Məhkəmə qərarları › İş №2(059)-294/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-294/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-294/2021 06.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X8 iştirakları ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə dair qeydiyyata almanın, çıxarışınözəlləşdirmənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonunun Yenikənd kəndindəki 0,13 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququnun qeydə alınmasının və bunun əsasında verilmiş 05 mart 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı Mübariz X1 əlavə cavabdeh qismində işdə iştirak etməyə cəlb edilməsi, eləcə də iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, ünvan 1 kəndində 0,13 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 05 mart 2015-ci il tarixdə Cavabdeh adına özəlləşdirilməsinin və cavabdehlər Nüşabə Məhərrəmova ilə Cavabdeh arasında Sumqayıt “Asan xidmət” mərkəzi notariat kontorunda 31 iyul 2018-ci il tarixdə reyestrdə 4Ə-2673 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən fərdi yaşayış evi onun ata evidir. Belə ki, atası sağlığında həmin evi ona vəsiyyət etmiş, lakin vəsiyyətnamə tərtib etmək imkanı olmamışdır. Atasının vəfatından sonra o, həmin miras əmlakı faktiki qəbul etsə də, bu evi bacısı Nüşabə Məhərrəmova saxta yollarla, onun iştirakı olmadan, əvvəlcə anası Ulduzun adına keçirmiş, sonradan isə onun iştirakı olmadan anası ilə bağışlama müqaviləsi bağlayaraq, öz adına keçirmişdir. Qeyd edir ki, o, 12 avqust 1966-cı il tarixdə mübahisəli evdə doğulmuş, 07 iyun 1988-ci il tarixdə Maral Kərimova ilə rəsmi nikah qeyd etdirib sonuncunu bu evə gəlin gətirmiş, 2006-2015-ci illər ərzində başqa evdə yaşamasına baxmayaraq, 2015-ci ildən etibarən yenidən ata evində, yəni mübahisəli evdə yaşayır. Həmin ev onun daimi yaşayış yeridir. Evin anasının adına keçirilməsindən və sonradan bacısına bağışlanmasından isə xəbəri olmamış, bu barədə yalnız məhkəmədən bildiriş gəldikdən sonra xəbər tutmuşdur. Vəkili vasitəsilə verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən verilmiş arayışa əsasən həmin ev 31 iyul 2018-ci il tarixli, 4Ə-2673 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 09 avqust 2018-ci il tarixdə X3 mülkiyyətinə keçirilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı “evdən çıxarılma” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 və qarşılıqlı iddia üzrə Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməmişdir. Təmsil etdiyi şəxs tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edir ki, ünvan 1 kəndində yerləşən mübahisəli ev iddiaçının ata evi olmaqla, atası sağlığında həmin evi İddiaçı vəsiyyət etmiş, lakin bu barədə vəsiyyətnamə qoymaq imkanı olmamışdır. Atasının vəfatından sonra həmin miras əmlakı iddiaçı faktiki qəbul etmişdir. Həmin evi cavabdeh X2 yollarla, iddiaçının iştirakı olmadan anası, digər Cavabdeh adına keçirmiş və yenə də iddiaçının iştirakı olmadan anası ilə bağışlama müqaviləsi bağlayaraq öz adına keçirmişdir. Həmin evdən iddiaçı daim istifadə edir və bu ev onun daimi yaşayış yeri sayılır. Evin anasının adına keçirilməsindən və sonradan bacısına bağışlanmasından iddiaçının məlumatı olmamış, bundan yalnız məhkəmədən bildiriş gəldikdən sonra xəbər tutumuşdur. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Siyəzən rayon Polis Şöbəsinin 16 fevral 2015-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin itməsi barədə arayışına, həmin şəhadətnamənin itdiyini göstərən elanın əks olunduğu qəzet və bu şəhadətnamənin arxivdə mövcud olan nüsxəsinə əsasən ünvan 1 kəndində 0,13 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh tam, torpaq sahəsi üzərində 2 nəfər ümumi birgə mülkiyyət hüququ 05 mart 2015-ci il tarixli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Siyəzən Rayon Dövlət Notariat Ofisinin 30 mart 2015-ci il tarixli, 2V-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisəli əmlak üzərində Cavabdeh tam mülkiyyət hüququ 01 aprel 2015-ci il tarixli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 31 iyul 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Hesab edir ki, özəlləşdirmə ləğv edilməli olduğu üçün özəlləşdirmədən sonra həmin evlə bağlı digər əqd də ləğv olunmalıdır. Belə ki, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanunun 5-ci maddəsində görə, mənzillər özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilə bilər. Cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, hazırkı mübahisə mülkiyyətlə bağlı olduğundan iddia müddətinin tətbiqindən söhbət gedə bilməz. Eyni zamanda, bu iddiaya əqdin etibarsızlığı ilə bağlı iddia müddəti şamil oluna bilməz. Bundan başqa, hazırkı mübahisə predmetini torpaq sahəsi deyil, yalnız ünvan 1 kəndində yerləşən fərdi yaşayış evi təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X11 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini müdafiə edərək izahatında göstərdi ki, iddia tələbində qeyd edilənlərlə razı deyildir. Belə ki, iddia ərizəsində qeyd olunmuşdur ki, ünvan 1 kəndində yerləşən ata evi atalarının sağlığında iddiaçıya vəsiyyət edilsə də, mərhum atalarının bu barədə vəsiyyətnamə qoymaq imkanı olmamışdır. Atasının vəfatından sonra o, həmin miras əmlakı faktiki qəbul etmişdir. Həmin evi cavabdeh Nüşabə Məhərrəmova saxta yollarla, İddiaçı iştirakı olmadan anası, hüquqlarını təmsil etdiyi Cavabdeh adına keçirmişdir. İddiaçı həmin evdən daim istifadə edir. Həmin ev iddiaçının yaşayış yeridir. Bu səbəbdən də, iddiaçı, onun razılığı olmadan mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində Cavabdeh mülkiyyət hüququnun qeydə alınmasının və bunun əsasında verilmiş 05 mart 2015ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə əsasən tələbinin əsası kimi istinad etdiyi halları sübut edən heç bir sənədi və ya sübutu məhkəməyə təqdim etməmişdir. Onun iddia ərizəsində göstərdikləri həqiqətə uyğun olmamaqla, hüquqi əsası olmayan halların sadalanmasıdır. İddiaçının iddia ərizəsində göstərdikləri yəni, mərhum atasının sağlığında mübahisəli evi ona vəsiyyət etməsi, lakin atasının bu barədə vəsiyyətnamə qoymaq imkanının olmaması, atasının vəfatından sonra həmin miras əmlakı faktiki qəbul etməsi, cavabdeh, bacısı Nüşabə Məhərrəmovanın saxta yollarla həmin evi, guya onun xəbəri olmadan əvvəlcə anasının adına keçirməsi, sonradan isə yenə də onun iştirakı olmadan anası ilə bağışlama müqaviləsi bağlayaraq, bacısının öz adına keçirməsi iddiaları qərəzli olmaqla, əsassızdır. Belə ki, birincisi iddiaçının mərhum atası, Cavabdeh əri olmuş Xanqulu Kərimov sağlığında heç vaxt mübahisəli evlə bağlı heç bir vəsiyyətnamə qoymamışdır. Ona görə ki, mərhum Xanqulu Kərimovun sağlığında mübahisəli fərdi yaşayış evi sonuncunun mülkiyyətində olmamış və təbii mülkiyyət hüququ ilə ona məxsus olmayan əmlakla əlaqədar vəsiyyətnamə qoyulması imkanı yaranmamışdır. Bu səbəbdən də, iddiaçı həmin mirası faktiki yaşamaqla qəbul edə bilməzdi. Eyni zamanda, mübahisəli ünvan hüquqlarını təmsil etdiyi şəxsin mülkiyyətinə miras əmlak kimi keçməmişdir. İddiaçının həmin evin bacısı Nüşabə Məhərrəmova tərəfindən saxta yolla əvvəlcə Cavabdeh mülkiyyətinə, sonra isə bağışlama müqaviləsi əsasında özünün mülkiyyətinə keçməsi faktı əvvəlcə Siyəzən Rayon Məhkəməsinin, daha sonra isə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnamələri ilə təkzib edilməklə, İddiaçı iddiası əsassız olduğu üçün təmin edilməmişdir. Dövlət fondunda olan evin özəlləşdirilməsində iştirak etmək üçün həmin şəxsin adı bu dövlət tərəfindən kirayə müqaviləsi bağlanmış şəxslərin sırasında olmalıdır. İddiaçının isə belə bir hüququ olmamışdır. Bundan əlavə, özəlləşdirmə zamanı iddiaçı 1988-ci ildən ailə qurduğuna görə öz ailəsi ilə ayrı təsərrüfat sahibi olmuş, bu zaman özəlləşdirmə zamanı ona dövlət əmlakından traktor və digər texnika pay şəklində verilmişdir. Bu barədə iddiaçı birinci arvadı Maral Kərimova ilə nikahları pozulandan sonra aralarındakı əmlak bölgüsü zamanı da bildirmişdir. Bütün bu və digər faktlar İddiaçıla Maral Kərimova arasında 2014-2015-ci illərdə baş vermiş nikahın pozulması və əmlak bölgüsü ilə əlaqədar məhkəmədə baxılan mülki işlərin materiallarında öz əksini tapmışdır. Eyni zamanda, İddiaçı mübahisəli fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququnun qeydə alınmasının və bunun əsasında verilmiş 05 mart 2015-ci il tarixli çıxarışın ləğv edilməsi barədə iddia tələbi üzrə iddia müddəti keçmiş, yəni ötürülmüşdür. Ona görə də İddiaçı 20 aprel 2021-ci il tarixli iddia ərizəsində göstərilən iddia tələbi üzrə iddia müddətinin keçməsini nəzərə alaraq, iddia müddətinin onun tərəfindən ötürülmüş hesab edilməklə, Azərbaycan Respublikası MPM-nin 375.2-ci maddəsinin tələblərinə əsasən iddia müddətini tətbiq edilməsi, habelə əsassız iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt Regional “Asan xidmət” mərkəzi notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin bu qurumlar səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan da, baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 05 mart 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 kəndində yerləşən 0,13 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 93,4 kv.m, yaşayış 36,9 kv.m, yardımçı 56,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evi Cavabdeh, torpaq sahəsi isə sonuncu ilə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 01 aprel 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 kəndində yerləşən 0,13 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 93,4 kv.m, yaşayış 36,9 kv.m, yardımçı 56,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 01 aprel 2021-ci il tarixli, **********57 nömrəli məktubunun surətindən görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Siyəzən rayon Polis Şöbəsinin 16 fevral 2015-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin itməsi barədə arayışına, həmin şəhadətnamənin itdiyini göstərən elanın əks olunduğu qəzet və JN-247A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxivdə mövcud olan nüsxəsinə əsasən ünvan 1 kəndi ünvanında 0.13 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh tam, torpaq sahəsi üzərində 2 nəfər ümumi birgə mülkiyyət hüququ 05 mart 2015-ci il tarixli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Siyəzən rayon Dövlət notariusunun 30 mart 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 kəndi ünvanında 0.13 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində Cavabdeh tam mülkiyyət hüququ 01 aprel 2015-ci il tarixli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt “Asan Xidmət” notariat kontorunda 31 iyul 2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İşdə olan Sumqayıt “Asan xidmət” mərkəzi notariat kontorunun xüsusi notariusu X7 tərəfindən 31 iyul 2018-ci il tarixdə reyestrdə 4Ə-2673 nömrə ilə qeyd edilmiş müqavilənin surətindən görünür ki, Cavabdeh mülkiyyətindəki ünvan 1 kəndində yerləşən 0,13 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 93,4 kv.m, yaşayış sahəsi 36,9 kv.m, yardımçı sahəsi 56,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X4 bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 09 avqust 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 kəndində yerləşən 0,13 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 93,4 kv.m olan fərdi yaşayış evi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 13 yanvar 2020-ci il tarixli, 2(059)-41/2020 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı “evdən çıxarılma” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 və qarşılıqlı iddia üzrə Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları əsassız olduğundan təmin edilməmişdir. İşdə olan 20 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddia tələbi üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki iş materiallarından, o cümlədən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 13 yanvar 2020-ci il tarixli qətnaməsindən, tədqiq edilmiş mötəbər sübutlardan və işin faktiki hallarından da göründüyü kimi 31 iyul 2018-ci il tarixdə Cavabdeh ilə X5 daşınmaz əmlakın bağışlanmasına dair müqavilə imzalamaqla iradələrini ifadə etmişlər. Belə ki, bağlanmış müqaviləyə əsasən Cavabdeh mülkiyyətindəki ünvan 1 kəndində yerləşən 0,13 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 93,4 kv.m, yaşayış sahəsi 36,9 kv.m, yardımçı sahəsi 56,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X4 bağışlamış, o cümlədən sonuncunu zənginləşdirmişdir. Bununla da, hər iki tərəf öz öhdəliyini notarial qaydada lazımınca icra etmişdir. Daşınmaz əmlakın bağışlanması haqqında bağlanmış müqaviləyə nəzər yetirdikdə görünür ki, bu müqavilə ilə hər iki tərəf öz öhdəliklərini lazımınca icra etmiş, biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmamışdır. Belə ki, iddiaçı qeyd edilən müqaviləni imzalayarkən iradəsini sərbəst ifadə etmiş, o cümlədən müqavilə onun şəxsi iradəsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 421-ci maddəsinin İ və İİ hissələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Deməli, mübahisəli müqavilə bağlanarkən iddiaçı müqavilənin iştirakçısı olmamış, o cümlədən orada tərəf kimi iştirak etməmiş, habelə bağlanmış müqavilə və ona qədər aparılmış hərəkətlər iddiaçının hüquqlarını, maraqlarını bu və ya digər formada pozmamış, bunun əksi məhkəmə iclasında sübut edilməmişdir. Yəni, bağışlama müqaviləsinin ləğvini (bağışlamadan imtinanı) məhz müqavilənin iştirakçısı tələb edə və reallaşdıra bilər ki, bu hüquq da yalnız Nüşabə Məhərrəmova ilə Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. "İnzibati orqanların Təsnifatı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarının İİ bölməsinin 31-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi inzibati orqanlar kimi müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, fərdi yaşayış evinə dair qeydiyyata alma, çıxarışözəlləşdirmə iddiaçı tərəfindən aidiyyəti üzrə məhkəmədə mübahisələndirilmədiyindən, eləcə də, həmin hərəkətlərin həyata keçirilməsinə əsas olmuş sənədlər ləğv edilməməklə hazırda da qüvvədə olduğundan, iddiaçı hazırkı tələb ilə bağlı hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla da, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Siyəzən Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci tarixli, 2(059)-294/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı “fərdi yaşayış evinə dair qeydiyyata almanın, çıxarışın-özəlləşdirmənin, bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının “fərdi yaşayış evinə dair qeydiyyata almanın, çıxarışınözəlləşdirmənin ləğv edilməsi” hissəsi üzrə icraata xitam verilmişdir ki, bu hal nəzərə alınmalıdır. Həmçinin, məhkəmə cavabdehin iddia tələbinə etirazındakı iddia müddətinin ötürülməsinə dair fikrinə münasibətdə qeyd edir ki, iddia müddəti təmin edilən iddialara münasibətdə tətbiq edildiyinə, eləcə də hazırkı iddia tələbi əsassız olmaqla, təmin edilmədiyinə görə bu mülki mübahisəyə iddia müddətinin tətbiq edilməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013cü tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar