Məhkəmə qərarları › İş №2(059)-295/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-295/2020

28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-295/2020 28.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququ tanınmaqla, uşaqları ilə birgə fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə uşaqları ilə birgə istifadə hüququ tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və himayəsindəki iki yetkinlik yaşına çatmayan övladları X7 və X10 birgə nikah dövründə inşa edilmiş, habelə əşyalarının saxlanıldığı Siyəzən rayonu, Qozağacı kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bundan sonra, iddiaçının nümayəndəsi Elşad Manafov iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, iddiaçının və himayəsindəki iki yetkinlik yaşına çatmayan övladları X7 və X10 birgə nikah dövründə inşa edilmiş, habelə əşyalarının saxlanıldığı Siyəzən rayonu, Qozağacı kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması ilə yanaşı, sonuncuların bu evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, qızı İddiaçı xx xxxxxx 2010-cu il tarixdə Siyəzən rayonu, Qozağacı kəndində yerləşən keçmiş əri Xəqani Səlimova və onun digər ailə üzvlərinə paylı mülkiyyət hüququ ilə məxsus olan 0,25 ha torpaq sahəsi üzərində həmin torpaq sahəsinin mülkiyyətdə olmasından əvvəl keçmiş ərinin ata-babası tərəfindən tikilmiş evə gəlin köçmüşdür. Bir müddət ərinin valideynləri ilə birlikdə həmin evdə yaşayan qızı İddiaçı sonra keçmiş əri Xəqani Səlimovla özləri üçün 2012-ci ildən başlayaraq, həmin torpaq sahəsi üzərində yeni fərdi yaşayış evi tikmişlər. Bundan sonra, 2015-ci ildə həmin evə köçərək əri və uşaqları ilə birlikdə tikdirdikləri evdə ərinin valideynlərindən ayrı yaşamaqla öz təsərrüfatlarını birgə idarə etmiş və faktiki ayrıldıqları 2016-cı ilin sentyabr ayınadək orada birlikdə yaşamışlar. Həmçinin, onların nikahları xx xxxx 2018-ci il tarixdə pozulmuşdur. Bu ərəfədə mübahisəli evdə yaşayan qızı təbii olaraq öz cehizini və birgə nikah dövründə əldə etdikləri bütün əmlakları yeni inşa etdirdikləri evə köçürmüşdür. Qızı Təbəssümün gəlin köçərkən apardığı cehiz əşyaları və onların birgə nikah dövründə aldıqları əmlaklar hazırda da, sözügedən evdə yerləşir. Bununla belə, Cavabdeh həmin evə mülkiyyət hüququ haqqında çıxarış əldə etməsinə baxmayaraq, onun yeni evə hər hansı bir aidiyyəti və hüququ olmamışdır. Çünki, mübahisəli ev inşa edilərkən rəsmi razılıq alınmadığına görə qanunsuz tikili hesab olunmuşdur. Belə ki, cavabdehin atası və qardaşı Xəqani Səlimov hələ 2018-ci il tarixdə onun cehiz əşyalarının həmin evdən çıxarılması üçün Siyəzən Rayon Məhkəməsinə müraciət etsələr də, evin mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, bu məhkəmə evin qanunsuz tikili olduğunu əsas tutaraq, iddianın təmin edilməməsi barədə xx xxxxx 2018-ci il tarixdə qətnamə qəbul etmişdir. Belə ki, mübahisəli yaşayış sahəsi cavabdehin atası İnqilab Səlimova aid torpaq sahəsində tikilsə də, bura cavabdehin qardaşı X3 Manafovanın nikah dövründə birgə vəsaiti hesabına tikilmişdir. Habelə, 2016-cı ildən etibarən İddiaçı iki övladı ilə birlikdə onun evində yaşamağa məcbur olmuşlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, qardaşı X18 Manafova arasında olan nikah Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə pozulmuşdur. Ata-baba torpaqlarındakı mübahisəli əşyaların yerləşdiyi yeni tikilini 2013-2014-cü illərdə o və atası İnqilab Səlimov öz vəsaitləri hesabına inşa etsələr də, qardaşı Xəqani Səlimov evin tikintisinə heç bir vəsait sərf etməmiş, habelə həmin vaxtlar özü subay olduğu üçün qardaşı Xəqaninin ailəsinin həmin evdə müvəqqəti yaşamalarına icazə vermişdir. Bu ərəfədə qardaşı Xəqaninin keçmiş arvadı Təbəssümə məxsus olan əşyaların mübahisəli evə yerləşdirilməsinə baxmayaraq, onlar 2016-cı ildə, evliliklərinin cəmi son 1-2 ayında orada yaşamışlar. Hazırda özü də evli olmaqla bir övladı vardır. İddiaçının iki uşağı ilə birlikdə ona mülkiyyət hüququ ilə məxsus olan evə köçürülməsinə qətiyyən razı deyildir. Belə ki, o, özü ailəsi ilə birlikdə bu evdə yaşamaq istəyir. İddiaçı övladları ilə bərabər gəlin köçdüyü evdə yaşayaraq buradan istifadə edə bilər. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırmaqla belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(059)-71/2018 saylı qətnaməsinin surətindən görünür ki, X14 ilə X11 arasında Siyəzən RİHB-nin Məşrif İƏV üzrə nümayəndəliyində xx xxxxxx 2010-cu il tarixdə, 05 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş xx xxx 2012-ci il təvəllüdlü X7 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X10 anası cavabdeh X2 himayəsində və yanında saxlanılması qət edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 314141 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X11 arasında olan nikah xx xxxxx 2018-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin tarixdə 10 nömrəli qeyd edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(059)-146/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X12 və X5 cavabdeh X6 qarşı “cavabdehə məxsus cehiz əmlaklarının çıxarılması, ailə fotoşəkillərinin və hədiyyə kimi verilən əşyanın qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X24 tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, 0,0417 ha torpaq sahəsi və ümumi sahəsi 87,6 kv.m olan Siyəzən rayonu, Qozağacı kəndindəki fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(059)-259/2019 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh ilk iddia üzrə cavabdeh X8 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 qarşı “cavabdehlərə məxsus əşyaların evdən çıxarılması” tələbinə dair ilk iddiası, eləcə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh və qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X15rşı “çıxarışın ləğv edilməsi, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən olundu ki, X14 ilə İddiaçı xx xxxxxx 2010-cu il ildə nikahlarını rəsmiləşdirməklə X16 ailə üzvləri ilə birgə məxsus olan torpaq sahəsində inşa edilmiş Siyəzən rayonu, Qozağacı kəndində yerləşən əvvəl köhnə, sonra isə təzə tikilidə yaşamağa başlamış, onların bu nikahından xx xxx 2012-ci il tarixdə Gülay, xx xxxxxxx 2014-cü il tarixdə isə Həbib adlı övladları doğulmuşdur. xx xxxxxxxx 2016-cı il tarixdə Manafova X1 yerləşən X14 ilə birgə nikahda olduğu dövrdə inşa edilmiş, mübahisələndirilən əşyalar yerləşən təzə evi tərk edərək öz valideynlərinin yanına getməsi, həmçinin, ailə münasibətləri kəskinləşdiyindən Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulsa da, Təbəssümə məxsus qeyd edilən əşyaların mübahisəli tikilidə saxlanması işin materialları ilə təkzib olunmur. Mübahisələndirilən Siyəzən rayonu, Qozağacı kəndində yerləşən fərdi yaşayış evi xx xxxxx 2019-cu il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir. Bundan əlavə, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edildi ki, Siyəzən rayonu, Qozağacı kəndində yerləşən mübahisəli yeni ev xx xxxxx 2019-cu il tarixdə Cavabdeh adına rəsmiləşdirilməmişdən əvvəl qardaşı X5 və keçmiş gəlinləri İddiaçı birgə nikahda olduqları dövrdə, birgə vəsaitləri hesabına inşa edilmiş və sonuncuların həmin dövrdə inşa edilmiş tikiliyə gözlənilən əmlak hüquqları yaranmışdır. Lakin, sonradan bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X24 tərəfindən lazımi qaydada nəzərə alınmamış, nəticə etibarilə mülkiyyətçi olmayan şəxsin, yəni İddiaçı əmlak hüquqları pozulmuşdur. Çünki, Siyəzən rayonu, Qozağacı kəndində yerləşən mübahisəli yeni ev xx xxxxx 2019-cu il tarixdə Cavabdeh adına rəsmiləşdirilsə belə, buna qədər onun qardaşı Xəqani ilə birgə təsərrüfat idarə etmiş İddiaçı keçmiş əri ilə birlikdə oradan istifadə etmiş və onlar heç vaxt bu hüquqlarını itirməmişlər. Deməli, İddiaçı hazırkı vaxtda da, mübahisəli yeni evdən mülkiyyətçi ilə bərabər istifadə etmək ixtiyarına malikdir və onun qeyd edilən evdən istifadə hüququ saxlanılmışdır. Qeyd edilən bu hal isə hazırda işin mübahisələndirilməyən və təkzib edilməyən hallarındandır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Repsublikasının 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, məhkəmə iddia tələbinin "mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun tanınması"na dair hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı hazırkı vaxtda da, mübahisəli fərdi yaşayış evindən mülkiyyətçi ilə bərabər istifadə etmək ixtiyarına malik olması, eləcə də onun qeyd edilən evdən istifadə hüququnun saxlanılması artıq mövcud hüququn təkrarən tanınması zərurətini aradan qaldırır. Bu hal isə iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olan hesab edilməsinə əsas verir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Qeyd olunur ki, İddiaçı keçmiş əri Xəqani Səlimovla arasındakı ailə daxili münasibətlərin kəskinləşməsi səbəbindən iddiaçı mübahisəli fərdi yaşayış evini bir müddət müvəqqəti olaraq, tərk etmək məcburiyyətində qalsa da, hazırda onun və uşaqlarının qanunla müəyyən edilmiş qaydada daimi yaşamaq üçün yeri yoxdur, habelə bunun əksi cavabdeh tərəfindən mötəbər sənəd və sübutlarla isbat edilməmişdir. Buna görə də, iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iddia tələbinin “iddiaçının övladları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfin mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onların həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İddiaçının normal yaşayış yeri və onun, övladları ilə birlikdə layiqli həyat şəraiti təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı Cavabdeh mülkiyyətində olan Siyəzən rayonunun Qozağacı kəndindəki ümumi sahəsi 87,6 kv.m-dən ibarət fərdi yaşayış evinə istifadə hüququ olan hesab edilməklə, övladları, xx xxx 2012-ci il təvəllüdlü X17 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X19 ilə birlikdə həmin evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı İddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. İddiaçı Cavabdeh mülkiyyətində olan Siyəzən rayonunun Qozağacı kəndindəki ümumi sahəsi 87,6 kv.m-dən ibarət fərdi yaşayış evinə istifadə hüququ olan hesab edilməklə, övladları, xx xxx 2012-ci il təvəllüdlü X17 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X19 ilə birlikdə həmin evə köçürülsün. İddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar