Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-401/2025 26.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızı, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, sadələşdirilmiş icraat qaydasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X3 Mərkəzi Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 240 manat məbləğində meşə ziyan pulunun tutularaq “Kapital Bank”ın Şabran filialındakı AZ30CTRE******************** nömrəli büdcə səviyyəsi, 1, iqtisadi təsnifat kodu 142330, VÖEN ********** saylı hesabına ödətdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh Quliyev X1 meşəbəyliyinin 4 saylı dolayının ərazisində 06 baş iri buynuzlu mal qara otararkən Mərkəzin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da, Cavabdeh Azərbaycan Respublikası Meşə Məcəlləsinin 63-cü maddəsinin tələblərini pozmuşdur. Bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq meşələrin istifadəsi, qorunması və bərpası barədə mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən meşə qanunvericiliyinin pozulmasına görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında təlimatın "a" bəndini pozduğuna görə 14 mart 2025-ci il tarixdə 58542 saylı akt tərtib edilmişdir. Bu akta əsasən vurulmuş ziyanın məbləği 240 manat miqdarında hesablanmışdır. Yuxarıda qeyd edilən müvafiq təlimatın 5.1.19-cu maddəsinə uyğun olaraq tələb olunan ziyanın könüllü ödənilməsinə görə vaxt verilsə də, cavabdeh bu günə kimi olunan ziyan məbləğini ödəməmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehin həmin bildirişi 21 aprel 2025-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə qəbul etməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdeh Siyəzən meşəbəyliyinin 4 saylı dolayının ərazisində 06 baş iri buynuzlu mal qara otararkən Mərkəzin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da, Cavabdeh Azərbaycan Respublikası Meşə Məcəlləsinin 63-cü maddəsinin tələblərini pozmuşdur. Bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq meşələrin istifadəsi, qorunması və bərpası barədə mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən meşə qanunvericiliyinin pozulmasına görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında təlimatın "a" bəndini pozduğuna görə 14 mart 2025-ci il tarixdə 58542 saylı akt tərtib edilmişdir. Bu akta əsasən vurulmuş ziyanın məbləği 240 manat miqdarında hesablanmışdır. Yuxarıda qeyd edilən müvafiq təlimatın 5.1.19-cu maddəsinə uyğun olaraq tələb olunan ziyanın könüllü ödənilməsinə görə vaxt verilsə də, cavabdeh bu günə kimi olunan ziyan məbləğini ödəməmişdir. Eyni zamanda, Cavabdeh Meşə qanunvericiliyini pozduğuna görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 04 saylı X3 Mərkəzi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən meşələr yanğından, qanunsuz qırılmadan, meşədən istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşəyə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən və xəstəliklərdən mühafizə edilməlidir. Bu Məcəllənin 64-cü maddəsinin 3-cü hissəsinə əsasən meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır. Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli, 636 saylı qərarına əsasən meşə qırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların kəsilməsi; köküstə yaş ağac və kolların boy artımı dayanacaq və ya dayanmayacaq dərəcəyə qədər zədələnməsi; kökdən kəsilmiş, həmçinin külək, qar və başqa səbəblər nəticəsində sınmış və yerə yıxılmış ağac və kolların mənimsənilməsi və yaxud köküstə quru ağac və kolların özbaşına qırılması; yandırılması və odla ehtiyatsız rəftar edilməsi nəticəsində meşənin, həmçinin tək-tək və qrup hallında olan ağac və kolların məhv edilməsi, yaxud zədələnməsi; meşənin, həmçinin tək-tək və qrup halında olan ağac və kolların quruyacaq və yaxud xəstələnəcək dərəcəyə qədər axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılar ilə zədələnməsi və ya məhv edilməsi; lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işləri aparılması, anbarlar tikilməsi, ağac emalı və digər işlərin görülməsi; meşə əkinlərində, meşə tingliklərində, böyütmə və plantasiya sahələrində toxmacarların və tinglərin, həmçinin meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi, yaxud zədələnməsi; meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, habelə biçənək və otlaq yerlərinin korlanması; qadağan edilən, yaxud yalnız meşədən əlavə istifadə biletinə əsasən icazə verilən sahələrdə özbaşına qoz, fındıq, şabalıd, yabanı (cır), habelə peyvənd çərdəkli meyvələrin və giləmeyvələrin, qamış və dərman bitkilərinin, meşə döşənəyinin, tökülmüş yarpaqların və bu müqabildən olan digər meşə məhsullarının tədarükü və yığılması; dövlət meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların məhv edilməsi və ya korlanması zamanı meşəqanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar maddi məsuliyyət daşıyırlar. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci və 2- ci hissəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Ətraf mühitin mühafizəsi haqqında qänunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafıq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 78-ci maddəsinə əsasən meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, meşə qanunvericiliyinin tələblərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı cavabdehdən onun meşə sahəsində qanunsuz olaraq qara mal otarmaqla ətraf mühitə, o cümlədən meşə sahəsinə vurduğu zərərin əvəzinin tam şəkildə ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə-büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin 04 saylı X3 Mərkəzi dövlət rüsumunun ödənilməsindən azad edildiyindən bu hal nəzərə alınmalı və iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 240 manat pul tutularaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X3 Mərkəzinin “Kapital Bank”ın Şabran filialındakı AZ30CTRE******************** nömrəli büdcə səviyyəsi, 1, iqtisadi təsnifat kodu 142330, VÖEN ********** saylı hesabına, 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 240 (ki yüz qırx) manat pul tutularaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X3 X4”ın Şabran filialındakı AZ30CTRE******************** nömrəli büdcə səviyyəsi, 1, iqtisadi təsnifat kodu 142330, VÖEN ********** saylı hesabına ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otu) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №2(059)-401/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-401/2025
26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver