Məhkəmə qərarları › İş №2(059)-357/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-357/2021

02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-357/2021 02.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı qızının, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı qızının Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 sentyabr 2014-cü il təvəllüdlü X3 və 05 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə tutulan 240 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini qismən müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə 02 may 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 10 sentyabr 2014-cü il tarixdə Gülay adlı qız, 05 noyabr 2016-ci il tarixdə isə Elnur adlı oğlan övladları doğulmuş, habelə aralarındakı münasibətlər kəskinləşdiyindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmaqla, yanaşı 28 yanvar 2019-cu il tarixdən başlayaraq, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Uşaqlar böyüdükcə onların gündəlik tələbatları, habelə təhsil xərcləri artmaqdadır. Bundan başqa, oğlu Elnurun səhhətində problem olduğundan təcili əməliyyat olunmalıdır. Alimentin məbləği isə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan onların tələbatlarını (qidalanma, geyim, təhsil və müalicə xərclərini) qarşılamaq da gündən-gündən çətinləşir. Belə ki, o, özü heç yerdə işləmir, cavabdeh isə X6 Şöbəsində polis nəfəri vəzifəsində xidmət etməklə, aylıq əmək haqqı 526 manat təşkil edir. Bununla belə, cavabdehin müxtəlif banklara kredit borcunun olmasını nəzərə alaraq, alimentin yaşayış minimumundan aşağı həddə, yəni hər ay hər uşağa görə 140 manat, ümumilikdə 280 manat təyin edilməsinə razıdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən 28 yanvar 2019-cu il tarixdən başlayaraq, oğlu Cavabdeh nəvələri Gülayın və Elnurun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə ödənilir. Bundan başqa, oğlu Mahirin kredit borcu ilə əlaqədar əmək haqqından hər ay 283 manat vəsait tutularaq, “xxxx” ASC-yə ödənilir. Cavabdehin banka ödənilməmiş borcu isə 6871 manat təşkil edir. Oğlu Cavabdeh bu borcu iddiaçı ilə birgə nikah dövründə aldıqları torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə görə götürmüş, nikah pozulduqdan sonra bu ev yarı hissədə iddiaçının istifadəsinə verilmişdir. Qeyd edir ki, cavabdehin kredit borcları olmasaydı, nəvələrinin saxlanılması üçün tələb olunan alimenti ödəməyə razı olardılar. Lakin, hal-hazırda cavabdehin əmək haqqından tutulmalardan sonra sonuncunun dolanışığı üçün çox cüzi məbləğ qaldığından iddia tələbi ilə razı deyildir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının, eləcə də cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayonu İHB-nın Yenikənd İƏD üzrə nümayəndəliyi tərəfindən 18 noyabr 2014-cü il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 356325 nömrəli və 14 noyabr 2016-cı il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 801856 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası Cavabdeh anası X5 olan X7 10 sentyabr 2014-cü il tarixdə, X9 isə 05 noyabr 2016-cı il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(059)-123/2019 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında 02 may 2014-cü il tarixdə Siyəzən rayonu İHB-nın Yenikənd İƏD üzrə nümayəndəliyində bağlanmış və 14 nömrə ilə qeyd edilmiş nikahın pozulmuş, onların birgə nikahından doğulmuş 10 sentyabr 2014-cü il təvəllüdlü X7 və 05 noyabr 2016-cı il təvəllüdlü X9 anaları Quliyeva (Bağırova) Günay Ələmdar qızının himayəsində və yanında saxlanılmış, həmçinin 28 yanvar 2019-cu il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq Günay Quliyevanın (Bağırovanın) xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi X6 Şöbəsinin 16 iyun 2021-ci il tarixli, 25 nömrəli arayışından görünür ki, Cavabdeh 17 mart 2014-cü il tarixdən X6 Şöbəsində polis nəfəri vəzifəsində xidmət etməklə, 526,40 manat əmək haqqı alır. Həmin məbləğdən hər ay 240 manat aliment borcu tutularaq Günay Quliyevanın kart hesabına köçürülür. İşdə olan “xxxx” ASC-nin 23 iyun 2021-ci il tarixli, 68/155 nömrəli məktubundan, eləcə də ödəniş kartı üzrə çıxarışdan görünür ki, 01 may 2019-cu il tarixdə rəsmiləşdirilmiş 9144,27 manat məbləğində və aylıq ödənişi 283,83 manat olan 155RGTK5505041AA referensli kredit müqaviləsi üzrə Cavabdeh “xxxx” ASC-yə 6871,98 manat borcu vardır. Kredit 30 aprel 2024-cü il tarixdə bitəcəkdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında 29 dekabr 2020-ci il tarixli Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 175 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 10 sentyabr 2014-cü il təvəllüdlü X3 və 05 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 175 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, o cümlədən bu məbləğin hazırkı vaxtda əvvəlki dövrlə müqayisədə artaraq 526,40 manat təşkil etməsi, bununla belə qeyd olunan məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və kredit borclarının ödənilməsi üçün sərf edildiyi, həmçinin iddiaçının qadın olmaqla müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların minimum maddi təminatını və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 10 sentyabr 2014-cü il təvəllüdlü X3 və 05 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(059)-123/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfdən müdafiə edilmədiyindən, eləcə də sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı qızının azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 10 sentyabr 2014-cü il təvəllüdlü X3 və 05 noyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(059)- 123/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar