Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-23/2021 08.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış mənzilinə istifadə hüququ tanınmaqla, uşaqları ilə birgə həmin mənzilə köçürülməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı “yaşayış mənzilinə istifadə hüququ tanınmaqla, uşaqları ilə birgə həmin mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladları ilə birgə Siyəzən şəhəri, H. Talıbov küçəsindəki 4 saylı evin 11-ci mənzilinə köçürülməklə, istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh1la əvvəl faktiki, xx xxxx 2009-cu il tarixdə isə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan xx xxxxx 2009-cu tarixdə Nuray, xx xxxxxx 2010-cu il tarixdə Cəsur, xx xxxxxx 2014-cü il tarixdə isə Rüzgar adlı övladları doğulmuşdur. Həmçinin, nikahlarını xx xxxx 2009-cu il tarixdə qeyd etdirsələr də, xx xxxx 2008-ci il tarixdə qız, xx xxxx 2008-ci il tarixdə isə oğlan toyları olmuş və toy mərasimindən sonra cavabdehin yaşadığı Siyəzən şəhərində yerləşən H.Talıbov küçəsindəki 4 saylı binanın 11-ci mənzilinə gəlin köçmüş və 2019-cu ilin avqust ayınadək orada yaşamışdır. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə yaşadıqları mənzildə cavabdeh onunla pula görə mübahisə etmiş, bundan sonra atası Etibar gəlib uşaqları ilə birlikdə onu öz evlərinə aparmış və bir daha geri qayıtmamışdır. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş, həmçinin, onların birgə nikahından doğulmuş uşaqları onun himayəsində və yanında saxlanılmış, eləcə də uşaqların yetkinlik yaşına çatana kimi cavabdehdən onun xeyrinə hər ay sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə mübahisəli ünvanda qalmış əmlaklarının ona qaytarılması qət edilsə də, cehiz əşyaları hazırda da həmin mənzildədir. Bundan əlavə, uşaqları mübahisəli mənzildə doğulsalar da, hazırda onunla birlikdə kirayədə, Cavabdeh1 və sonuncunun atası isə orada yaşayırlar. Maddi vəziyyəti də çox pisdir. Uşaqlarının yetkinlik yaşına çatan kimi saxlanması üçün Cavabdeh1 onun xeyrinə məhkəmə qaydasında alimentin tutulması müəyyən edilsə də, cavabdeh tərəfindən aliment ödənilməmiş, həmçinin onlara maddi yardım göstərilməmişdir. Kirayəyə çəkdiyi xərcin uşaqlarının maddi təminatına sərf edə bilməsi üçün mübahisəli mənzilə istifadə hüququnun tanınması zəruridir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Digər Cavabdeh3 sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən əlahiddə müşayiət taboru vasitəsilə məhkəmə iclasına gətirilməmiş, lakin, ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini bildirmişdir. Buna görə də məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2020-ci il tarixli, 2(059)-71/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində xx xxxx 2009-cu il tarixdə, 95 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, həmçinin, onların birgə nikahından doğulmuş xx xxxxx 2009-cu il təvəllüdlü Nuray, xx xxxxxx 2010-cu il təvəllüdlü Cəsur və xx xxxxxx 2014-cü il təvəllüdlü Rüzgar anaları, İddiaçı himayəsində və yanında saxlanılmış, eləcə də uşaqların yetkinlik yaşına çatana kimi Cavabdeh1 iddiaçının xeyrinə hər ay cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxxx 2020-ci il tarixli, 2(059)-204/2020 saylı qətnaməsinin surətindən görünür ki, Siyəzən şəhərində yerləşən H.Talıbov küçəsindəki 4 saylı binanın 11-ci mənzilində qaldığı iddia olunan cehiz əşyası, o cümlədən qiyməti 850 manat olan Malayziya istehsalı, yataq dəsti (ölçüləri 2.20x2.40 m olan taxt, termo, şifoner və tumbalar) və ya həmin əşyanın dəyəri Cavabdeh1 alınaraq İddiaçı qaytarılmalı, həmçinin bu ünvanda qaldığı iddia olunan tərəflərin birgə nikah dövründə əldə etdikləri əşyalar, o cümlədən qiyməti 200 manat olan Türkiyə istehsalı, “Reqal” markalı, 1 ədəd plazma televizorun, qiyməti 60 manat olan Türkiyə istehsalı “Profilo” markalı 1 ədəd ütünün, qiyməti 120 manat olan Türkiyə istehsalı “Profilo” markalı 1 ədəd tozsoranın, qiyməti 300 manat olan “LG” markalı, 6kq-lıq 1 ədəd paltaryuyan maşının, qiyməti 80 manat olan 1 ədəd “İran” sobasının, qiyməti 70 manat olan Türkiyə istehsalı, “Arzum markalı 1 ədəd ət çəkən maşının, qiyməti ümumilikdə 150 manat olan yerli istehsal olan 6 ədəd stulun, qiyməti 100 manat olan ölçüsü 1,80x1,50 m olan yerli istehsal olan 1 ədəd adi xalçanın, qiyməti 80 manat olan yerli istehsal olan “Eurolux” markalı 1 ədəd elektrik sobasının ½ hissəsi, yəni 580 (beş yüz səksən) manatı Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X2 xx xxxxxx 2020-ci il tarixli, **********59 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli, **********12 nömrəli məktublarından, habelə həmin məktublara əlavə edilmiş müqavilələrdən, arayışdan və qeydiyyat vəsiqəsinin surətlərindən görünür ki, Siyəzən şəhəri, H. Talıbov küçəsindəki 4 saylı evin 11-ci mənzili Siyəzən XDS-nin xx xxxx 1988-ci il tarixli müqaviləsinə və Siyəzən Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələri Kombinatının xx xxx 2004-cü il tarixli, 1306 nömrəli Forma 2 arayışına əsasən Cavabdeh2 adına qeydiyyata alınmış və Siyəzən rayon X1 tərəfindən xx xxx 2004-cü il tarixli, 1281 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, Siyəzən rayonu Dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq olunmuş 4Ə-36 reyestr nömrəli, xx xxxxx 2010-cu il tarixli müqavilə əsasında sözügedən mənzil Cavabdeh2 tərəfindən Cavabdeh3 30000 manata satılmış, habelə bu mənzil üzərində sonuncunun mülkiyyət hüquqları qeydiyyata alınmış və bu barədə Cavabdeh3 xx xxxxx 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə, Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına görə xx xxxxxxxx 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin hallarından göründüyü kimi, hazırkı mübahisə 2000-ci ilin sentyabrın 1-dən sonra, yəni 2008-ci ilin iyun ayında yaranan hüquq münasibətləri ilə bağlı olduğundan Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bu Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" xx.xx.2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin "mülkiyyətçinin razılığı" müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Beləliklə, məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlarla, o cümlədən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxxxx 2020-ci il tarixli qətnamələri ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh1la xx xxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan xx xxxxx 2009-cu tarixdə Nuray, xx xxxxxx 2010-cu il tarixdə Cəsur, xx xxxxxx 2014-cü il tarixdə isə Rüzgar adlı övladları doğulmuşdur. Həmçinin, İddiaçı Cavabdeh1la nikahlarını xx xxxx 2009-cu il tarixdə qeyd etdirsə də, onların xx xxxx 2008-ci il tarixdə qız, xx xxxx 2008-ci il tarixdə isə oğlan toyları olmuş və toy mərasimindən sonra iddiaçı cavabdehin yaşadığı mübahisəli Siyəzən şəhəri, H. Talıbov küçəsindəki 4 saylı evin 11-ci mənzilinə gəlin köçmüşdür. Buna qədər mübahisəli mənzil Siyəzən XDS-nin xx xxxx 1988ci il tarixli müqaviləsinə və Siyəzən Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələri Kombinatının xx xxx 2004-cü il tarixli, 1306 nömrəli Forma 2 arayışına əsasən keçmiş qayınanası, Cavabdeh2 adına qeydiyyata alınmış, habelə sonuncunun mülkiyyətində olmuşdur. Bir müddət sonra İddiaçı ilə Cavabdeh1 arasında münasibətlər kəskinləşməyə başlamış və onlar xx xxxxxx 2019-cu il tarixdə faktiki olaraq ayrılmış, nəticədə iddiaçı uşaqları ilə birlikdə valideynlərinə məxsus evə getmiş və bir daha geri qayıtmamışdır. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsasında İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur. Həmçinin, iddiaçının tələbi əsasında Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə mübahisəli ünvanda qalmış əmlaklarının ona qaytarılması qət edilmişdir. Bundan başqa, mübahisəli mənzil xx xxxxx 2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır. Hazırda, iddiaçı övladları ilə birlikdə yaşamaq üçün yerinin olmamasını əsas gətirməklə, uşaqları ilə birlikdə yaşayış mənzilinə köçürülüb, istifadə hüququnun tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarından, eləcə də, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlardan görünür ki, İddiaçı ilə mübahisəli mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh2 arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. Lakin, keçmiş mülkiyyətçi Cavabdeh2 İddiaçı müvəqqəti yaşamaq imkanı vermişdir. Bununla da, Cavabdeh2 İddiaçı mübahisəli mənzildə müvəqqəti yaşamaq imkanı versə də, məhkəmə iclasında aparılmış araşdırma zamanı sonuncunun mübahisəli mənzilə istifadə hüququnun mövcud olması barədə hər hansı hüquqi əsas aşkar edilməmişdir. Belə olan təqdirdə, İddiaçı Cavabdeh2 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Siyəzən şəhəri, H. Talıbov küçəsindəki 4 saylı evin 11-ci mənzilinə istifadə hüququnun olmadığı müəyyən edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə İddiaçı mübahisəli yaşayış sahəsinin nə əvvəlki, nə də hazırkı mülkiyyətçisinə münasibətdə Mülki Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsində sadalanan mülkiyyətçinin ailə üzvləri (arvadı, valideynləri, uşaqları) kateqoriyasına aid olan şəxslərdən deyildir. Belə olan halda, yuxarıda qeyd edilən mənzilin əvvəlki və hazırkı mülkiyyətçisinə münasibətdə iddiaçı onların ailə üzvü sayılmadığından onun bu mənzilə Mülki Məcəllənin 228.5-ci maddəsi ilə belə istifadə hüququnun yaranması istisna edilir. Bundan əlavə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallardan olan, o cümlədən ona məxsus cehiz əmlaklarının mübahisəli Siyəzən şəhəri, H. Talıbov küçəsindəki 4 saylı evin 11-ci mənzilində qalması əsası da iddia tələbinin təmin edilməsi üçün mötəbər dəlil deyildir. Belə ki, İddiaçı hazırkı iddia tələbinə qədər artıq cehiz əmlaklarının mübahisəli mənzildən götürülməsi üçün başqa bir iddia tələbini irəli sürməklə, öz sərbəst iradəsini ifadə etmiş, habelə onun bu iradəsi Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsində təsbit edilmişdir. Bundan sonra, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə iddiaçı həmin cehiz əşyalarını oradan götürməmiş və ya həmin əşyalar ona təhvil verilməmiş, o cümlədən bu qətnamə üzrə verilmiş icra sənədi üzrə icra hərəkətləri bu və ya digər formada yekunlaşmamışdır. Həmin qətnamə ilə mübahisələndirilən əmlakların iddiaçının buna əsası olduğu halda oradan götürülməməsi isə iddiaçının hazırkı iddia üçün formal əsas, habelə mübahisə predmetinə münasibətdə hüquqi gerçəklik yaratmaq niyyətinin olmasına, yüksək dərəcədə ehtimal verir. Halbuki, iddiaçının istinad etdiyi bu halın özü də iddianın təmini üçün mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış mənzilinə istifadə hüququ tanınmaqla, uşaqları ilə birgə həmin mənzilə köçürülməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, hazırda iddia tələbi rədd edildiyindən tələb üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış mənzilinə istifadə hüququ tanınmaqla, uşaqları ilə birgə həmin mənzilə köçürülməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-23/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-23/2021
08.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver