Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-309/2021 07.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 sentyabr 2006-cı il təvəllüdlü X1 və 22 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Siyəzən Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş 30 sentyabr 2006-cı il təvəllüdlü Fəxriyyənin və 22 oktyabr 2007ci il təvəllüdlü Şükriyyənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 117 manat manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən uşaqların saxlanılması üçün ödənilən 234 manat məbləğində aliment sonuncuların maddi ehtiyaclarını ödəmir. Belə ki, həmin məbləğ uşaqların böyümələri, təhsil almaları və layiqli həyat səviyyələrinin təmin edilməsindən ötrü olduqca azdır. Bundan əlavə, o, 18 aprel 2018-ci il tarixdən X8 İdarəsinin Siyəzən rayon X5 rayon 2 saylı şəhər klubunda mədəni təşkilatçı vəzifəsində işləməklə, aylıq 265 manat əmək haqqı alsa da, bu məbləğ də uşaqlarının təhsilinə, geyimlərinə, gündəlik təlabatlarına və təhsil xərclərinə kifayət etmir. Cavabdeh isə “xxxx” MMC-nin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsində Gəmilərə xidmət şöbəsində kapitan vəzifəsində işləməklə, aylıq 1458 manat əmək haqqı alırdısa da, tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, iş yerini qəsdən dəyişmişdir. Hesab edir ki, iş üzrə yekun qərar qəbul edildikdən sonra, cavabdeh yenidən əmək haqqı yüksək olan işinə qayıdacaqdır. Həmçinin, cavabdeh fərdi qaydada taksi sürücülüyü ilə məşğul olaraq əlavə qazanc da əldə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə birgə nikahdan doğulmuş 30 sentyabr 2006-cı il təvəllüdlü Fəxriyyənin və 22 oktyabr 2007-ci il təvəllüdlü Şükriyyənin yetkinlik yaşına çatanadək saxlanması üçün qarşı tərəfə hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment ödəmək iqtidarında deyildir. Belə ki, o, gəmi kapitanı işləməklə, əvvəllər aylıq əmək haqqı yüksək olduğu dövrdə uşaqlarının saxlanılmasından ötrü öz razılığı ilə hər ay cəmi 300 manat aliment ödəsə də, sonradan işdən çıxarıldığına görə aliment məbləğinin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, nəticədə Siyəzən Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qətnaməsi ilə ondan tutulan alimentin məbləği azaldılaraq cəmi 234 manat müəyyən edilmişdir. Bundan sonra, o, uzun müddət işsiz qalmış, fərdi qaydada taksi sürücülüyü ilə məşğul olmaqla, sonuncu aliment məbləğini ödəmişdir. Bir müddət bundan əvvəl “xxxx” MMC-nin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsində Gəmilərə xidmət şöbəsində kapitan vəzifəsində işləyərək, aylıq 1458 manat əmək haqqı alsa da, bir neçə gün əvvəl həmin işdən çıxarılmışdır. Hazırda isə “xxxx” MMC-də gəmi kapitanı işləyərək 250 manat əmək haqqı əldə edir. İş yerində aylıq qidalanma və yaşayış yeri ilə təmin olunduğu üçün ümumilikdə 250 manat sabit pul məbləğində alimenti uşaqlarının saxlanılmasından ötrü iddiaçının xeyrinə ödəyə bilər. Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 25 oktyabr 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 804673 nömrəli və 05 noyabr 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 963318 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anaları X9 olan X3 30 sentyabr 2006-cı il tarixdə, X4 isə 22 oktyabr 2007-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(059)-1086/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 30 sentyabr 2006-cı il təvəllüdlü X1 və 22 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bu məhkəmənin 01 iyun 2016-cı il tarixli, 2(059)-455/2016 saylı qətnaməsi ilə hər uşaq üçün tutulan alimentin miqdarı azaldılmış və ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat oİmaqla, ümumilikdə 234 (iki yüz otuz dörd) manat miqdarında alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X8 İdarəsinin Siyəzən rayon Mədəniyyət Mərkəzi tərəfindən 31 may 2021-ci il tarixdə verilmiş, 03 nömrəli arayışdan görünür ki, İddiaçı Siyəzən rayon 2 saylı şəhər klubunda mədəni təşkilatçı vəzifəsində işləməklə, vergilər tutulandan sonra aylıq 265 manat əmək haqqı alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh “xxxx” MMCdə gəmi kapitanı işləməklə, aylıq 250 manat əmək haqqı alır. İşdə olan Cavabdeh tərəfindən tərtib olunmuş ərizədən görünür ki, o, iddia tələbini qismən qəbul etməklə, aylıq əmək haqqını, 250 manatı hər ay iki uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya ödəməyə razıdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqlarının artan tələbatını qarşılaya bilmir. Bundan əlavə, Cavabdeh əvvəllər “xxxx” MMC-nin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsində Gəmilərə xidmət şöbəsində kapitan vəzifəsində işləyərək, aylıq 1458 manat əmək haqqı almış olsa da, sonuncunun hazırda həmin MMC-dən aldığı aylıq əmək haqqı 250 manat təşkil edir və bu hal məhkəmə iclasında mübahisələndirilməməklə, tərəflərin izahatları ilə etiraf edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında 29 dekabr 2020-ci il tarixli Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 175 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 30 sentyabr 2006-cı il təvəllüdlü X1 və 22 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 175 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, bundan əlavə əvvəlki məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğini vaxtlı-vaxtında icra etməsi, həmçinin, iddiaçının özünün də işləməklə, aylıq əmək haqqına malik olması nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 sentyabr 2006-cı il təvəllüdlü X1 və 22 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(059)-1086/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 sentyabr 2006-cı il təvəllüdlü X1 və 22 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(059)- 1086/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-309/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-309/2021
07.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver