Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-494/2025 28.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia edir ki, cavabdehə ümumilikdə 45000 manat məbləğində borc pul vermiş, cavabdeh isə bugünə qədər borcunu qaytarmamışdır. Cavabdeh isə iddia tələbini qəbul edib iddiaçıya həqiqətən də pul borclu olduğunu qəbul etmişdir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 45000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Siyəzən şəhər sakini Cavabdeh çoxdan tanıyır. Belə ki, ailəvi münasibətləri əvvəllər yaxşı olmuş, onların evlərinə gedib-gəlmişdir. Hətta bir müddət həmin şəxs onun uzun illərdir işlədiyi Siyəzən Rayon Mərkəzi xəstəxanası PHŞ-də mühafizə polisi vəzifəsində də işləmişdir. Beləliklə, Cavabdeh 2024-cü ilin əvvəllərində ona uşağının ağır xəstə olmasını, övladının müalicəsi üçün pul lazım olduğunu və veriləcək pulu öz evini Banka girov qoyub pul götürərək 1-2 aya qaytaracağını bildirmişdir. O, Bəhlulu uzun illərdir tanıdığı üçün ona yazığı gəlmiş, ağlına gəlməmişdir ki, Bəhlul onun etibarından sui-istifadə edər. 2024-cü ilin yanvar ayında bankdan əvvəlcə 3500 manat, sonra isə “ tam kart” vasitəsi ilə 800 manat pul götürüb ona vermişdir. Belə ki, aralarında olan şifahi razılaşmaya əsasən o, 5300 manat (10 faizlə), 4000 manat (15 faizlə) və 6000 manat (10 faizlə) məbləğində pulu başqa şəxslərdən alıb Bəhlula vermiş, Bəhlul isə aldığı pulları faizləri ilə birlikdə qaytaracağına söz vermişdir. Bundan başqa o, lombarda qızıl girov qoyub 3000 manat pul götürüb Bəhlula vermişdir ki, bunun da aylığı 135 manat təşkil edir. Bəhlul ödəmədiyi üçün həmin pulu da özü ödəyir. Lakin hazırda çıxılmaz vəziyyətdədir. Çünki etibarından, uzun illərin ailəvi dostluq münasibətlərindən istifadə edən Cavabdeh vəd etdiyi kimi, nə faiz borcunu, nə də bankdan və tam kartı vasitəsi ilə götürüb ona verdiyi pulları geri qaytarmır. Bu səbəbdən həm öz vəziyyəti həddən artıq pisləşib, həmdə faizlə borc alıb Bəhlula verdiyi şəxslərin qarşısında da çətin vəziyyətə düşüb. Beləliklə, X1 Şöbəsinin polis nəfəri Cavabdeh ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş əməli törətməklə dələduzluq etmişdir. Çünki Cavabdeh artıq ona pul verdiyi vaxtda başqa şəxslərə, hətta banklara da külli miqdarda borcları olmuş o, aldığı pulları geri qaytarmaq iqtidarında olmamış bunu dərk edə-edə uzun illər ərzində yaranmış inam və etibarından sui istifadə etmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsində şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq həqiqi və ya etimal edilən cinayət hallarından qorumaq cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hər tərəfli tam və obyektir araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət törətməkdə ihtiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələri qisimində göstərilmişdir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquqa bərabərliyi əsasında həyata keçirilir. Həmin Məcəllənin 11.2ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən aslı olmayaraq və qanunla əsaslandırılmamış digər mühazirələrə görə üstünlük vermir. Cavabdeh Azərbaycan polisinə yaraşmayan hərəkətləri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə də müraciət etmiş, müraciəti ilə bağlı polis nəfəri barəsində xidməti araşdırılma aparılaraq araşdırma nəticəsində toplanmış materialların prokorluğa göndəriləcəyi bildirilsə də, bu baş verməmişdir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Ötən məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək və məhkəməyə ərizə təqdim edərək həqiqətən də iddiaçıdan 45000 manat məbləğində müxtəlif məqsədlər üçün borc aldığını, lakin maddi vəziyyəti ağır olduğu üçün aldığı borcu ödəyə bilmədiyini, hazırda borcunu hissə-hissə ödəməyə hazır olduğunu bildirib iddia tələbinin təmin olunmasına etiraz etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi
Məhkəmə, iş materiallarını tərəflərin məhkəmə hazırlıq və baxış iclaslarında verdikləri izahatlarla birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 14 mart 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh ondan 45000 manat pul alaraq ona qarşı cinayət törətməsinə dair şikayəti üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh 2024-cü il ərzində müxtəlif məqsədlər üçün 45000 manat məbləğində pul verdiyini (məhkəmə iclasında cavabdehin etirafı) sübut edə bilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı 2024-cü il ərzində Cavabdeh 45000 manat məbləğində borca pul verdiyini bildirsə də, məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinin tələblərindən çıxış edərək qeyd edir ki, iddiaçının 2024-cü il ərzində cavabdehə 45000 manat borc verməsi, habelə sonuncunun həmin vaxt iddiaçıdan bu pulu məhz borc olaraq almasının heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Belə ki, qanunla başqa hal müəyyən edildiyi halda, yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa bu müqavilə yazılı formada bağlanmalı olsa da, tərəflər mülki qanunvericiliyin tələblərinə əməl etməmiş, aralarında pulun verilməsi ilə bağlı şifahi razılaşmışlar ki, bu da nəticədə onlar arasında şifahi olaraq bağlanılmış əqdin (müqavilənin) etibarsızlığına səbəb olmuşdur. Bununla belə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də, iş materiallarında olan mövcud sənədlər, o cümlədən digər mötəbər sübutlarla müəyyən olunmuşdur ki, tərəflər bir-birini tanımış, daha sonra ehtiyacı olduğuna görə Cavabdeh İddiaçı 2024-cü il ərzində 45000 manat məbləğində pul almış, habelə sonuncu qeyd olunan məbləğin qaytarılmasını vəd etmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı hüquqi əsas olmadan 45000 manat məbləğində pulu qəbul etməklə, habelə sonuncudan bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, məhrum olanın, yəni iddiaçının hesabına əmlak əldə etdiyi vəsaiti qaytarmamışdır ki, bu da sonda cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Bundan əlavə, cavabdeh aldığı pulu etiraf etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 45000 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğu və onun hesabına əsassız varlandığına görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 45000 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 19 may 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 226 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə iclasında cavabdehdən dövlət rüsumunun ödənilməsini tələb etmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 45000 manat məbləğində pul tutuluraq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh 45000 (qırx beş min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş 226 (iki yüz iyirmi altı) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə