Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-144/2022 04.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 432 manat pulun **********10400 saylı abonent koduna və 30 manat dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********1, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxış iclası əvvəl 14 mart 2022-ci il tarixə, saat 10:30-a, sonuncu dəfə isə 04 aprel 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Lakin, İddiaçı İB-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməyərək, iclasın iştirakları olmadan keçirilməsini xahiş etməmişlər. Eyni zamanda, məhkəmə iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməyərək, mülki işin Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı Birlik göstərilən tarixlərdə nümayəndəsinin məhkəmədə iştirakını təmin etmədiyindən, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən, həmçinin Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İB-nın Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-144/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-144/2022
04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver