Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-21/2024 03.06.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cabarova (Hüseynova) Günel İlham qızının iştirakları ilə İddiaçı cavabdeh “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X5rşı “sağlamlığına vurulmuş zərərə görə maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 Cavabdehnə qarşı “sağlamlığına vurulmuş zərərə görə maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 Cavabdehndə (tibb müəssisəsində) müalicə zamanı baş həkim Dadaş Hümbətov tərəfindən pasiyentin xəstəliyinə uyğun olmayan “Tramadol” (dərman) preparatının təyin edilməsi nəticəsində iddiaçıya, onun sağlamlığına vurulmuş 800 manat məbləğində maddi zərərin əvəzinin, 8000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın və ödənilmiş 108 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh adı dəyişdiyinə görə onun əsl cavabdeh “Siyəzən rayon Mərkəzi Xəstəxanası” X13 ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, “Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel fəqərəsinin disk yırtığı, vərəm spondiliti, arterial hipertenziya İİİ dərəcə" dioqnozu ilə “Siyəzən rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin poliklinika şöbəsində qeydiyyata alınmışdır. Xəstəliklərinin müayinəsi ilə əlaqədar təxminən 2022-ci ilin oktyabr, noyabr aylarında Siyəzən Rayon Mərkəzi Xəstəxanasında olarkən həkim nevropatoloq Günel Hüseynova məzuniyyətdə olduğundan onu şəxsən baş həkim Dadaş Hümbətov qəbul edərək, sonuncudan aidiyyəti yerlərə şikayət etməməsini ondan tələb etmiş, habelə işçisini çağıraraq ona 2 qutu “Tramadol” adlı dərman preparatı verməsini, həmçinin onun bu dərmandan gündə 3 dəfə qəbul etməsini bildirmişdir. Bundan sonra, o, sözügedən dərman preparatını qəbul etməyə başlamış, bununla da, gündən-günə halının pisləşməsini, habelə xəstəliyinin daha da, şiddətlənməsini və özündə yeni xəstəliklərin yaranmasını hiss etmişdir. Sonralar ona bu dərmanın düzgün təyin edilməməsi, hətta narkotik vasitə sayıldığı üçün ona mənfi təsir etməsi bildirilmişdir. Bundan sonra, o, Dadaş Hümbətovun qanunsuz əməlləri barədə TƏBİB-ə, İTS-yə müraciət etmiş, nəticədə ona ünvanlanmış Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X7 19 may 2023-cü il tarixli məktubuna əsasən onun 22 noyabr 2022-ci il tarixdə həkim nevropatoloq Günel Hüseynovanın qəbulunda olduqdan sonra, müayinə nəticəsində “kəskin bel-omba radikuliti, daimi ağrı sindromu” diaqnozu ilə ona imtiyazlı qrup xəstə olmadığı halda “Tramadol” adlı dərman preparatı təyin olunmaqla, verilməsi, hətta qeyd edilən məsələnin 08 may 2023-cü il tarixdə keçirilmiş Siyəzən Rayon Mərkəzi X1 müzakirə edilməklə, işdə yol verdiyi nöqsanlara görə həkim Günel Hüseynovaya töhmət verilməsi müəyyən olunmuşdur. Halbuki, sağlamlığına vurulan ziyanın birbaşa günahkarı baş həkim Dadaş Hümbətov olduğu halda, sonuncunun qanunsuz əmilərini ört-basdır etmək məqsədilə həmin dövrdə məzuniyyətdə olan və ona bu preparatı təyin etməyən həkim X11 Ərazi Bölmələrinin Birliyi tərəfindən əsassız olaraq günahkar hesab edilmişdir. Həmçinin, o, Dadaş Hümbətovun qanunsuz fəaliyyəti barədə mütəmadi olaraq, aidiyyəti yerlərə şikayətlər yazdığı üçün, sonuncunun adıçəkilən preparatı ona qəsdən təyin etdiyini düşünür. Çünki, narkotik tərkibli olan həmin dərman preparatı sinir sisteminə təsir edərək, insanda xroniki narkotik asılılığı yaratmaqla, sonda insanın fiziki cəhətdən məhvinə gətirib çıxarır. Lakin, Dadaş Hümbətov öz rəhbərliyinə yalandan məlumat verərək, dərman preparatının onun tərəfindən deyil, guya o, ACİL şöbəsinə müraciət edərkən orada iynə şəklində bədəninə inyeksiya edildiyini bildirmişdir. Halbuki, tibbi kağızlarda bu dərmanın ona verilməsi təsdiqini tapır. Eyni zamanda, X9 Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarı ilə, Dövlət büdcəsindən koronovirusla mübarizəyə ayrılmış Dövlət vəsaitlərini səmərəsiz israfçılığına, habelə təşkilatda maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına, bu israfçılığı dörd min manatdan yuxarı məbləğdə törədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsi ilə təqsirli bilinib, ona 4000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq olunmuşdur. Bundan əlavə, Dadaş Hümbətov ona məlum dərman preparatını verənədək onun səhhəti normal olmuşdur. Beləliklə, o, təxminən 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayınadək bu dərman preparatının yanlış qəbulu nəticəsində səhhətinin pisləşməsi səbəbindən demək olar bir çox xəstəxanalara ümumilikdə təxminən 800 manat vəsait sərf etmişdir. Həmçinin, bu dərmanın qəbulu nəticəsinə onda şəkərli diabet xəstəliyi yaranmış, həmçinin bu diaqnozla “Siyəzən rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin poliklinika şöbəsində 11 aprel 2023-cü il tarixdən şəkərli diabet xəstəsi kimi qeydiyyata alınmışdır. Nəticədə, “Siyəzən rayon Mərkəzi Xəstəxanası” X7 keçmiş direktoru Dadaş Hümbətov tərəfindən ona 800 manat maddi ziyan vurulmuşdur. Sonuncuya dəfələrlə müraciət etsə də, həkim nevropatoloq Günel Hüseynovanın günahkar olmasını iddia edərək, ziyanın ödənilməsindən qəsdən boyun qaçırmış, vurulan ziyanı ödəməyəcəyni bildirmişdir. Halbuki, Dadaş Hümbətovun onun xəstəliyinə uyğun olmayan dərman preparatını təyin etməsi nəticəsində ona ziyan vurduğundan bu iş üzrə tam məsuliyyət daşıyır. Həmçinin, o, cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 8000 (səkkiz min) manat məbləğində qiymətləndirir. Bu məbləğ itirdiklərinin bəzisini geri qaytarsa da, təəssüf ki, onun sağlamlığını, eləcə də mənəvi sarsıntı və iztirabların vurduğu zərəri geri qaytara bilməyəcəkdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, iki dəfə məhkəmə-tibbi ekspertizası təyin olunmasına baxmayaraq, o, ekspertlər tərəfindən dəvət olunmamışdır. Bununla belə, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 ünvanına gedərək, orada diaqnostika aparılsa da, mənfi rəy qəbul edilmişdir. Lakin, o, yanlış olaraq ona təyin edilmiş “Tramadol” adlı dərman preparatını xeyli müddət istifadə etdiyi üçün dərman preparatından asılı duruma düşmüş, istifadəçisinə çevrilmişdir. Beləliklə, o, məcburiyyət qarşısında ekspert rəyi ilə razılaşmasına baxmayaraq, qarşı tərəfdən ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cabarova (Hüseynova) Günel İlham qızı iddia tələbinə münasibətdə izahatında göstərdi ki, o, iddia tələbi ilə razılaşmır. Cavabdeh “Siyəzən rayon Mərkəzi Xəstəxanası” X6 maddi və mənəvi zərərin əvəzinin alınaraq iddiaçının xeyrinə ödənilməsi tələbi əsassızdır. Çünki, iş üzrə məhkəmə-tibbi ekspertizaları təyin edilməklə, əldə edilmiş ekspert rəylərindən də göründüyü kimi cavabdehin sağlamlığına heç bir zərər vurulmamışdır. Bu səbəblə də, o, ekspertin rəyləri ilə razıdır. Eyni zamanda, o, İddiaçı “Tramadol” adlı dərman preparatını könüllü şəkildə verməmiş, habelə Dadaş Hümbətovun təkidi ilə bu dərmanı iddiaçıya verməyə məcbur olmuşdur. Ona görə də, iddiaya etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, iddia ərizəsi məhkəmənin icraatında olarkən Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X7 direktoru olmuş Dadaş Hümbətov məhkəməyə iddia tələbini qəbul etməmələri barədə etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı “Fəqərələrarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel fəqərəsinin disk yırtığı, vərəm spondiliti, arterial hiperteniziya İİİ dərəcə” diaqnozu ilə poliklinika şöbəsində tibbi qeydiyyatdadır. 22 noyabr 2022-ci il tarixdə İddiaçı həkim Günel Hüseynovanın qəbulunda olmuş, ona kəskin beloma radikuliti, daimi ağrı sindromu diaqnozu qoyulmuş, kəskin ağrısı olduğundan bir dəfə “Tramadol” preparatı verilmişdir. Təkrar müraciəti zamanı isə kəskin ağrı olmadığından həmin dərman təyin edilməmişdir. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, direktor barəsində əvvəldən mütəmadi şikayətlər yazırmışdır. Yəni iddiaçının özünün ümumiyyətlə bu dərman təyinatı ilə bağlı deyil, başqa probleminin olması aşkardır. İddia ərizəsi hansısa qərəzin təzahürüdür. Halbuki, direktorun vəzifəsi, əmək funksiyası tibb müəssisəsində xəstələrini müayinə etmək deyildir. İddiaçı bu və ya digər əsassız bəhanələri əsas gətirərək müəssisəni təmsil edən rəhbərindən müxtəlif orqanlara şikayət edir. Bu şikayətlərin də heç bir öz təsdiqini tapmamışdır. İddia ərizəsi də bu silsilə şikayətlərdəndir. İddiaçıya hansı ziyan dəydiyi isə ümumiyyətlə məlum deyildir. Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin X14 Sorğu Kitabçasında müəyyən olunur ki, Tibb müəssisəsinin direktoru tibb müəssisəsinə rəhbərlik edir. Tibb müəssisəsini dövlət orqanlarında, sığorta təşkilatlarında və məhkəmədə təmsil edir. Əhaliyə vaxtında və keyfiyyətli tibbi və dərman yardımı göstərilməsi üzrə kollektivin işini təşkil edir. Müəssisənin müalicəvi-profilaktik, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil edir. Müəssisənin fəaliyyət göstəricilərinin təhlili əsasında iş formalarının və metodlarının təkmilləşdirilməsi üçün lazımi tədbirlər həyata keçirir. Müəssisədaxili intizam qaydalarının və əmək normalarının yerinə yetirilməsinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi normalarına riayət edilməsinə, cihaz, avadanlıq və mexanizmlərin düzgün texniki istismar edilməsinə nəzarət edir. Beləliklə, iddiaçının iddia tələbi ilə bağlı “Siyəzən Rayon Mərkəzi Xəstəxanası" X13 tərəfindən hər hansı qanuna zidd hərəkətlərə və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçıya nə kimi maddi, hansı şəkildə mənəvi zərər dəyməsi aydın deyildir. Ona zərər dəyibsə, bunun cavabdeh ilə əlaqəsinin olduğu da sübut edilmir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd edilən üçüncü şəxs səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, buna görə də məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin də, iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 Cavabdeh 06 iyun 2023-cü il tarixli, PHŞ-6-69/2-Ş-290-31-386/2023 saylı arayışından görünür ki, İddiaçı Cavabdeh PHŞ-nin poliklinika şöbəsində 11 aprel 2023-cü il tarixdən şəkərli diabet xəstəsi kimi qeydiyyata alınmış, həmçinin sonuncuya şəkərli diabet İİ tip (E11.9) diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 Cavabdeh 06 iyun 2023-cü il tarixli, PHŞ-6-69/2-Ş-292-31-387/2023 saylı arayışından görünür ki, İddiaçı Cavabdeh PHŞ-nin poliklinika şöbəsində 30 sentyabr 2022ci il tarixdən vərəm xəstəsi kimi qeydiyyata alınmış, həmçinin sonuncuya L5-S1 fəqərələrinin vərəm spondilitinin kəskinləşməsi diaqnozu qoyulmuşdur. İşdə olan mötəbər sənədlərin, eləcə də 28 oktyabr 2022-ci il tarixli, 12 dekabr 2022-ci il tarixli, 22 dekabr 2022-ci il tarixli, 10 yanvar 2023-cü il tarixli, 17 yanvar 2023-cü il tarixli və 13 fevral 2023-cü il tarixli ödənişsiz resept qaimələrinin surətlərindən görünür ki, İddiaçı yazılmış resept əsasında sonuncu “Tramadol” (dərman) preparatlarını almışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 28 noyabr 2023-cü il tarixli, 814/KEŞ saylı ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, İddiaçı 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayınadək olan dövrlərdə “Tramadol” dərman preparatını qəbul etməsi, həmin dərman preparatının annotasiyasına əsasən onda olan “Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel fəqərəsinin disk yırtığı, vərəm spondiliti; şəkərli diabet İİ tip; arterial hipertenziya İİİ dərəcə” xəstəliklərinin ağırlaşmasına səbəb olması istisna edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 15 aprel 2024-cü il tarixli, KEŞ-242 saylı təkrar ekspert rəyindən görünür ki, 1984cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, eləcə də özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, İddiaçı 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayınadək olan dövrlərdə “Tramadol” dərman preparatını qəbul etməsi nəticəsində, onda “Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel fəqərəsinin disk yırtığı, vərəm spondiliti; şəkərli diabet İİ tip; arterial hipertenziya İİİ dərəcə” xəstəliklərinin ağırlaşmasına səbəb olması istisna edilmişdir. Həmçinin, “Tramadol” dərman preparatının annotasiyasından da, görünür ki, onun qəbulu zamanı yuxarıda sadalanan xəstəliklərin yaranması və kəskinləşməsi mümkün deyildir. İşdə olan 07 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 108 (bir yüz səkkiz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinin İ və İİ hissəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yenə bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yenə bu Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, ekspert rəyləri, eləcə də tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı “Siyəzən rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin poliklinika şöbəsində 30 sentyabr 2022-ci il tarixdən vərəm xəstəsi kimi, 11 aprel 2023-cü il tarixdən isə şəkərli diabet xəstəsi kimi qeydiyyata alınmaqla, sözügedən PHŞ-də müalicə almışdır. İddiaçı “Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel fəqərəsinin disk yırtığı, vərəm spondiliti; şəkərli diabet İİ tip; arterial hipertenziya İİİ dərəcə” xəstəliklərinin olması, eləcə də bu xəstəliklərinə görə müalicə aldığı tibb müəssisəsində müalicəsi zamanı ona yazılmış reseptlər əsasında 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayınadək olan dövrlərdə “Tramadol” dərman preparatını qəbul etməsi müəyyən edilsə də, həmin dərman preparatının qəbulu nəticəsində onda məhz sadalanan xəstəliklərin yaranması və ya mövcud xəstəliyin kəskinləşməsi işin faktiki halları və təqdim edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Bununla da, müəyyən edilir ki, İddiaçı cavabdehdən ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməsinin heç bir qanuni əsası yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də, məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarı ilə İddiaçı cavabdeh “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X8 (tibb müəssisəsində) müalicəsi zamanı ona təqdim olunmuş resept əsasında qəbul etdiyi dərman preparatına görə sağlamlığına zərər vurulması (sağlamlığın pisləşməsinə səbəb olması, xoşagəlməz nəticəyə səbəb olması) faktı müəyyən edilmədiyindən, hətta cavabdehin işçisinin təqsirinin olmaması və mülki hüquq pozuntusuna yol verməməsi təkrar keçirilmiş tibbi-ekspertiza rəyi ilə öz təsdiqini tapdığından, habelə müayinə və müalicə prosesini həyata keçirən müəssisənin, yəni cavabdeh “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X7 göstərdiyi tibbi yardımın keyfiyyətsiz olması, eləcə də bu müayinə və müalicələrə görə İddiaçı sağlamlığına hər hansı bir formada ziyan vurulması faktı iş materiallarında olan mövcud mötəbər sübutlarla öz təsdiqini tapmadığından, yaranmış mövcud vəziyyət iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halının olmamasına dəlalət edir. Beləliklə, göstərilənlərə əsasən sağlamlığına vurulmuş 800 manat məbləğində maddi zərərin əvəzinin cavabdeh “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X6 İddiaçı xeyrinə tutulması istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda, İddiaçı 8000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır (Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İ hissəsi). Tibb xidmətləri isə tibb müəssisələri (dövlət və ya qeyri-dövlət səhiyyə sisteminə daxil olan və tibb fəaliyyətini həyata keçirən hüquqi şəxslər) tərəfindən həyata keçirilir (Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.16-cı maddəsi). Bu mənada qeyd edilir ki, tibb müəssisələri tibb fəaliyyəti zaman sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, onlara keyfiyyətsiz tibbi yardım göstərilməsi ilə bağlı mənəvi zərərə görə təzminat ödəməyə borcludular. Bu zaman, keyfiyyətsiz tibbi yardım göstərilməsi ilə bağlı əsasların olub-olmadığını (tibb müəssisəsinin cavablara tələb verməyən tibbi yardım göstərilməsində, qüsurlu yardım göstərilməsi nəticəsində xoşagəlməz nəticələrin baş verməsində təqsirinin olması) nəzərə alınmalıdır. Sübutların tədqiqi zamanı iddiaçı cavabdehin qanuna, tibbi və klinik protokollara uyğun olmayan hərəkətləri (hərəkətsizliyi), yəni qüsurlu tibbi yardım (müayinə və müalicə prosesinin düzgün təşkil olunmaması, tibbi standartlardan kənara çıxması) nəticəsində onun səhhətində qüsurların yaranması, o cümlədən hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X5rşı “sağlamlığına vurulmuş zərərə görə maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 108 (bir yüz səkkiz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X5rşı “sağlamlığına vurulmuş zərərə görə maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 108 (bir yüz səkkiz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-21/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-21/2024
03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver