Məhkəmə qərarları › İş №2(059)-399/2021

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-399/2021

06.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-399/2021 06.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdə yaşayış sahəsinə istifadə hüququnun tanınması, evdən istifadə qaydalarının müəyyən edilməsi, hamam və ayaqyolunun ilkin vəziyyətinin cavabdehin hesabına bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının tanınması, evdən istifadə qaydalarının müəyyən edilməsi, hamam və ayaqyolunun ilkin vəziyyətinin cavabdehin hesabına bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2, eləcə də digər İddiaçı1 iki uşağı ilə birlikdə faktiki yaşadıqları Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evdə yaşayış sahəsinə istifadə hüquqları tanınmaqla, evdən istifadə qaydalarının müəyyən edilməsi, hamam və ayaqyolunun ilkin vəziyyətinin cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar siyahısında qeyd edilən İddiaçı2 bu siyahıda göstərilsə də, iddia ərizəsi onun tərəfindən imzalanmamışdır. Məhkəmə, 02 avqust 2021-ci il tarixli iclasında İddiaçı1 digər İddiaçı2 iddia ərizəsini imzalamadığını xatırladaraq sonuncunun növbəti iclasda iştirakının zəruri olmasını bildirib, əks təqdirdə, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlayacağını qeyd etmiş, lakin, İddiaçı1 məhkəmə tərəfindən edilmiş təklifin yerinə yetirilməsi ilə bağlı verilmiş vaxt ərzində hər hansı bir hərəkət etməmiş, iddiaçılar tərəfindən yol verilmiş nöqsan aradan qaldırılmamışdır. Ərizənin qeyd olunan əsasla baxılmamış saxlanılması barədə məsələ müzakirə edilərkən İddiaçı1 və Cavabdeh ərizənin baxılmamış saxlanılmasına etiraz etmədi. Bununla da məhkəmə hesab edir ki, qeyd edilən təklif iddiaçı tərəfdən yerinə yetirilmədiyindən iddianın obyektiv araşdırılmasının mümkünsüz olması əsasına, eyni zamanda Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə uyğun olaraq tərtib olunmadığına görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Qeyd olunan Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.12, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdə yaşayış sahəsinə istifadə hüququnun tanınması, evdən istifadə qaydalarının müəyyən edilməsi, hamam və ayaqyolunun ilkin vəziyyətinin cavabdehin hesabına bərpa edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar