Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-413/2020 02.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "İddiaçı" MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı MMC-nin xeyrinə “Samsung Galaxy A7 2018 DS (SM-A750)” markalı, **********74519, **********74516 İMEİ kodlu mobil telefona görə 579 manat ödənilməmiş hissə, 173 manat dəbbə, “Hoffmann LED 55R8” markalı televizora görə 1025 manat ödənilməmiş hissə, 184 manat dəbbə, “Samsung Galaxy A30s DS (SM-A307)” markalı, **********27671, **********27679 İMEİ kodlu və “X1 8” markalı, **********53469, **********53477 İMEİ kodlu mobil telefonlara görə 1092 manat ödənilməmiş hissə, 273 manat dəbbə pulu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 3326 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən müvafiq olaraq cavabdeh ümumi qiyməti 864 manat dəyərində olan “Samsung Galaxy A7 2018 DS (SM-A750)” markalı, **********74519, **********74516 İMEİ kodlu mobil telefon, ümumi qiyməti 1836 manat dəyərində olan “Hoffmann LED 55R8” markalı televizor, ümumi qiyməti 1252 manat dəyərində olan “Samsung Galaxy A30s DS (SM-A307)” markalı, **********27671, **********27679 İMEİ kodlu və “X1 8” markalı, **********53469, **********53477 İMEİ kodlu mobil telefonlar satın almışdır. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, əsas borcundan bu günədək 1256 manat ödəniş etmiş, qalan borcu isə indiyədək ödəməmiş, bununla da alqı-satqı müqavilələrinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bu müqavilələrə əlavə olunmuş ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq penya ödəyir. Dəfələrlə Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun İddiaçı MMC-yə ümumilikdə 3326 manat məbləğində borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh ilə "İddiaçı" MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00728806 nömrəli, xx xxxx 2019-cu il tarixli, 00790054 nömrəli və xx xxxxxx 2019-cu il tarixli, 01066867 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, alqı-satqı qiyməti 864 manat olan “Samsung Galaxy A7 2018 DS (SM-A750)” markalı, **********74519, **********74516 İMEİ kodlu mobil telefon 12 ay müddətinə, ayda 72 manat, alqı-satqı qiyməti 1836 manat olan “Hoffmann LED 55R8” markalı televizor 18 ay müddətinə, aylıq 102 manat, alqı-satqı qiyməti 1252 manat olan “Samsung Galaxy A30s DS (SM-A307)” markalı, **********27671, **********27679 İMEİ kodlu və “X1 8” markalı, **********53469, **********53477 İMEİ kodlu mobil telefonlar 12 ay müddətinə, ayda 91 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehin müvəqqəti sahibliyinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan "İddiaçı" MMC tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı MMC-yə “Samsung Galaxy A7 2018 DS (SM-A750)” markalı, **********74519, **********74516 İMEİ kodlu mobil telefona görə 579 manat ödənilməmiş hissə, 173 manat dəbbə, “Hoffmann LED 55R8” markalı televizora görə 1025 manat ödənilməmiş hissə, 184 manat dəbbə, “Samsung Galaxy A30s DS (SM-A307)” markalı, **********27671, **********27679 İMEİ kodlu və “X1 8” markalı, **********53469, **********53477 İMEİ kodlu mobil telefonlara görə 1092 manat ödənilməmiş hissə, 273 manat dəbbə pulu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 3326 manat borcu vardır. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, "İddiaçı" MMC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və o, öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Nisyə alqı-satqı müqavilələrinə əlavə olunmuş ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli müqavilələr üzrə alıcı kimi üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən Cavabdeh iddiaçı ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilələrin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqavilələri üzrə “Samsung Galaxy A7 2018 DS (SM-A750)” markalı, **********74519, **********74516 İMEİ kodlu mobil telefona görə 579 manat ödənilməmiş hissə, 173 manat dəbbə, “Hoffmann LED 55R8” markalı televizora görə 1025 manat ödənilməmiş hissə, 184 manat dəbbə, “Samsung Galaxy A30s DS (SM-A307)” markalı, **********27671, **********27679 İMEİ kodlu və “X1 8” markalı, **********53469, **********53477 İMEİ kodlu mobil telefonlara görə 1092 manat ödənilməmiş hissə, 273 manat dəbbə pulu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 3326 manat borc və iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqavilələri üzrə “Samsung Galaxy A7 2018 DS (SM-A750)” markalı, **********74519, **********74516 İMEİ kodlu mobil telefona görə 579 manat ödənilməmiş hissə, 173 manat dəbbə, “Hoffmann LED 55R8” markalı televizora görə 1025 manat ödənilməmiş hissə, 184 manat dəbbə, “Samsung Galaxy A30s DS (SM-A307)” markalı, **********27671, **********27679 İMEİ kodlu və “X1 8” markalı, **********53469, **********53477 İMEİ kodlu mobil telefonlara görə 1092 manat ödənilməmiş hissə, 273 manat dəbbə pulu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 3326 (üç min üç yüz iyirmi altı) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-413/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-413/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver