən və işə iştirakları olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-12/2020
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-12/2020
10.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver