Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-36/2022 18.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "mülkiyyətdən istifadəyə törədilən maneəyə son qoyulması məqsədilə cavabdehin özbaşına zəbt etdiyi zirzəmiyə düşən pilləkən meydançasından əşyaları ilə birlikdə çıxarılması" tələbi barədə iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "mülkiyyətdən istifadəyə törədilən maneəyə son qoyulması məqsədilə cavabdehin özbaşına zəbt etdiyi zirzəmiyə düşən pilləkən meydançasından əşyaları ilə birlikdə çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, H.Əliyev küçəsində istifadədə olan 0,085 ha torpaq sahəsində yerləşən 33 nömrəli binanın 1-ci girişinin yarımzirzəmisində tam mülkiyyət hüququ ilə ona məxsus ümumi 17,2 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən (müəyyən edilmiş tikinti norma və qaydalarına, qanunvericiliyin digər tələblərinə cavab verən vəziyyətdə) istifadəyə törədilən maneəyə son qoyulması məqsədilə cavabdehin özbaşına zəbt etdiyi yarımzirzəmiyə düşən pilləkən meydançasından əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Siyəzən şəhəri,Heydər Əliyev küçəsində istifadədə olan 0,085 ha torpaq sahəsində yerləşən 33 nömrəli binanın 1-ci girişinin yarımzirzəmisində ümumi sahəsi 17,2 kv.molan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda sözügedən binanın 1-ci girişinin yarımzirzəmisində özəlləşdirdiyi bu qeyri-yaşayış sahəsində sosial problemlərin həllinə kömək etmək məqsədi ilə yaradılan və özünün sədri olduğu “Sosial Dayaq” ictimai birliyi fəaliyyət göstərir. Lakin, qeyri-yaşayış sahəsinə (yarımzirzəmiyə) düşən pilləkən meydançasının əsas giriş qapısının daşla hörülməklə, cavabdeh tərəfindən zəbt edilməsi nəticəsində qeyri-yaşayış sahəsində ictimai birliyin üzvləri normal iş şəraitində fəaliyyət göstərə bilmirlər. Belə ki, qeyri yaşayış sahəsi (yarımzirzəmi) mübahisəli binanın 1-ci girişində əsas tikinti layihəsi üzrə iki, cənub və şimal tərəflərdən giriş qapıları ilə təmin edilməklə tikilmişdir. Sonradan isə heç bir tikinti normalarına əsaslanmadan və zərurət olmadan yarımzirzəminin əsas giriş qapısı daşla hörülərək, pilləkən meydançası ilə birlikdə cavabdeh tərəfindən zəbt edilmiş və halhazıradək həmin sahədən özünün şəxsi əşyalarının saxlanc yeri kimi özbaşına istifadə edir. Sözügedən otağı özəlləşdirdiyi zaman bu qapı bağlı olsa da, burada fəaliyyət göstərməyin mümkün olacağını fikirləşsə də, hazırda havasızlıqdan otağın istifadəsi çətinləşmişdir. Halbuki, adi gözlə nəzər yetirdikdə, divarda qapı yerini görmək olur. Nəticədə, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin otaqları təbii yolla havalanma sistemindən məhrum olduğundan, döşəmə, divarlar artan rütubət səbəbindən kiflənərək yararsız hala düşmüş, habelə otaqlarda faktiki havasızlıq mühiti yarandığından, normal nəfəs almaq çətinləşmiş və nəticədə həmin obyektdə hər hansı fəaliyyətlə məşğul olmaq, başqa sözlə, hazırda sosial problemlərin həllinə kömək etmək məqsədi ilə yaratdığı “Sosial Dayaq” ictimai birlik üzvlərinin fəaliyyət göstərməsi qeyri-mümkün olmuşdur. Baxmayaraq ki, qeyri-yaşayış sahəsi dedikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlak hesab edilən, vətəndaşların yaşaması üçün nəzərdə tutulmayan və müəyyən edilmiş texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən ayrıca sahə başa düşülür. Bu məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə Siyəzən Rayon İcra Hakimiyyətinə müraciət etsə də, ərizəsinə tərəflərindən 06 may 2021-ci il tarixində tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, anası Cavabdeh Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 33 nömrəli binanın 17-ci mənzilində tək yaşayır. Belə ki, 2000-ci ilin avqust ayında alqı-satqı yolu ilə əldə etdikləri bu mənzili alarkən sahəsi təxminən 2-2,5 kv.m olan sözügedən pilləkən meydançasına (qəfəsinə) aid qapının açarları onlara təqdim edilmişdir. Yəni, artıq əşyaları yığdıqları həmin pilləkən qəfəs onlardan əvvəl də, əlavə əşyaların saxlanc yeri kimi istifadə edilmiş və oradan İddiaçı məxsus qeyri-yaşayış sahəsinə giriş qapısı olmamışdır. Eyni zamanda, o, özü də ailəsi ilə birlikdə Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 33 nömrəli binanın 3-cü blokundakı mənzillərdən birində qalır. Məhz buna görə də binanın köhnə və yararsız vəziyyətdə olması ona yaxşı məlumdur. Sözügedən əraziyə Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Memarlıq şöbəsinin, eləcə də, Fövqəladə Hallar Nazirliyinin Regional şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, söküntü işlərinin aparılmasının binanın zədələnməsinə səbəb olacağı bildirilmişdir. Söküntü işlərinin aparılmasına binanın bütün sakinləri, xüsusilə də, sözügedən blokda yaşayanlar etiraz edirlər. Odur ki, iddianı əsassız hesab edərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak etmiş nümayəndəsi Nümayəndə izahatına uyğun, eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin icra hakimiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron rayon Ərazi İdarəsi tərəfindən 14 avqust 2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin H.Əliyev küçəsində istifadədə olan 0,085 ha topraq sahəsində yerləşən 33 nömrəli binanın 1-ci girişinin yarımzirzəmisində 17,2 kv.m ümumi, 17,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli, 10/3901 nömrəli və 27 may 2022-ci il tarixli, 10/894 nömrəli rəylərindən görünür ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən binanın İ girişindəki pilləkən meydançasının hazırkı iş üzrə Cavabdeh faktiki istifadəsində olduğu və Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsində 3-cü maddəsinə əsasən hər hansı bir tikinti quraşdırma işləri aparılmadığı müəyyən olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinin Siyəzən rayon şöbəsi tərəfindən tərtib edilən 13 avqust 2008-ci il tarixli texniki pasport sənədində mübahisə predmeti olan pilləkən qəfəsi ilə iş üzrə İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsi arasında qapı və ya pilləkən boşluğu nəzərdə tutulmadığından, eləcə də həmin qeyri-yaşayış sahəsinə ayrıca giriş-çıxış yolu nəzərdə tutulduğundan, həmin qeyri-yaşayış sahəsindən istifadə edilməsinə texniki cəhətdən hər hansı bir maneə müəyyən edilməmişdir. Eyni zamanda, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri cəmi 150 manat, iddia üzrə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə 10 manat təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170-ci maddəsinin İ və İİ hissələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Bu Məcəllənin 171-ci maddəsinin İ və İİ hissələrinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlarla, o cümlədən ekspert rəyləri, eləcə də işin faktiki halları ilə müəyyən edildi ki, cavabdehin faktiki istifadəsində olan, mübahisə predmetini təşkil edən pilləkən qəfəsi ilə iddiaçının mülkiyyətindəki qeyri-yaşayış sahəsi arasında qapı və ya pilləkən boşluğu nəzərdə tutulmadığından, eləcə də həmin qeyri-yaşayış sahəsinə ayrıca giriş-çıxış yolu nəzərdə tutulduğundan, bu qeyri-yaşayış sahəsindən istifadə edilməsinə cavabdeh tərəfindən hər hansı bir formada maneələr yaradılmamışdır. Belə ki, iddiaçı, cavabdehin hərəkətləri nəticəsində mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təbii yolla havalanma sistemindən məhrum olduğunu, döşəmənin, divarların artan rütubət səbəbindən kiflənərək yararsız hala düşdüyünü, habelə otaqlarda faktiki havasızlıq mühiti yarandığından, normal nəfəs almağın çətinləşdiyini və bununla da, həmin obyektdə hər hansı fəaliyyətlə məşğul olmağın, başqa sözlə, hazırda sosial problemlərin həllinə kömək etmək məqsədi ilə yaratdığı “Sosial Dayaq” ictimai birlik üzvlərinin fəaliyyət göstərməsinin qeyri-mümkün olduğunu göstərsə də, o, istinad etdiyi bu halları əsaslandıra bilməmiş, habelə cavabdehin hərəkətlərinin onun hansı hüquqlarına nə kimi təsir göstərdiyini sübut edə bilməmişdir. Belə ki, ekspert rəylərinə əsasən iddiaçı tərəfindən qeyri-yaşayış sahəsindən istifadə edilməsinə texniki cəhətdən hər hansı bir maneə müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, məhkəmə təqdim edilmiş ekspert rəyləri ilə razılaşaraq qeyd edir ki, ekspert rəyləri iş üçün əhəmiyyətli olan halları özündə əks etdirdiyindən əsaslı və mötəbər hesab edilməlidir. Belə ki, xüsusi bilik tələb edən sualların aydınlaşdırılması üçün aparılan ekspert tədqiqatı tikinti-texniki obyektlərinin tədqiqatı metodikasına əsaslanmaqla, habelə mülki iş materiallarına və təqdiqat obyektinə baxış zamanı əldə olunmuş məlumatlara əsasən yerinə yetirilmiş, nəticədə tərtib edilmiş rəylər ekspertiza qarşısında qoyulan sualların kifayət qədər aydın və tam cavablandırılması ilə hazırlanmışlar. Bu isə ekspertin rəyləri ilə məhkəmənin razılaşmamasını istisna edir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına, eləcə də maraqlarına hər hansı bir formada müdaxilənin olması iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "mülkiyyətdən istifadəyə törədilən maneəyə son qoyulması məqsədilə cavabdehin özbaşına zəbt etdiyi zirzəmiyə düşən pilləkən meydançasından əşyaları ilə birlikdə çıxarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, eyni zamanda, aparılmış məhkəmə tikintitexniki obyektlərin tədqiqi ekspertizası tədqiqatının cəmi dəyərini təşkil edən 150 (bir yüz əlli) manat iddiaçıdan Azərbaycan Respublikasının dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı "mülkiyyətdən istifadəyə törədilən maneəyə son qoyulması məqsədilə cavabdehin özbaşına zəbt etdiyi zirzəmiyə düşən pilləkən meydançasından əşyaları ilə birlikdə çıxarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ekspertiza tədqiqatının cəmi dəyəri 150 (bir yüz əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-36/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-36/2022
18.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver