Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-289/2022 25.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyul 2011-ci il təvəllüdlü X2 və 22 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(105)-206/2015 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün tutulan 103 manat, cəmi 206 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 01 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, evlənmiş, bu nikahdan 23 iyul 2011-ci il tarixdə Nihad, 22 avqust 2013-cü il tarixdə isə Zümrüd adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə arasındakı nikah Siyəzən Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsinə əsasən 18 iyun 2014-cü il tarixdən başlayaraq, cavabdehdən 23 iyul 2011-ci il təvəllüdlü X2 və 22 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 103 manat, cəmi 206 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hər iki övladının tələbatları günü-gündən artır. Belə ki, hər iki övladı orta məktəbə gedir. Bir ana kimi o, övladlarını təhsilli, şəxsiyyətli bir vətəndaş kimi görmək üçün çalışır. Onların məktəb ləvazimatlarını, yeyib-içmək və digər xərclərini ödəyə bilmir, hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 193 manat müəyyən edilmişdir. Bu səbəbdən də, uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(105)-206/2015 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdeh bu günədək hər dəfə 150 manat olmaqla, cəmi 300 manat ödəniş etmişdir. Hazırda cavabdehin ona təqribən 20 000 manat məbləğində aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, həbs olunmamışdan əvvəl 150 manat olmaqla, hər ay aliment ödənişləri etsə də, həbsdən çıxdıqdan sonra iki ay, hər dəfə 150 manat olmaqla, cəmi 300 manat ödəniş etmiş, habelə bütün ödəniş qəbzləri də vardır. Barəsində amnistiya tətbiqi zamanı ona heç bir aliment borcunun olmadığı bildirilmişdir. Eyni zamanda, alimentin artırılması ilə razı deyildir. Belə ki, Bakı şəhərində fəhlə kimi işləməklə, gündəlik 15-20 manat olmaqla, aylıq təxmini üç yüz manata qədər qazanc əldə edir. Hazırda aylıq qazancını Bakı şəhərində kirayədə, faktiki birgə yaşadığı Aysel adlı xanımla sonuncunun əvvəlki nikahından doğulmuş uşağının saxlanılmasına sərf edir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon İHB-nin Yenikənd İƏD üzrə nümayəndəliyi tərəfindən 26 sentyabr 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 711988 nömrəli və 10 sentyabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 118264 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X4 23 iyul 2011-ci il tarixdə, X3 22 avqust 2013-cü il tarixdə Şabran şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(059)-255/2017 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon RİHB-nın Yenikənd İƏD üzrə nümayəndəliyində 01 iyul 2011-ci ildə tarixdə, 21 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 30 iyun 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 254847 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah 30 iyun 2017-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin gün 30 nömrəli qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişi və arvad öz soyadlarında qalmışlar. İşdə olan qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(105)-206/2015 saylı qətnaməsinin, eləcə də qismən ləğv edilmiş Siyəzən Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli, 2(059)-374/2014 saylı qətnaməsinin surətlərindən görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməklə, Siyəzən Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli, 2(059)-374/2014 saylı qətnaməsi qismən ləğv edilməklə, bu qətnamə 18 iyun 2014-cü il tarixdən başlayaraq, Cavabdeh 23 iyul 2011-ci il təvəllüdlü X2 və 22 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 103 manat, cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsinə, həmçinin 18 iyun 2014-cü il tarixdən başlayaraq, 22 avqust 2013-cü il təvəllüdlü X1 üç yaşı tamam olanadək, Cavabdeh hər ay iddiaçının himayəsində olan uşağa görə 50 (əlli) manat alimentin alınaraq İddiaçı verilməsinə dair hissələrdə qüvvədə saxlanılsa da, 18 iyun 2014cü il tarixdən başlayaraq, 23 iyul 2011-ci il təvəllüdlü X2 üç yaşı tamam olanadək, Cavabdeh hər ay iddiaçının himayəsində olan uşağa görə 50 (əlli) manat alimentin alınaraq İddiaçı verilməsi hissəsində rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, İddiaçı İİ qrup əlilliyə görə aylıq 130 manat müavinət alır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 23 iyul 2011-ci il təvəllüdlü X2 və 22 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 193 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğini vaxtlı-vaxtında olmasa da, icra etməsi, eyni zamanda iddiaçının özünün də İİ qrup əlilliyə görə aylıq müavinət alması nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onun valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların maddi təminatını və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 23 iyul 2011-ci il təvəllüdlü X2 və 22 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(105)-206/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 66,32 manat dövlət rüsumunun 67%-i, yəni 44,43 (qırx dörd manat 43 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 23 iyul 2011-ci il təvəllüdlü X2 və 22 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(105)-206/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 66,32 manat dövlət rüsumunun 67%-i, yəni 44,43 (qırx dörd manat 43 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-289/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-289/2022
25.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver