Məhkəmə qərarları › İş №2(059)-425/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-425/2023

31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-425/2023 31.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(059)-265/2018 saylı qətnaməsi ilə hər ay qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsində cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, sonuncudan hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 19 noyabr 2008ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 30 avqust 2009-ci il tarixdə Soltan adlı övladları doğulmuşdur. Rəsmi nikaha daxil olduqdan sora bir müddət mehriban yaşasalar da sonradan cavabdehlə xasiyyəti uyğun gəlmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 30 avqust 2009-cu il təvəllüdlü Soltanın yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun xeyrinə cavabdehdən hər ay qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulmuşdur. Məhkəmə aktı ilə aliment təyin olunan zaman cavabdeh İİ qrup əlilliyə görə aylıq aldığı 130,05 manat pensiya məbləğinin 1/4 hissəsi miqdarında, yəni aylıq 32,5 manat aliment ödəsə də, hazırda sonuncunun aldığı pensiya məbləği yüksəldiyindən aylıq 66 manat aliment ödəyir. Beləliklə, bu məbləğ 14 yaşlı övladının saxlanması üçün çox az olmaqla, oğlu Soltanın maddi təminatının qarşılanmasında çətinlik yaradır. Cavabdeh əlillik təqaüdündən əlavə həyətyanı təsərrüfatında mal-qara, qoyun-quzu saxlamaqla, kifayət qədər imkanlı olmasına baxmayaraq uşağına aylıq ödədiyi 66 manat məbləğində alimentdən başqa yardım etmir, dolanışığı ilə maraqlanmır. Cavabdehin öz övladının maddi təminatına belə etinasız yanaşması nəticəsində bu günə kimi övladı 30 avqust 2009-cu il təvəllüdlü Soltanın atası tərəfindən saxlanılmaq hüququ pozulmuşdur. Bundan əlavə, o, vəsait sərf edərək mediasiya qurumuna müraciət etsə də, cavabdeh keçirilmiş mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesinə xitam verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, hazırda Siyəzən şəhərində yerləşən mebel salonunda satıcı işləməklə, aylıq 300 manat əmək haqqı alır. Bundan əlavə, o, cavabdehin dolanışığını nəzərə alaraq, sonuncudan aylıq 150 manat məbləğində aliment tələb edir. Həmçinin, cavabdehlə nikahı pozulduqdan sonra o, yenidən sonuncu ilə barışaraq, 2020-ci ilin aprel ayında geri qayıtsa da, 28 noyabr 2022-ci il tarixdə ata evinə geri dönmüşdür. Belə ki, o, 25 noyabr 2022-ci il tarixdə dəm qazından zəhərləndiyindən xəstəxanaya yatırılmış, habelə 27 noyabr 2022-ci il tarixdə isə evə qayıtmışdır. Bundan sonra, xəstə olduğu üçün ona baş çəkən şəxslərin təkidi ilə cavabdeh onun atası evinə gedib müalicə almasına razı olmuş, lakin o, ata evinə getdikdən sonra cavabdeh ona geri qayıtmamasını bildirmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi, yəni oğlu Soltanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, 30 avqust 2009-cu il təvəllüdlü, oğlu Soltanın saxlanılması üçün cavabdehin xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimenti ödəməyə razıdır. Belə ki, o İİ qrup əlil kimi hər ay 327,27 manat pensiya alır. Bundan əlavə, o, heyvandarlıqla məşğul olaraq, təsərrüfatında 1 baş inək, 2 baş dana, 20 baş keçi və 15 baş qoyun saxlayır. Keçiləri kreditlə aldığından hazırda borclarının ödənişini edir. Beləliklə, təsərrüfatla məşğul olaraq, ildə 2000 manat əlavə gəlir əldə edir. Həmçinin, o, gözündə olan problemə görə İİ qrup əlil olduğu üçün təsərrüfatın saxlanılmasında ona qardaşları köməklik edir. Eyni zamanda, qayınanasının ailəyə müdaxilələri səbəbindən ailə münasibətləri kəskinləşmiş, nikahları pozulmuşdur. Odur ki, iddia tələbinin qismən təmin edilməsi, yəni oğlu Soltanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehə hər ay 150 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi Rayon İcra Hakimiyyəti Başçısının Ağbaş İƏD nümayəndəliyi tərəfindən 18 sentyabr 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 305783 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh anası İddiaçı olan X2 30 avqust 2009-cu il tarixdə keçmiş Dəvəçi rayonu Ağbaş kəndində doğulmuşdur. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(059)-265/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı qızı ilə Cavabdeh arasında keçmiş Dəvəçi rayon qeydiyyat şöbəsində 19 noyabr 2008-ci il tarixdə, 396 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 30 avqust 2009-cu il təvəllüdlü X1 anası cavabdeh İddiaçı himayəsində və yanında saxlanılması, eləcə də uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 09 mart 2018-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı, 205528 nömrəli arayışının surətindən görünür ki, Cavabdeh hərbi xidmət dövründə alınmış xəstəliklə əlaqədar İİ qrup müddətsiz əlil olmaqla, əməyə qadir deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan, eləcə də DSMF-publik hüquqi şəxsinin 2 saylı Quba-Xaçmaz regional filialı tərəfindən 20 iyun 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh 13 sentyabr 2022-ci il tarixdən İİ qrup əlil kimi 327,27 manat pensiya alır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 19 noyabr 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, və bu nikahdan 30 avqust 2009-ci il tarixdə Soltan adlı övladları doğulmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməməsi səbəbindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş və 30 avqust 2009-ci il təvəllüdlü Soltanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 30 avqust 2009-ci il təvəllüdlü Soltan Əhmədovun saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci və 8.3-cü bəndlərinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmçinin, həmin qərarın 8.6-cı bəndinə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Bu qərarın, 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Beləliklə, iddiaçının alimenti əvvəlcə uşaq üçün aylıq 220 manat sabit pul məbləğində tələb etməsinə baxmayaraq, sonradan sonuncunun alimentin cavabdehdən aylıq 150 manat sabit pul məbləğində tutulması ilə razılaşmasını, tərəflərin maddi və əmlak vəziyyətini, o cümlədən, yetkinlik yaşına çatmayan uşağın, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(059)-265/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından və bu məbləğin bir qismi iddiaçı tərəfindən müdafiə edilmədiyindən təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 46,40 manat dövlət rüsumunun 68%-i, yəni 31,55 (otuz bir manat 55 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(059)-265/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 46,40 manat dövlət rüsumunun 68%-i, yəni 31,55 (otuz bir manat 55 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar