Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-392/2020 14.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2005-ci il təvəllüdlü X4, xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ilk dəfə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdehdən onun xeyrinə alimentin tutulması müəyyən edilsə də, sonradan bu məhkəmənin qanuni qüvvəsini almış xx xxxxxxxx 2015-ci il tarixli digər qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmişdir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən xx xxxx 2005-ci il təvəllüdlü Sevdanın, xx xxxxxx 2008-ci il təvəllüdlü Hüseynin və xx xxxxxx 2010-cu il təvəllüdlü Mehribanın yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun xeyrinə cəmi 162 manat sabit pul məbləğində aliment tutulmağa başlamışdır. Daha sonra, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almışxx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən bu məhkəmənin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Sözügedən qətnamələr üzrə cavabdeh hər hansı bir məbləğdə aliment ödənişini etməyərək, ödənişlərdən qərəzli olaraq yayınır. Bundan əlavə, onda olan məlumata görə cavabdeh son dövrlər balıqçılıqla məşğul olmaqla, kifayət qədər yüksək gəlir əldə edir. Hətta, özü Eynibulaq kənd orta məktəbində ibtidai sinif müəllimi işləməklə, aylıq 560 manat əmək haqqı alsa da, bu uşaqların zəruri ehtiyaclarının qarşılanmasında kifayət etmir. Ona görə də o, alimentin artırılması üçün məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Siyəzən rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 048863 nömrəli və xx xxxxxx 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 098997 nömrəli, eləcə də, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 145344 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh İddiaçı xx xxxx 2005-ci il tarixdə doğulmuş Sevda Mirzəcanovanın, xx xxxxxx 2008-ci il tarixdə doğulmuş Hüseyn Mirzəcanovun və xx xxxxxx 2010-cu il tarixdə doğulmuş Mehriban Mirzəcanovanın atası hesab edilmişdir. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 2005-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 562752 nömrəli, xx xxxxxx 2008-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 011268 nömrəli, eləcə də, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2010-cu il tarixdə verilmiş, AZ-İİ seriyalı, 397337 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan Sevda xx xxxx 2005-ci il tarixdə, Hüseyn xx xxxxxx 2008-ci il tarixdə, Mehriban isə xx xxxxxx 2010-cu il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2020-ci il tarixli, 2(059)-135/2020 saylı qətnaməsinin surətindən görünür ki, sözügedən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxxx 2005-ci il təvəllüdlü Sevdanın, xx xxxxxx 2008-ci il təvəllüdlü Hüseynin və xx xxxxxx 2010-cu il təvəllüdlü Mehribanın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün bu məhkəmənin xx xxxxxxxx 2015-ci il tarixli, 2(059)-457/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X5 Cavabdeh şəxsi məlumatlarından görünür ki, Cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-də ictimai işlər üzrə sosial işçi kimi işləməklə, aylıq 250 manat əmək haqqı alır. Məhkəmə iclasında müəyyən olundu ki, sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə münasibətlərindən doğulmuş xx xxxx 2005-ci il təvəllüdlü Sevdanın, xx xxxxxx 2008-ci il təvəllüdlü Hüseynin və xx xxxxxx 2010-cu il təvəllüdlü Mehribanın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün bu məhkəmənin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək artırılmış, habelə cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nəzərə alınsa ki, ailə qanunvericiliyi alimentin miqdarının dəyişdirilməsini tərəflərin maddi vəziyyəti ilə əlaqələndirmiş və iddiaçı tərəf isə cavabdehin maddi vəziyyətinin yaxşılaşması ilə bağlı heç bir sübut təqdim edə bilməmiş, əksinə cavabdeh əvvəlki qətnamə qəbul edildikdən sonra, “xxxxxxxxxxxxxxx” MMC-də ictimai işlər üzrə sosial işçi kimi işləməklə, aylıq 250 manat əmək haqqı almağa başlamışdır ki, bu da onun maddi vəziyyətinin yaxşılaşmamasına dəlalət edir. Belə olan halda iddianın təmin edilməsinin qanunvericiliyin norma və prinsiplərinə zidd olması bir daha öz təsdiqini tapır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübut isə, yalnız iddiaçının özünün izahatı olmuşdur. Bundan əlavə, hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün müəyyən edilən alimentin məbləği Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamənin çıxarıldığı vaxtdan iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi qısa müddətə cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmamış, gəlirləri artmamışdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə iddianın əsassızlığını iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən mötəbər sübutların təqdim edilməməsi, cavabdehin aylıq məvacibindən başqa, gəlir mənbəyinin olmaması və iddiaçının göstərilən xüsusatlara əsaslı dəlillər gətirə bilməməsi ilə əlaqələndirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, həmçinin iddiaçı hazırkı tələb üzrə dövlət rüsumunu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundan dövlət rüsumunun tutulmasına münasibətdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-392/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-392/2020
14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver