Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-496/2022 28.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı 2 (iki) baş inək üçün verdiyi 2600 manat və dəymiş 1570 manat ziyan pulu olmaqla, ümumilikdə 4170 manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əldə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, yaxın qohumu əmisi X2 cavabdehin mobil telefonunu almış, sonradan onunla görüşüb sonuncunun mallarına baxdıqda, onların ümumi görünüşü xoşuna gəlmiş, heyvanların xəstəliyi və süd verməsinə görə almaq istəmişdir. Cavabdeh malların sağlam olmasını, heç bir problemləri olmamasını, vaxtlı-vaxtında iynələrini vurdurmasını, gün ərzində 10 litrə yaxın süd sağacağını qeyd etmişdir. O, 44 günlük Vətən müharibəsində vuruşmuş, müharibə veteranı statusu, 3 rayonun azad olunmasına görə medalla təltif edilmişdir. Əvvəlcədən nəzərdə tutduğu kimi "xxxx" ASC-dən 1000 manat, "xxxx" ASC-dən 4600 manat kredit götürərək, 2 (iki) baş inək üçün 2600 manat pul vermək, sağlam südü, eləcə də ondan hazırlanan pendir və yağı satıb, ailəsinə köməklik etmək niyyətində olmuşdur. 21 iyun 2022-ci il tarixdə həmin inəkləri cavabdehdən 2600 manata alıb, Yenikənd kəndinə gətirmiş, 2 gün sonra inəklərin xəstə olmasını aşkar etmişdir. Belə ki, bir inək zarımış, o biri isə sürəkli öskürmüşdür. Bundan əlavə, sağılan inəkdən cəmi 2 litr süd sağa bilmişlər. Cavabdehə zəng edərək bu barədə məlumatlandırmış, sonuncu ona baytar həkimin nömrəsini verərək zəng etməsini təklif etmişdir. Sonradan özəl baytar həkimi X4 onun inəklərini müayinə etmiş, xroniki böyrək çatışmamazlığı olduğunu bildirmiş, digər həkimlər də eyni diaqnozu qoymuşlar. Verdiyi şifahi sorğuya cavab olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında AXA-nin HSBXM Siyəzən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 24 iyun 2022-ci il tarixli, 35 saylı cavab məktubunda da heyvanda xroniki böyrək çatışmamazlığının olmasının aşkar edildiyi bildirilmişdir. Bundan sonra, cavabdehə zəng edib, inəkləri qaytarmaq istədiyini bildirmiş, sonuncudan da pulunu tələb etmişdir. Cavabdeh isə cavabında inəkləri qaytara bilməyəcəyini bildirib, onu məhkəməyə verməsini təklif etmişdir. Siyəzən rayonunun Yenikənd kəndində qonşularından bir neçəsi onun inək alıb, gətirməsinin, inəklərin xəstə çıxmasının şahidi olmuş, onların iştirakı ilə akt tərtib olunmuşdur. "xxxx" ASC-nin Siyəzən rayon filialına 60 ay müddətinə cəmi 734 manat, ABB-nin Siyəzən rayon şöbəsinə isə 4600 manatın 1600 manatı üçün 48 ay müddətinə 836 manat, ümumilikdə 1570 manat əlavə faiz pulu ödəmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 17 iyun 2022-ci il tarixdə əvvəllər tanışlığı olmadığı, lakin əmisi Eyvaz vasitəsilə tanıdığı Cavabdeh hər biri 1300 manat olmaqla, ümumilikdə 2600 manata 2 (iki) baş iribuynuzlu, alman cinsindən olan heyvanları satın almış, heyvanların hər ikisinin təxminən 5 (beş) yaşları olmuşdur. İki gündən sonra heyvanın biri qızdırmış, onun müalicəsi üçün 200 manatadək vəsait xərcləsə də, bunu təsdiq edən qəbzləri hazırda təqdim edə bilmir. Heyvanların xəstəliyi barədə qarşı tərəfə bildirdikdə, sonuncu buna onun səhlənkarlığının səbəb olmasını bildirmiş, onun bu malları digər yerli cins heyvanlarla dəyişmək təklifini rədd etmişdir. Baytar həkimin qoyduğu böyrək çatışmazlığı xəstəliyi isə iki gün ərzində yarana biləcək xəstəlik deyildir. Bu hallar cavabdehin yalan danışmasını təsdiq edir. Hal-hazırda da heyvanın biri öskürür, digəri isə cavabdehin satarkən vəd etdiyi kimi gün ərzində 10 litr deyil, 4-5 litr süd verir. Öskürən inəkdə başqa problem olmadığı üçün hazırda onu qaytarmaq fikri yoxdur. Lakin digər, əvvəl qızdırması olan inəkdən fayda götürmədiyi üçün onu qaytarmaq şərtilə, pulunu Cavabdeh tələb edir. Bundan əlavə, cavabdehdən ona fayda gətirməyən heyvanları aldığına görə Banklara ödəməli olduğu 1570 manat faiz borcunu, bir heyvanın hər gün yediyi ota görə sərf olunmuş vəsaiti və inəyin müalicəsinə sərf olunmuş 200 manat pulu geri tələb edir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçını əvvəllər tanımamışdır. Belə ki, ona Siyəzən rayon Yenikənd kənd sakini Eyvaz Eyvazov tanışının heyvan istədiyini bildirmişdir. Bu məqsədlə o, iddiaçını heyvanlarını saxladığı tövləyə dəvət edib, 15 baş iribuynuzlu heyvanın içərisindən hansını istəyirsə, seçməsini təklif etmişdir. Bu qədər heyvanın içərisindən iddiaçı onun iki ən böyük cins inəyini seçmişdir. Malları dağdan düşürüb iddiaçının həyətinə gətirənədək onlarda heç bir xəstəlik olmamış, onun evində olarkən inək gün ərzində 20 litrədək süd vermişdir. Malı həyətdə iddiaçının iştirakı ilə uşaqlar sağmışdır. İddiaçı heyvanı həyətinə aparandan 3 gün sonra ona zəng edərək, hər iki inəyin xəstə olmasını bildirmişdir. Hesab edir ki, iddiaçı heyvanlara yaxşı baxmadığı üçün onlar soyuqlamışdır. Bu səbəbdən İddiaçı heyvanları ona məxsus digər yerli cins mallarla əvəz etmək təklifi ilə razı olmamış, məhkəməyə müraciət etməsini bildirmişdir. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayonunun Yenikənd kənd sakinləri İddiaçı, X1, X6, X3 və X8 tərəfindən 29 iyun 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, aktı tərtib edənlər İddiaçı Siyəzən rayonunun Məşrif kəndindən 21 iyun 2022-ci il tarixdə alıb gətirdiyi 2 baş iribuynuzlu heyvanın (inəyin) xəstə olmasının, bir malının zarıdığının, digərinin isə öskürdüyünün şahidi olmuş, habelə bu halı imzaları ilə təsdiqləmişlər. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında AXA-nin HSBXM Siyəzən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 24 iyun 2022ci il tarixli, 35 saylı məktubunun surətindən görünür ki, İddiaçı müraciəti əsasında şəxsi təsərrüfatında olan 1 baş iribuynuzlu heyvan özəl baytar həkim X4 tərəfindən müayinə olunmuş və heyvanda xroniki böyrək çatışmamazlığının olduğu aşkar edilmişdir. İşdə olan mötəbər sənədlərin surətlərindən görünür ki, 20 iyun 2022-ci il tarixli, BPM**********11 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı 48 ay müddətinə, illik 22% ödəmək şərti ilə 4700 manat məbləğində kredit vermişdir. İşdə olan "xxxx" ASC ilə İddiaçı arasında 20 iyun 2022-ci il tarixdə bağlanmış GTKR5821941A155 nömrəli kredit müqaviləsinə əlavəyə əsasən "xxxx" ASC İddiaçı 60 ay müddətinə, illik 23% ödəmək şərti ilə 1060 manat məbləğində kredit vermişdir. İşdə olan mötəbər sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25, 29 dekabr 2020-ci il və 24 iyun 2021-ci il tarixli Sərəncamları ilə müvafiq olaraq "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Qeyd olunan Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sözügedən Məcəllənin 587-ci maddəsinin İ, İİ və V hissələrinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Yenə bu Məcəllənin 588-ci maddəsinin İ hissəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə ki, tərəflərin izahatları, toplanmış, habelə tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı 17 iyun 2022-ci il tarixdə şifahi qaydada cavabdehdən hər birinə 1300 manat ödəməklə, ümumilikdə 2600 manata 2 baş iribuynuzlu heyvan (inək) satın almış, habelə sonradan 1 baş iribuynuzlu heyvan özəl baytar həkim tərəfindən müayinə olunmuş və heyvanda xroniki böyrək çatışmamazlığının olduğu aşkar edilmişdir. Beləliklə, iddiaçı aradan qaldırıla bilməyən qüsurla aldığı 1 (bir) baş iribuynuzlu, alman cinsindən olan xəstə, qara rəngli heyvanı (inəyi) qaytarıb, əvəzində heyvana (inəyə) görə ödədiyi məbləği geri tələb etsə də, cavabdeh bununla razılaşmamışdır. Bu səbəbdən də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Digər tərəfdən iddiaçı tələbini qismən, o cümlədən 1 (bir) baş iribuynuzlu, alman cinsindən olan xəstə, qara rəngli heyvana (inəyə) görə ödədiyi məbləğin qaytarılması barədə hissədə müdafiə etmişdir. Mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi iddiaçı 1 (bir) baş iribuynuzlu, alman cinsindən olan xəstə, qara rəngli heyvanı (inəyi) cavabdehə qaytarmaq şərtilə, sonuncudan qeyd olunan heyvana (inəyə) görə ödəmiş olduğu məbləği tələb etməkdə haqlıdır. Bununla da, tələbin ilk, yəni "iddiaçının cavabdehdən aldığı 2 (iki) baş inək üçün verdiyi 2600 manatın sonuncudan onun xeyrinə" hissəsinə münasibətdə qeyd olunur ki, tələb iddiaçı tərəfindən qalan 1 baş heyvana (inəyə) münasibətdə müdafiə edilmədiyindən, qismən əsaslı hesab edilib, qismən təmin edilməlidir. Digər tərəfdən tələbin "dəymiş maddi zərərin ödənilməsi" hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslı hesab edilib, təmin edilə bilməz. İlk növbədə iddiaçı cavabdehdən bir heyvanın hər gün yediyi ota görə sərf olunmuş vəsaiti və inəyin müalicəsinə sərf olunmuş 200 manat pulu tələb etsə də, o, bu halları təsdiq edə biləcək mötəbər sənəd və ya sübuta malik olmamış, habelə belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə, iddiaçı tərəfin müxtəlif banklarla bağladığı müqavilələr üzrə yaranmış borcun əvəzini ona dəymiş zərər kimi qəbul edib, həmin məbləği də cavabdehdən tələb etməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz riski ilə yuxarıda sadalanan müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyəti özü daşıyır. Beləliklə, tələbin maddi zərərə aid hissəsi mötəbər sübut və ya sənədlərlə təsdiq edilməməklə, yanaşı, bu vəziyyətdə zərərin əvəzinin ödənilməsinin iddiaçı tərəfindən cavabdehdən tələb edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Belə olan halda tələbin maddi zərərə aid hissəsinin təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yenə bu Məcəllənin 218.1-ci maddəsinə əsasənqətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 1 (bir) baş iribuynuzlu, alman cinsindən olan xəstə, qara rəngli heyvanın (inəyin) Cavabdeh qaytarılması şərtilə, 1300 (bir min üç yüz) manat pul sonuncudan tutulub, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Eyni zamanda, məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 61,70 manat dövlət rüsumunun 31%-i, yəni 19,13 (on doqquz manat 13 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 1 (bir) baş iribuynuzlu, alman cinsindən olan xəstə, qara rəngli heyvanın (inəyin) Cavabdeh qaytarılması şərtilə, 1300 (bir min üç yüz) manat pul sonuncudan tutulub, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 61,70 manat dövlət rüsumunun 31%-i, yəni 19,13 (on doqquz manat 13 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-496/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-496/2022
28.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver