Məhkəmə qərarları › İş №2(059)-50/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-50/2021

14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-50/2021 14.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh qarşı “mənzilə istifadə hüququ tanınmaqla, oradan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh qarşı “mənzilə istifadə hüququ tanınmaqla, oradan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvana istifadə hüququ tanınmaqla, oradan istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə xx xxxxxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, xx xxxxxxxx 2016-cı il tarixdə isə cavabdehin yaşadığı Siyəzən şəhəri, S.Vurğun küçəsində yerləşən 1 otaq və 1 şüşəbənddən ibarət 22 nömrəli köhnə evə gəlin köçmüşdür. Cavabdehlə birgə nikahlarından xx xxxx 2017-ci il tarixdə Ramal adlı bir oğulları doğulmuşdur. Sonradan münasibətləri kəskinləşdiyindən cavabdeh nikahın pozulması üçün məhkəməyə müraciət etmiş, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmaqla, uşaqları onun yanında saxlanmış, həmçinin hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra, qətnamənin alimentin tutulmasına dair hissəsindən apelyasiya şikayəti vermiş, nəticədə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi alimentin tutulmasına dair hissədə ləğv edilərək, bu hissədə yeni qətnamə qəbul edilmiş, habelə alimentin miqdarı hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmişdir. Sözügedən evdə qeydiyyatda olan Cavabdeh və sonuncunun ailə üzvləri onun bu evə gəlin köçərək cehiz əşyalarını yerləşdirməsinə etiraz etməmişdilər. Bundan əlavə, gəlin köçdüyü zaman S.Vurğun küçəsində yerləşən 1 otaq və 1 şüşəbənddən ibarət köhnə evin keçmiş qaynanası mərhum Almas İsayevanın mərhum bibisi Seyran Hüseynovaya məxsus olmasını da bilmişdir. O, hazırkı vaxtda da gəlin köçdüyü evdə yaşamaqla, ona məxsus bütün əmlakı, o cümlədən cehiz və qızıl-zinət əşyaları da mübahisəli evdədir. Onun və övladının başqa yaşayış yeri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçı ilə xx xxxxxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, sonuncu xx xxxxxxxx 2016-cı il tarixdə onun valideynləri və qardaşları (onların ailə üzvləri) ilə birlikdə yaşadığı Siyəzən şəhəri, S.Vurğun küçəsində yerləşən 1 otaq və 1 şüşəbənddən ibarət 22 nömrəli köhnə evə gəlin köçmüşdür. Birgə nikahlarından xx xxxx 2017-ci il tarixdə Ramal adlı bir oğulları doğulmuşdur. Sonradan münasibətləri kəskinləşdiyindən o, nikahın pozulması üçün məhkəməyə müraciət etmiş, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmaqla, uşaqları ananın yanında saxlanmış, həmçinin hər ay onun qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamənin alimentin tutulmasına dair hissəsindən İddiaçı apelyasiya şikayəti vermiş, nəticədə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi alimentin tutulmasına dair hissədə ləğv edilərək, bu hissədə yeni qətnamə qəbul edilmiş, habelə alimentin miqdarı hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmişdir. Qeyd edir ki, hal-hazırda da iddiaçı gəlin köçdüyü evdə yaşamaqla, sonuncuya məxsus bütün əmlak, cehiz və qızılzinət əşyaları mübahisəli evdə qalmaqdadır. Eyni zamanda mübahisəli evdə 11 nəfər ailə üzvü yaşayır. Bundan əlavə, mübahisə predmeti olan 1 otaq və 1 şüşəbənddən ibarət köhnə ev mərhum anası Almas İsayevanın mərhum bibisi Seyran Hüseynovaya məxsus olmuşdur. Hazırda bu evə dair mülkiyyət hüquqları qeydə alınmasa da, həmin əmlak üzərində hüquqlar onun atası Nurəddin İsayevə məxsusdur. Başqa sözlə, atası bu evdə yeganə vərəsə kimi yaşamaqla, miras evi faktiki qəbul edərək ona sahiblik edir, eyni zamanda evə dair mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə” malikdir. Lakin, yaşayış sahəsi o dərəcədə kiçikdir ki, evin sahibi olan atası mətbəxdə qalmağa məcburdur. Mənzil sahəsinin norması adambaşına 12 kv.m müəyyən olunduğundan iddiaçının bu evdə yaşaması qeyri-mümkündür. Hətta, iddiaçı ilə aralarında olan nikahın pozulmasına baxmayaraq, məcburiyyət qarşısında qalaraq, hazırda sonuncu ilə bir otaqda yaşayır. Övladını gələcəkdə imkanı olarsa, başqa evlə təmin etmək istəyir, lakin hazırda maddi vəziyyəti imkan vermədiyindən bu mümkün deyildir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X11 və X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə, işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən xx xxxxxxxx 1962-ci il tarixdə verilmiş 529 nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ünvan 1 ev X6 adına qeydiyyata alınmışdır. İşdə olan keçmiş Dəvəçi rayon X13 dövlət notariusu tərəfindən xx xxxxxx 1969-cu il tarixdə, reyestrdə 2/529 nömrə ilə təsdiq edilmiş müqavilənamənin surətindən görünür ki, Siyəzən şəhər sovetinin xx xxxxxx 1969-cu il tarixli, 1305 nömrəli arayışına əsasən X7 məxsus olan Siyəzən şəhəri, S.Vurğun küçəsindəki 1296 kv.m ölçüdəki torpaq sahəsində yerləşən çiy kərpicdən tikilmiş, üstü torpaqla örtülmüş 14,4 kv.m yaşayış sahəsi olan 1 mərtəbəli, 1 otaqlı 22 saylı ev tədavüldən çıxarılmış valyuta ilə 683 manata X1. İşdə olan torpağa mülkiyyət hüququna dair xx xxx 2006-cı il tarixli, JN seriyalı 2365A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,10 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2021-ci il tarixdə verilmiş AZ- İ seriyalı, 429550 nömrəli və 054427 nömrəli arayışlardan görünür ki, müvafiq olaraq X5 xx xxxxxxx 2010-cu il tarixdə, X14 isə xx xxxx 2020-ci il tarixdə ölmüşlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx xxxx 2021-ci il tarixli, **********70 nömrəli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən X6 adına Siyəzən şəhəri ünvanında yerləşən 22 nömrəli fərdi yaşayış evinə texniki pasport verilsə də, sözügedən fərdi yaşayış evi üzərində Cahan Bəydəmirovanın mülkiyyət hüququ qeydiyyata alınmamışdır. İşdə olan nikahın pozulmasına dair hissədə qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-151/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində xx xxxxxx 2016-cı il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 79 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, onların birgə nikahından doğulmuş xx xxxx 2017-ci il təvəllüdlü Ramal anası, İddiaçı himayəsində və yanında saxlanılmış, həmçinin uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx xxxx 2020-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirinin) dörddə bir hissəsi miqdarında aliment tutulmuşdur. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2308/2020 saylı qətnaməsinin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində ləğv edilməklə, bu hissədə yeni qətnamə qəbul edilmiş, habelə xx xxxx 2017-ci il təvəllüdlü Ramalın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx xxxxxx 2016-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan xx xxxx 2017-ci il tarixdə Ramal adlı övladları doğulmuşdur. Bundan əlavə, xx xxxxxxxx 2016-cı il tarixdə iddiaçı cavabdehin yaşadığı Siyəzən şəhəri, S.Vurğun küçəsində yerləşən 1 otaq və 1 mərtəbədən ibarət 22 nömrəli evə gəlin köçmüşdür. Lakin, tərəflər arasında münasibətlər kəskinləşdiyindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuşdur. Tərəflər arasında nikahın pozulmasına baxmayaraq, iddiaçı hazırkı vaxtadək mübahisəli ünvanda yaşamaqda davam edir. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən xx xxxxxxxx 1962-ci il tarixdə verilmiş 529 nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən X6 adına qeydiyyata alınmaqla, Siyəzən şəhər sovetinin xx xxxxxx 1969-cu il tarixli, 1305 nömrəli arayışı əsasında sonuncuya məxsus olmuş mübahisəli ünvan xx xxxxxx 1969-cu il tarixdə onun tərəfindən cavabdehin mərhum anası X8 mərhum bibisi (atasının bacısı) X2 da, sonuncu öz hüququndan istifadə edərək, mövcud tikilini adına qeydiyyata aldırmamışdır. Buna baxmayaraq, mübahisəli tikilinin yerləşdiyi 0,10 ha torpaq sahəsi xx xxx 2006-cı il tarixdə Siyəzən rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2006cı il tarixli, 93 nömrəli sərəncamı ilə mərhum Seyran Hüseynovanın mülkiyyətinə verilmişdir. Bundan əlavə, X5 xx xxxxxxx 2010-cu il tarixdə öldükdən sonra onun öldüyü məqamadək malik olduğu miras aktivinin istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr tərəfindən qəbul edilməsi halı müəyyən edilməmişdir. Belə ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni zamanda, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda isə vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Hazırda mərhumdan miras qalmış əmlakın cavabdeh və ya onun ailə üzvləri tərəfindən qəbul edilməsi halı müəyyən edilməməklə, yanaşı bunu təsdiq edəcək mötəbər sübut və ya sənəd də məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdeh və onun tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər xx xxxxxxxx 2016-cı il tarixdən etibarən İddiaçı onlarla birlikdə mübahisəli fərdi yaşayış evində müvəqqəti yaşamaq imkanı versələr də, məhkəmə iclasında aparılmış araşdırma zamanı iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun mövcud olması barədə hər hansı hüquqi əsas aşkar edilməmişdir. Belə olan təqdirdə, İddiaçı mərhum Seyran Hüseynovanın adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 14,4 kv. metrdən ibarət 22 saylı fərdi yaşayış evinə istifadə hüququnun olmadığı müəyyən edilir. Çünki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin İ və İİ hissələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apelyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə İddiaçı Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 14,4 kv. metrdən ibarət 22 saylı xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin xx xxxxxx 1969-cu il tarixdən sahibi olmuş mərhum Seyran Hüseynovaya münasibətdə Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri (arvadı, valideynləri, uşaqları və sairə), eləcə də digər qohumlar kateqoriyasına aid olan şəxslərdən deyildir. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırkı vaxtda gəlin köçdüyü mübahisəli evdə yaşaması, ona məxsus bütün əmlakın, o cümlədən cehiz və qızıl-zinət əşyalarının da orada olması iddiaçının həmin evə dair istifadə hüququnun yaranması üçün əsas və ya səbəb ola, habelə belə bir hüququn yaranmasına dəlalət edə bilməz. Çünki, iddiaçının özü ilə gətirdiyi cehiz əşyalar onun gəlin köçdüyü ünvanda normal şəraitdə yaşamasını təmin edən alət və vasitədir. Yəni, iddiaçının istinad etdiyi bu halın özü də iddianın təmini üçün mötəbər sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh qarşı “mənzilə istifadə hüququ tanınmaqla, oradan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, hazırda iddia tələbi rədd edildiyindən tələb üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı “mənzilə istifadə hüququ tanınmaqla, oradan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar