Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-291/2020 03.07.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu x1 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: x1 Kredit Təşkilatı “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri, o cümlədən məsələnin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədi, yəni borcun ödənilməsinin tələb edilməsi ilə bağlı xəbərdarlıq məktubunu iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri, o cümlədən məsələnin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədi, yəni borcun ödənilməsinin tələb edilməsi ilə bağlı xəbərdarlıq məktubunu iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsinin icraat qəbul olunaraq baxılması mümkün deyildir. x2 Təşkilatı “xxxxxxxx” MMC-yə izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: x1 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-291/2020
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-291/2020
03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver