Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-379/2020 19.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı «xxxxxxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə iddiaçı «xxxxxxxx» ASC-nin Cavabdeh Bəyəli oğluna qarşı «sərf edilmiş elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı «xxxxxxxx» ASC Cavabdeh Bəyəli oğluna qarşı «sərf edilmiş elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı ASC-nin xeyrinə sərf edilmiş elektrik enerjisinə görə yaranmış 2359,35 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı «xxxxxxxx» ASC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl ölüb: ölüm xx xxxxxx 2014-cü il tarixində baş vermiş, iddia ərizəsi 06 il 07 ay 14 gün bundan sonra xx xxxxxxxx 2020-ci il tarixində poçt qurumuna təhvil verilmiş, 06 il 07 ay 20 gün bundan sonra – xx xxxxxxxx 2020-ci il tarixində məhkəməyə verilmiş, ölmüş şəxs iddia ərizəsində cavabdeh kimi göstərilmişdir. İnsan öldükdən sonra fiziki şəxs hesab olunmur. Qanunvericiliyə görə cavabdeh fiziki şəxs olmalıdır (MPM, maddə 50.3). Ölmüş şəxs cavabdeh hesab olunmadığından ona qarşı verilmiş iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil. Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. İş üzrə icraata bu əsasla da xitam verilməlidir. İş üzrə icraata xitam verilməsi məsələsi müzakirə edilərkən «xxxxxxxx» ASC-nin nümayəndəsi X2 buna etiraz etməyərək, bu barədə qərardad çıxarılmasına razı oldu. Beləliklə, Cavabdeh iddia ərizəsinin verilməsindən əvvəl öldüyünə görə prosessual hüquq varisliyinə yol verilmir. Belə ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (cavabdeh və s.) malik olduğu halda prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. Əgər şəxs iddia verilənə qədər ölürsə o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status başqasına keçə bilməz. Mülki-Prosessual Məcəllənin 58-ci maddəsinin mənası da bunu təsdiq edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 261.0, 261.0.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «xxxxxxxx» ASC-nin Cavabdeh Bəyəli oğluna qarşı «sərf edilmiş elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-379/2020
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-379/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver