Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-506/2023 13.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, eləcə də onun nümayəndəsi Nümayəndə2, Cavabdeh, üçüncü şəxs Siyəzən rayon Beşdam bələdiyyəsinin sədri Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsinə qanunsuz müdaxiləsinə qadağa qoyulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsinə qanunsuz müdaxiləsinə qadağa qoyulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fermer təsərrüfatı ilə məşğul olmaq üçün 05 sentyabr 2022ci il tarixdə Siyəzən rayonu Beşdam Bələdiyyəsi ilə aralarında bağlanmış icarə müqaviləsi əsasında Beşdam inzibati ərazisində onun icarəsinə verilmiş 150 ha otlaq sahəsinə cavabdehin qanunsuz müdaxiləsinin qadağan olunması və cavabdehdən onun xeyrinə 20000 manat məbləğində dəymiş maddi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o atası Nümayəndə2 ilə fermer təsərrüfatı məşğul olduqlarından, bu məqsədlə Siyəzən rayonunun Beşdam inzibati ərazisində yerləşən Zərgərli kəndi adlanan yerdə Fazil adlı şəxsdən etibarnamə ilə ferma almışlar. Həmin fermada həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvan saxlamaqla məşğul olmaqla, ora tərəflərindən təyinatı üzrə istifadə olunur və mal-qaranın saxlanılması, otarılması, eləcə də onlara digər lazımi qulluq edilməsi işlərini Marif, Roman, Tariyel, həmçinin Sadıq adlı çobanlar görürlər. O, 05 sentyabr 2022-ci il tarixdə Siyəzən rayon Beşdam bələdiyyəsi ilə müqavilə bağlayıb, həmin ərazidə 150 ha otlaq sahəsini icarəyə götürsə də, yaxın ərazidə fermer təsərrüfatı ilə məşğul olan Cavabdeh mütəmadi olaraq istifadəsində olan əraziyə müdaxilə etməklə, saxladığı mal-qaranı onun icarəyə götürdüyü ərazidə otarır. Cavabdeh ona, icarəyə götürdüyü otlaq sahəsindən normal istifadə etməyə imkan vermir. Belə ki, 2022-ci ilin iyun, iyul, avqust və sentyabr aylarında cavabdehin 30 baş iribuynuzlu və 80 baş qaramal sürüsü onun şəxsi ərazisinə daxil olaraq 10000 ədəd ot bağlamasını yeyib-dağıtmış və yerlə-yeksan etmişlər. Nəticədə, ona 20000 manat məbləğində maddi ziyan dəymişdir. Dəfələrlə bu barədə aralarında mübahisə olmuş və sonuncu dəfə faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma da aparılmışdır. Cavabdeh qanunsuz olaraq onlara maneçilik törədir və işləməyə imkan vermir. Beləliklə, torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi və ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi zərurəti yarandığından göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı hüquqlarını təmsil etdiyi oğlu, İddiaçı razılığı əsasında əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh məxsus heyvanlar 2022-ci ilin iyun, iyul, avqust və sentyabr aylarında onlara məxsus əraziyə daxil olaraq, bir ədədinin qiyməti 2 manatdan olmaqla, 10000 ədəd ot bağlamasını məhv etmişdir. Bundan əlavə, o, təxminən 2021-ci ilin may ayında üzərində ferma olan 150 ha otlaq sahəsini razılaşma əsasında 70000 manata X2 faktiki olaraq əldə etməklə, icarəyə götürsə də, sənədləşdirmə işləri sonradan həll edilmişdir. Həmçinin, o, fermanı əldə edərkən orada 300 baş iribuynuzlu qaramal da olmuş, daha sonra xırdabuynuzlu heyvan almışdır. Sonralar çobanlarla Cavabdeh arasında mübahisələrin olduğunu gördükdə, bunun səbəbi ilə maraqlanmış, habelə cavabdeh ərazinin ona aid olduğunu bildirmişdir. Buna görə də Fazil Fərəcovu avtomaşınına əyləşdirərək, istifadəsində olmalı yeri dəqiq göstərməsi üçün onu mübahisəli əraziyə aparmış, sonuncu da yeri göstərdikdə, cavabdeh bununla razılaşmışdır. Fazil Fərəcov getdikdən sonra, Cavabdehla mübahisələri olsa da, buna əhəmiyyət verməmiş, qonşuluq münasibətlərinə görə razılaşmağa çalışmışdır. Bundan başqa, fermanı alandan 1 il sonra həmin heyvanlardan 100 başını satmış, qalanını isə Cavabdeh oğluna təhvil vermiş, habelə aldığı 10000 ədəd ot bağlaması da orada saxlancda olmuş, sonuncuya heyvanlar yeməsin deyə ot bağlamalarına da nəzarət etməsini tapşırmış, həmçinin müalicə olunmaq üçün sanatoriyaya getmişdir. Təxminən 2022-ci ilin iyul ayında Cavabdeh oğlu ona zəng vuraraq, heyvanlara qulluq edə bilmədiyini bildirdikdə, o, sanatoriyada olduğunu qeyd edib, ona daha iki gün möhlət verməsini xahiş etmişdir. Sanatoriyadan qayıtdıqdan sonra, heyvanlarının hamısını satmış, lakin ot bağlamaları yerində qalmışdır. Elə həmin ərəfələrdə Cavabdeh məxsus camışlar onlara məxsus əraziyə girib, ot bağlamalarını məhv etməyə başlamış, o, isə cavabdehi bununla bağlı xəbərdarlıq etmiş, lakin nəticəsi olmamışdır. Hətta, bir dəfə buna görə cavabdehlə böyük mübahisələri də olmuşdur. Həmçinin, hazırda fermasında Şahid2 ilə şərikli xırda buynuzlu heyvan alaraq saxlayırlar. Beləliklə, 2022-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında cavabdehə məxsus heyvanlar ərazilərində saxladıqları ot bağlamalarını yemiş, heç nə qalmamışdır. Belə ki, o, 10 dəfə özü, 3 dəfə isə cavabdeh olmaqla, sonuncuya məxsus heyvanları sahədən çıxarmışdır. Eyni zamanda, son bir ay ərzində cavabdehə məxsus heyvanlar onlara aid sahəyə daxil olmamaqla, yanaşı cavabdeh tərəfindən ərazilərinə müdaxilə halı yoxdur. Hazırda, müdaxilə halı olmasa da, məhkəmə bitdikdən sonra bu müdaxilə yenə başlayacağını düşünür. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı atası, nümayəndəsi Nümayəndə2la eyni mövqedə olduğunu qeyd etməklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, 2022-ci ilin iyul ayında oğluna təhvil verilmiş 70 baş heyvan İddiaçı deyil, Fazil Fərəcovun qardaşının yeznəsi Anar adlı şəxsə məxsus olmuş, həmçinin həmin ərazidə Quba rayonundan gəlmiş şəxslər də heyvanlarını saxlamışdır. 2022-ci ilin iyun, iyul, avqust və sentyabr aylarında onun təsərrüfatında 50 baş mal, 30 baş camış olmuş, heyvanları, iddiaçıya məxsus ot bağlamalarını yeməmiş, habelə sonuncuya aid ərazidə bağlama görməmişdir. Bundan əlavə, əgər iddiaçıya aid ərazidə toplanmış ot bağlamaları ona məxsus heyvanlar tərəfindən məhv edilsə idi, onda iddiaçı onunla bağlı müvafiq qurumlara şikayət edər, bununla bağlı ona həmin qurumlardan xəbərdarlıq edilərdi ki, belə bir hal baş verməmişdir. Bundan əlavə, sonuncu məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini bir daha qəbul etməyərək, izahatında əlavə olaraq göstərdi ki, iddia ərizəsində yalan məlumatlar göstərilmişdir. Bir daha bildirir ki, ona məxsus camışlar iddiaçının 10000 ədəd ot bağlamasını yeməmişdir. Ümumiyyətlə, yay fəslində mal-qara çürük saman yemir. Dəfələrlə qarşı tərəflə aralarında torpaq üstündə mübahisələr olmuş, hətta Siyəzən RPŞdə araşdırma aparılmışdır. Odur ki, iddia əsassız olduğundan onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Siyəzən rayon Beşdam bələdiyyəsinin sədri Nümayəndə1 iddia tələbinə münasibətdə izahatında göstərdi ki, İddiaçı icarə müqaviləsi əsasında Siyəzən rayon Beşdam bələdiyyəsinə məxsus torpaq sahəsindən istifadə edir. İcarə müqaviləsi 10 ay müddətinə bağlanılır, eyni zamanda iddiaçı tərəfindən müvafiq qaydada dövlət rüsumu ödənilsə də, müqaviləni hal-hazıradək sonuncuya təqdim etməmişdir. Bundan başqa, iddiaçıya məxsus torpaq sahəsi Ağsiyəzən, cavabdehin torpağı isə Zərgərli ərazisində yerləşməklə, onlar arasında torpaqla əlaqədar mübahisələr olmuşdur. Belə ki, iddiaçının nümayəndəsi Nümayəndə2 ona məxsus ot bağlamalarının cavabdehin camışları tərəfindən yeyilməsi, həmçinin dağıdılması ilə bağlı bələdiyyə müraciət etmiş, o da işçilərlə birlikdə ərazidə olarkən dağılmış ot bağlamaları görsə də, bu bağlamaların məhz cavabdehə məxsus heyvanların dağıtmasının bilavasitə şahidi olmamışdır. Odur ki, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Şahid2 məhkəmə iclasında ifadəsində göstərdi ki, bir il olar iddiaçıya məxsus fermada işləyib, oranın idarəçiliyi ilə məşğul olaraq, həm sonuncuya, həm də özünə məxsus mal-qaraya baxır. Belə ki, 2022-ci ilin may ayında iddiaçıya məxsus fermaya gələrək, sonuncu ilə payızda həmin fermaya gəlməsi ilə bağlı razılaşmış, habelə 11 oktyabr 2022-ci il tarixdə həmin təsərrüfata gəlmişdir. O, sözügedən təsərrüfata gələrkən, iddiaçının atası olan Nümayəndə2 təxminən 700-800 ədəd ot bağlamasını (küləşi) təhvil almışdır. Həmçinin, Nümayəndə2 ona məxsus ot bağlamalarını Cavabdeh heyvanlarının dağıtmasını bildirsə də, o, Nahidə məxsus heyvanların qarşı tərəfin ot bağlamalarını yeyibdağıtmasının bilavasitə şahidi olmamışdır. İşdə olan Siyəzən rayon Beşdam bələdiyyəsinin 28 noyabr 2003-cü il tarixli 25 nömrəli qərarının, eləcə də bu bələdiyyənin sədri X1 ilə icarəçi Cavabdeh arasında bağlanmış, torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 noyabr 2023-cü il tarixli, 11 nömrəli müqavilənin surətlərindən görünür ki, Siyəzən rayon Beşdam bələdiyyəsinin 28 noyabr 2003-cü il tarixli, 25 saylı qərarı əsasında Bələdiyyənin inzibati ərazisindəki 655 hektar torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə 25 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. İşdə olan Siyəzən rayon Beşdam bələdiyyəsinin sədri Nümayəndə1 ilə icarəçi İddiaçı arasında bağlanmış, torpaq sahəsinin icarəyə verilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli, 03 nömrəli müqavilədən görünür ki, Siyəzən rayon Beşdam bələdiyyəsinin 02 sentyabr 2022-ci il tarixli, 01 saylı əmri əsasında Bələdiyyənin inzibati ərazisindəki daxilində çoban evləri və tövlələr olan 150 hektar torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə 10 ay müddətinə, yəni 05 iyul 2023-cü il tarixə kimi İddiaçı icarəsinə verilmişdir. İşdə olan 12 iyul 2023-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 150 (yüz əlli) manat rüsum ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinin İ və İİ hissəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yenə bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yenə bu Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərindən də göründüyü kimi heyvanın nəzarət altında olmasından, itməsindən və ya qaçmasından asılı olmayaraq heyvanın başqalarına vurduğu zərərin əvəzini ödəməyə məhz həmin heyvanın sahibi borcludur. Bu mənada, işin faktiki halları ilə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 2022ci ilin iyun, iyul, avqust və sentyabr aylarında Cavabdeh məxsus 30 baş iribuynuzlu və 80 baş qaramal sürüsünün şəxsi ərazisinə daxil olaraq 10000 ədəd ot bağlamasını yeyibdağıtdığını, yerlə-yeksan etdiyini, nəticədə, ona 20000 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də, o, tələbinin əsası kimi istinad etdiyi bu halları təsdiq edəcək mötəbər sənəd və ya sübut malik olmamış, habelə belə bir sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Yəni, iddiaçı ilk növbədə əraziyə heyvanların daxil olmasını, daha sonra bu heyvanların məhz cavabdehə məxsus olması faktını müəyyən etməli və bu istiqamətdə addımlar atmalı olduğu halda, məhkəməyə hər hansı bir mötəbər sənəd və ya sübut təqdim etmədən torpaq sahəsinə iribuynuzlu heyvanların daxil olması ilə əlaqədar ot bağlamalarına ziyan dəydiyinə görə ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi mülki qanunvericiliyin tələblərinə ziddir ki, belə olan halda da cavabdehə münasibətdə iddia tələbinin bu hissədə təmin edilməsi istisna edilir. Hətta, İddiaçı vəsatəti əsasında dəvət edilmiş Şahid2 belə ifadəsində Cavabdeh məxsus heyvanların iddiaçıya aid ot bağlamalarını yeyib-dağıtmasının bilavasitə şahidi olmadığını göstərmiş, bununla da, cavabdehin iddiaçıya hər hansı bir formada zərər vurmamasını, sonuncunun hüquqlarını pozmamasını bir daha təsdiqləmişdir. Bütün bu sadalanan hallar isə sonda İddiaçı istinad etdiyi halların təkzib olunması ilə nəticələnmişdir. Göründüyü kimi Cavabdeh hərəkətləri ilə İddiaçı zərər vurması işin faktiki halları və tədqiq olunmuş mötəbər sübutlarla inkar edilmişdir. Eyni zamanda, İddiaçı icarəsinə verilmiş 150 ha otlaq sahəsinə Cavabdeh tərəfindən qanunsuz müdaxilə edilməsinin qadağan olunmasını tələb etsə də, məhz atası, nümayəndəsi Nümayəndə2 hazırda ərazilərinə hər hansı bir formada müdaxilənin olmadığını bildirmişdir ki, bu da iddiaçı tərəfin ərazisindən sərbəst şəkildə istifadə etmək imkanının olmasına, həmçinin bu imkanın hər hansı bir formada məhdudlaşdırılmamasına dəlalət edir. Bununla da, hazırda Cavabdeh tərəfindən İddiaçı qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsinə qanunsuz müdaxiləsinə qadağa qoyulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən tələb üzrə ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsinə qanunsuz müdaxiləsinə qadağa qoyulması və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-506/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-506/2023
13.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver