Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-409/2024 20.06.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 dekabr 2007-ci il təvəllüdlü X5 və 19 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Şabran Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(059)-152/2021 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək, hər ay, hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment, həmçinin 10 dekabr 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat, eyni zamanda sonuncu 3 yaşına çatanadək baxılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment, olmaqla cəmi 805 manat alimentin, eləcə də ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş edirəm hissəsinin İ cümləsində qeyd edilmiş “Şabran” sözünün “Siyəzən” kimi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə rəsmi nikaha daxil olmaqla, evlənmiş və bu nikahdan 10 dekabr 2007-ci il tarixdə Aysel, 19 avqust 2010-cu il tarixdə Səcafət, 10 dekabr 2022-ci il tarixdə isə Mişdan adlı övladları doğulmuşdur. Lakin, cavabdeh bir ata kimi övladlarının maddi və mənəvi tələbatlarını ödəmir. Uşaqların sənədləri qarşı tərəfdə olduğu üçün onların doğumundan bəri peyvəndləri vurulmamışdır. Bundan əlavə, qızları allergiya, asma-bronxit xəstəliyindən əziyyət çəkdiyinə görə müntəzəm müayinə və müalicəyə ehtiyacları vardır. Eyni zamanda, övladları dərslərindən əlavə ödənişli kurslara getdiyi üçün təhsil xərclərinə görə o, aylıq 400 manata yaxın ödəniş etməli olur. Bundan əlavə, o, Siyəzən Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə 10 dekabr 2007-ci il təvəllüdlü Ayselin və 19 avqust 2010-cu il təvəllüdlü Səcafətin saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment alır. Həmin uşaqlar orta məktəbdə təhsil almaqla yanaşı, böyük qızı Aysel ali məktəbə hazırlıq ərəfəsində olduğundan məsrəfləri yetərincə artmışdır. Bundan başqa, cavabdehlə birgə nikahdan doğulmuş 10 dekabr 2022-ci il təvəllüdlü Mişdanın saxlanılması üçün sabit pul məbləğində tutulan alimentdən savayı, 3 yaşına çatanadək baxılması üçün əlavə vəsait də ödənilməlidir. Bundan əlavə, o, vəsait sərf edərək, mediasiya prosesində iştirak etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Cavabdehla rəsmi nikahı pozulmasa da, 2023-cü ilin avqust ayından faktiki olaraq ayrı yaşayırlar. Bundan əlavə, hazırda cavabdehin ona aliment borcu qalmamışdır. Belə ki, cavabdehə məxsus avtomaşının üzərinə həbs qoyulduqdan sonra sonuncu bütün ödənişləri etmişdir. Eyni zamanda, iki ədəd avtomaşını olan Cavabdeh həmin nəqliyyat vasitələri ilə sərnişin daşımaqla, kifayət qədər gəlir əldə edir. Bundan başqa, cavabdeh işləsə də, ailəsinə baxmır, habelə o, uzun illərdir anasının köməkliyi ilə özünün və uşaqlarının maddi təminatlarını qarşılayır. Həmçinin, cavabdehin atasına məxsus maldarlıq ferması mövcud olduğuna görə qarşı tərəfin maddi imkanı kifayət qədər yaxşıdır. Bundan əlavə, birgə nikahdan doğulan qız övladları asma-bronxit xəstəliyindən əziyyət çəkir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, İddiaçı ilə rəsmi nikahı pozulmasa da, 2023-cü ilin avqust ayından faktiki olaraq ayrı yaşayırlar. O, hazırda “Ford Transit” markalı avtomaşını etibarnamə ilə idarə edərək, gündəlik olaraq Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri stansiyasında yerləşən Lokomotiv Deposunda işləyən fəhlələri aparıb-gətirərək, aylıq 450-500 manat gəlir əldə edir. Bundan əlavə, o, İİİ qrup əlil kimi aylıq 150 manat pensiya da alır. Eyni zamanda, birgə nikahdan olan qız uşaqlarının hazırda heç bir xəstəliyi yoxdur. Belə ki, sonuncular xəstəliklərinə görə dəfələrlə müalicə almış və heç bir problemləri qalmamışdır. Bununla belə, o, azyaşlı oğlu Mişdan da daxil olmaqla, hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat alimenti iddiaçının xeyrinə ödəməyə razıdır. Odur ki, iddia tələbinin qismən, yəni alimentin artırılması hissəsində rədd, sabit pul məbləğində alimentin tutulması hissəsində isə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan, eləcə də şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X9 10 dekabr 2007-ci il tarixdə Bakı şəhərinin Yasamal rayonunda, 19 avqust 2010-cu il təvəllüdlü X2 şəhərində, 10 dekabr 2022-ci il təvəllüdlü X10 isə Bakı şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(059)-152/2021 saylı qətnaməsinin surətindən görünür ki, 10 dekabr 2007-ci il təvəllüdlü X5, 19 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan “Funda Hospital” xəstəxanasının göndərişlərindən görünür ki, 10 dekabr 2007-ci il təvəllüdlü Aysel Məmmədovaya və 19 avqust 2010-cu il təvəllüdlü Səcafət Məmmədovaya bronxit-asma diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, VÖEN nömrəsi ********** (aktiv), olan Cavabdeh 12 dekabr 2016-cı il tarixdən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə (təzə inək və camış südünün istehsalı) məşğul olmaqla, onun mülkiyyətində 1 ədəd 2005-ci il buraxılışlı, “UAZ 315143-095” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh İİİ qrup əlil kimi aylıq 150 manat pensiya alır. İşdə olan 27 mart 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahdan 10 dekabr 2007-ci il tarixdə Aysel, 19 avqust 2010-cu il tarixdə Səcafət, 10 dekabr 2022-ci il tarixdə isə Mişdan adlı övladları doğulmuşdur. Həmçinin, tərəflər arasında nikah pozulmasa da, onlar faktiki olaraq ayrı yaşayırlar. Eyni zamanda, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ilə 10 dekabr 2007-ci il təvəllüdlü Ayselin və 19 avqust 2010-cu il təvəllüdlü Səcafətin saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulsa da, həmin dövrdə azyaşlı Mişdan doğulmadığı üçün ona görə aliment tutulmamışdır. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilmir. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 10 dekabr 2007-ci il təvəllüdlü X5, 19 avqust 2010-cu il təvəllüdlü X3 və 10 dekabr 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən, qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, aylıq kifayət qədər gəlir əldə etməsi, İİİ qrup əlil kimi aylıq 150 manat müavinət alması, habelə mülkiyyətində daşınar əmlakın (“UAZ 315143-095” markalı minik avtomobilinin) olması, həmçinin iddiaçının qadın olmaqla müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, həmçinin uşaqların maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 10 dekabr 2007-ci il təvəllüdlü X5 və 19 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(059)-152/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 200 manat, olmaqla cəmi 400 manat sabit pul məbləğində, eləcə də tərəflərin birgə nikahından doğulmuş 10 dekabr 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 24 aprel 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə iddia tələbinin "azyaşlı Mişdanın 3 yaşına çatana qədər hər ay iddiaçının xeyrinə cavabdehdən alimentin tutulması" hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ailə qanunvericiliyi bu cür alimentin tutulmasını zəruri vəsaitə malik olan cavabdehin ailə və maddi vəziyyəti, eləcə də, tərəflərin digər diqqətəlayiq olan maraqları ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə iddiaçı tərəf cavabdehin uşağının 3 yaşına çatanadək saxlanması üçün ona maddi yardım göstərməsi məqsədilə əlavə zəruri vəsaitə malik olmasını təsdiq edəcək mötəbər sübutu və ya sənədi iş materiallarına əlavə etməmiş, o cümlədən tələbini əsaslandırmamışdır. Belə ki, verilmiş izahatdan, eləcə də iş materiallarına əlavə edilmiş digər mötəbər sübutlarla cavabdehin zəruri vəsaitə malik olduğu müəyyən edilməmişdir. Belə olan halda isə iddia tələbinin bu hissədə təmin edilməsi məqsədə müvafiq hesab edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq İddiaçı azad edildiyi 116,60 manat dövlət rüsumunun 75%-i, yəni 87,45 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat mediasiya xərcinin 75%-i, yəni 45 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 10 dekabr 2007-ci il təvəllüdlü X5 və 19 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(059)- 152/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 200 manat, olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Tərəflərin birgə nikahından doğulmuş 10 dekabr 2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 24 aprel 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat mediasiya xərcinin 75%i, yəni 45 (qırx beş) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. X1 münasibətdə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. İddiaçı azad edildiyi 116,60 manat dövlət rüsumunun 75%-i, yəni 87,45 (səksən yeddi manat 45 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-409/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-409/2024
20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver