Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-436/2022 12.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı "debitor borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İB Cavabdeh qarşı "debitor borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 408,70 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin bank hesabına keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən şəhərinin Səməd Vurğun küçəsindəki 1 saylı fərdi yaşayış evində yaşayan Cavabdeh istifadə edilmiş təbii qaza görə 01 iyun 2022-ci il tarixə 408,70 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bu məbləğ abonentin evində istehlak edilən təbii qaza görə yaranmış debitor borcudur. Tərəflərindən rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, abonentin debitor borcu hələ də ödənilməmişdir. Abonentin debitor borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Belə ki, Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” barədə 06 aprel 2022-ci il tarixli müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, onun İddiaçınə təbii qazdan istifadəyə görə 408,70 manat məbləğində borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdeh etirazında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2009-cu il tarixli "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri" barədə sərəncamına tam əməl edilməyərək, guya borcu silməmələri barədə qeydlər etmişdir. Lakin, 2008, 2009 və 2010-cu illəri əhatə edən abonent saldosundan bəlli olur ki, cənab Prezidentin sərəncamı ilə abonentin qalıq 527,25 manat borcu hesabından silinmişdir. Bundan sonra, abonent saldosundan məlum olur ki, cavabdehin İddiaçı ASC-yə olan borcunda artma, eləcə də azalmalar olmuşdur, yəni cavabdeh tərəf borcunu qəbul edərək, ödənişləri etmişdir. Eyni zamanda cavabdeh etirazında iddianın verilmə müddətini ötürdükdən sonra müraciət edildiyini vurğulasa da, Azərbaycan Respublikası Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Belə ki, cavabdeh borcundan hər ay ödənişlər etmişdir. Bu səbəbdən də, sözügedən tələb üzrə iddia müddətinin tətbiq edilməsinin qanuni əsası yoxdur. Abonent saldosu sayğacın göstəriciləri və bazaya köçürülmüş ödənişlərin məcmusu əsasında tərtib edilir. Abonent saldosu ilə İddiaçı İB-nin nümayəndəsi tərəfindən vətəndaşa təqdim edilmiş bildiriş-xəbərdarlıq arasında müəyyən fərq ola bilər. Belə ki, sözügedən bildirişlər ay ərzində iki dəfə sayğacın oxunması ilə təqdim edilsə də, abonent saldosu həmin bildirişlərin cəmi şəklində hesablanmaqla tərtib olunur. Əvvəlki abonent Murad Quliyev 2015-ci ildə ölsə də, 26 aprel 2021-ci il tarixədək sayğac həmin mərhum abonentin adına qeydiyyatda olmuşdur. Abonentin ölməsi faktını müəyyən etmək İddiaçı İB-nin səlahiyyətləri çərçivəsində deyildir. Bundan əlavə, cavabdehin nümayəndəsi yalnız sərf etdiyi məbləği ödədiyini bildirsə də, cavabdeh tərəfindən qaz sərfiyyatı 2022-ci ilin mart ayında 47,20 manat məbləğində olmasına baxmayaraq, sonuncu 130 manat ödəniş etməklə, borcunu qəbul etmişdir. Buradan da görünür ki, borclu şəxs borcu etiraf etdiyindən iddia müddətinin axımı kəsilir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərdi ki, Ali hakimiyyət orqanlarının və ya hər hansı səlahiyyətli qurumların qərar və sərəncamlarının onlar üçün icrası məcbur olan təşkilatlar tərəfindən təmin edilərkən kargüzarlıq qaydalarının tələbinə əsasən həmin hərəkətlər qanuni formada rəsmiləşdirilməlidir. Belə ki, sözügedən hal maliyyə xarakterli olduğundan məcburi qaydada əmrləşdirilməlidir. 2009-cu il tarixdə 240000 abonentin borcu olsa da, həmin abonentlərdən 210000 nəfərinin borcu silinmiş, qalıq borc isə digər abonentlər arasında paylanmışdır. Həmçinin, 2011-ci il tarixli abonent saldosundan məlum olur ki, ona məxsus sayğacdakı 2009-cu ilin oktyabr ayı üzrə olan borc silinməmişdir. Abonent saldosu tələbi təmin etmək üçün heç bir hüquqi əsas yaratmır. Belə ki, 09 və 20 noyabr 2021-ci il tarixlərdə verilmiş bildirişlərdə sərfin məbləği cəmi 52,58 manat olduğu halda abonent saldosunda bu rəqəm 78,24 manat, yəni 25,66 manat artıq göstərilmişdir. Həmçinin, 22 dekabr 2021-ci il tarixli bildirişdə ayın sonuna olan borc 333,50 manat qeyd edildiyi halda, abonent saldosunda bu borc 424,70 manat, yəni 91,20 manat artıq göstərilmişdir. Bundan əlavə, 21 fevral 2022-ci il tarixli bildirişdə ayın sonuna olan borc 469,86 manat qeyd edildiyi halda abonent saldosunda bu borc 518,50 manat, yəni 48,64 manat artıq göstərilmişdir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, abonent saldosu ilə bildirişlər arasında uyğunsuzluq vardır. Odur ki, abonent saldosuna əsaslanaraq, iddianı təmin etmək mümkün deyildir, həmçinin bu saldo mötəbər sübut kimi nəzərə alınmamalıdır. Bununla yanaşı, sayğac üzrə avqust ayında qaz sərfinin məbləği 30 manat müəyyən olunduğu halda, abonent avqust ayında qaz sərfinin məbləğindən əlavə 20-30 manat ödəyirsə və bu ildə 2-3 dəfə təkrarlanırsa hesab etmək olar ki, abonent qaz borcundan ödəmələr həyata keçirmişdir, əks halda ödəniş etmiş hesab edilməməlidir. Belə ki, iddiaçının nümayəndəsi məktubunda qaza olan borc məbləğini 2018-ci ilin avqust ayında cəmi, 66,10 manat olduğu halda, 2018-ci ilin dekabr ayında 205,70 manat, yəni 4 ay ərzində borc 139,6 manata qalxmışdır. Belə olan halda, iddiaçının nümayəndələri tərəfindən abonentə qazın dayandırılması ilə əlaqədar xəbərdarlıq edilməli olsa da, heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Habelə, qaza olan borc 2019-cu ilin noyabr ayında 188,40 manat olduğu halda, 2022-ci ilin fevral ayında 518,50 manat olmuşdur. Odur ki, göstərilənlərə əsasən iddia əsassız olduğundan, həmçinin iddia müddəti tətbiq edilməklə, təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 17 mart 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 696366 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 13 mart 2015-ci il tarixdə fizioloji qocalıqdan ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 mart 2015-ci il tarixdə 48 nömrəli qeyd edilmişdir. İşdə olan İddiaçı İB tərəfindən 09, 20 noyabr, 22 dekabr 2021-ci il, eləcə də 10,21 fevral, 11, 19 mart 2022-ci il tarixli bildiriş-xəbərdarlıqların surətlərindən görünür ki, mərhum Murad Quliyevə aid Siyəzən şəhərinin S.Vurğun küçəsindəki evdə təbii qazdan istifadəyə görə 498,50 manat borc yaranmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09 oktyabr 2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin Səməd Vurğun küçəsində yerləşən ümumi sahəsi 165,50 kv.m-dən ibarət 1 saylı ev həmin tarixdə mülkiyyət hüququ üzrə Nümayəndə1 adına **********76-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan tərəflər arasında bağlanmış 06 aprel 2022-ci il tarixli, 9760/2022 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı (iddiaçı) ilə istehlakçı fiziki şəxs (cavabdeh) arasında sonuncuya aid ünvanda, yəni ünvan 1n istismarı ilə əlaqədardır. İşdə olan İddiaçı tərəfindən 27 iyul 2022-ci il tarixdə tərtib edilmiş abonent saldosundan görünür ki, Cavabdeh İddiaçınə 2022-ci ilin aprel ayınadək təbii qazdan istifadəyə görə 408,70 manat məbləğində borcu yaranmışdır. İşdə olan 06 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu mənada məhkəmə iclasında müəyyən edildi ki, Siyəzən şəhəri, S.Vurğun küçəsindəki 1 saylı evdə istifadə edilmiş təbii qaza görə yaranmış 408,70 manat borc mövcuddur və realdır, o cümlədən sayğacın göstəriciləri əsasında hesablanmışdır. Lakin, əvvəlcə bu borcun məhz cavabdehdən tələb olunması üçün hüquqi əsasın yaranıb-yaranmaması halı araşdırılmalıdır. Çünki, hər hansı bir şəxs müvafiq müqaviləni bağladığı andan həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır və bu öhdəliklər məcburiyyətə çevrilir. İşin faktiki hallarından da göründüyü kimi tərəflər arasında öhdəlik münasibətləri 06 aprel 2022-ci il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlandığı andan yaranmış, habelə bu müqavilə tərəflər arasında həmin tarixdən sonra görülməli işlərin, eləcə də göstərilməli xidmətlərin, o cümlədən edilməli və çəkinilməli hərəkətlərin dairəsini müəyyənləşdirmiş, eyni zamanda, müqavilə tərəfləri, bağladıqları müqavilənin şərtlərinin müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilə biləcəyini şərtləşdirməmişlər. Digər tərəfdən, tərəflər arasında 06 aprel 2022-ci il tarixli müqavilədən əvvəl öhdəlik münasibətlərinin olmaması da, tədqiq edilmiş mötəbər sübutlarla işin mübahisələndirilməyən halına çevrilmişdir. Yəni, tərəflər arasında 06 aprel 2022-ci il tarixədək olan dövr ərzində təbii qazdan istifadə ilə əlaqədar hər hansı bir öhdəlik münasibətləri yaranmamış, qaz təchizatı, eləcə də ondan istifadəyə görə pulun alınması və ödənilməsi qaydası ilə bağlı bir-birinin qarşısında bu və ya digər formada öhdəlik götürməmiş, o cümlədən şərtləşdirməmişdir. Çünki, məhz qeyd olunan tarixədək tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən yazılı müqavilə olmamışdır. Bundan əlavə, Cavabdeh tələb olunan 408,70 manat debitor borcu sonuncu ilə İddiaçı İB arasında məlum müqavilə bağladığı ana qədər, yəni 09, 20 noyabr, 22 dekabr 2021-ci il, eləcə də 10,21 fevral, 11, 19 mart 2022-ci il tarixlər ərzində yaranmış, habelə borclar xidmətin göstərildiyi Siyəzən şəhərinin Səməd Vurğun küçəsindəki 1 saylı evin keçmiş abonenti mərhum Murad Quliyevin adına hesablanıb, sonuncunun abonent hesabına köçürülmüşdür. Eyni zamanda Cavabdeh keçmiş abonent, mərhum babası Murad Quliyevin istifadə etdiyi təbii qaza görə onun dəyərini ödəməsi ilə bağlı öhdəliyinin mövcudluğu halı təsbit edilməmiş, habelə iddiaçı tərəfdən bu halın əksini təsdiq edəcək hər hansı bir mötəbər sənəd və ya sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd olunan Məcəllənin 399-cu maddəsinin İ və İİ hissələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, iddiaçının cavabdehə 06 aprel 2022-ci il tarixədək qazpaylayıcısı kimi xidmət göstərməsi iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmadığından məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının cavabdeh tərəfindən qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı "debitor borcun ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Bununla belə, İddiaçı İB-yə Siyəzən şəhəri, S.Vurğun küçəsindəki 1 saylı evdə istifadə edilmiş təbii qaza görə 06 aprel 2022-ci il tarixdən əvvəlki dövr üçün yaranmış 408,70 manat borcun keçmiş istehlakçı, mərhum X3 vərəsələrindən tələb etmək hüququnun olması izah edilməlidir. Həmçinin, məhkəmə cavabdeh tərəfin iddia tələbinə etirazındakı iddia müddətinin ötürülməsinə dair fikrinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi qanuni əsasa malik olmadığına, eyni zamanda iddia müddəti təmin edilən iddialara münasibətdə tətbiq edildiyinə, eləcə də hazırkı iddia tələbi əsassız olmaqla, təmin edilmədiyinə görə bu mülki mübahisəyə iddia müddətinin tətbiq edilməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013cü tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı İB-nin Cavabdeh qarşı "debitor borcun ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı İB-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-436/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-436/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver