Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-39/2021 15.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(059)-388/2020 saylı qərardadı ilə cavabdehin etirazına əsasən, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılması ləğv edilmiş və iddiaya baxılması üçün iddia icraatına keçirilmişdir. Məhkəmə, xx xxxxxxx 2020-ci il tarixli, xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2021-ci il tarixli məktublarla iddiaçı tərəfə iş üzrə zəruri halların araşdırılması ilə əlaqədar nümayəndəsinin iştirakı və cavabdehin etirazında qeyd edilən xüsusatlara münasibət bildirilməsi təklif etmiş, lakin, iddiaçı, məhkəmə tərəfindən edilmiş təklifin yerinə yetirilməsi ilə bağlı hər hansı bir hərəkət etməmiş, bununla bağlı hər hansı bir əməli tədbir görməyə cəhd göstərməmiş, əksinə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirib, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC iş üzrə zəruri halların araşdırılması ilə əlaqədar nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı” MMC-dən satın aldığı “Hoffmann LED 32E3410” markalı televizoru və “xxxx” markalı paltaryuyan maşını sonradan MMC-yə qaytarmışdır. Hazırda isə iddiaçı tərəfin həmin əşyaların pulunu ondan tələb etməsini başa düşmür. Yaranmış anaşılmamazlığa münasibət bildirilməsi və bu halın aradan qaldırılması üçün İddiaçı MMC-nin nümayəndəsinin iştirakını məhkəmə iclasında israrla tələb edir. Eyni zamanda, ərizənin baxılmamış saxlanılması barədə məsələ müzakirə edilərkən ərizənin baxılmamış saxlanılmasına etiraz etmədi. Bununla da məhkəmə hesab edir ki, iddiaçı tərəfə lazımi qaydada məlumat verilərək nümayəndəsinin məhkəmə iclaslarında iştirakına nail olmadan, beləliklə, çəkişmə prinsipi təmin etmədən iddianın obyektiv araşdırılmasının mümkünsüz olması əsasına, eyni zamanda iddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdıqları halları təsdiq edən mötəbər sübutlar və ya sənədlər, o cümlədən cavabdehin etirazına münasibətdə həmin halları təkzib edən sübutlar təqdim edilmədiyinə, bununla da işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə yaranmış maneələr aradan qaldırılmadığına görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin tələbinə görə məhkəməyə sübut kimi sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bu Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Yenə bu Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Qeyd olunan Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.12, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-39/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-39/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver