Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-52/2021 05.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borc müqavilələrinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc müqavilələrinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli borc müqavilələrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 2018-ci il tarixdə xəstə uşağının müayinəsi və müalicəsi ilə əlaqədar olaraq Cavabdeh 1120 manat borca pul istəmişdir. Sonuncu ona pul verə biləcəyini bildirmiş və bu halın təsdiq edilməsi məqsədilə aralarında sadə yazılı qəbz imzalanmışdır. Buna baxmayaraq, həmin pul məbləği ona real şəkildə təqdim edilməmişdir. Cavabdeh pulun verilməmə səbəbi kimi həmin vaxt üzərində pulunun olmadığını bəhanə etmiş və qısa zaman kəsiyində verəcəyini bildirmişdir. Daha sonra, xx xxxx 2018-ci il tarixdə Cavabdeh onu çağıraraq aralarında ona pulu geri qaytaran zaman üstündə əlavə 1000 manat olmaqla, ümumilikdə 3000 manat pul verilməsini özündə əks etdirən müqavilə bağlamalarını təklif etmişdir. Cavabdeh faizə pul verməsindən məlumatlı olduğundan, eyni zamanda, uşağının səhhəti ilə əlaqədar pul vəsaitinə ehtiyacı olduğundan bu təkliflə razılaşmış və nəticədə müqavilə onlar tərəfindən imzalanmışdır. Bundan başqa, o, uşağının səhhəti ilə bağlı çaşqın və gərgin vəziyyətdə olduğundan imzalanmış müqavilənin nüsxəsini götürmək belə, yadından çıxmışdır. Lakin o, cavabdehdən ümumilikdə cəmi 2000 manat məbləğində pul götürmüşdür. Cavabdeh onun düşdüyü çətin vəziyyətdən istifadə edərək, əslində xx xxxx 2018-ci il tarixdə bağlanmış bir müqavilə əvəzinə əlavə olaraq xx xxxxx 2018-ci il tarixli müqaviləni də ortaya çıxardaraq onu əsassız bor öhdəliklərinə cəlb etmişdir. Odur ki, iddianın təmin olunması və əsassız tərtib edilmiş borc müqavilələrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx xxxx 2018-ci il tarixdə cavabdeh İddiaçı onun yanına gəlmiş, xəstə uşağının müalicəsi üçün pul lazım olduğunu bildirərək 3 ay müddətinə qaytarmaq şərti ilə ondan 1120 manat məbləğində borc pul almışdır. Bununla bağlı İddiaçı ilə aralarında sadə yazılı razılaşma da vardır. xx xxxxx 2018-ci il tarixdə cavabdeh ondan borc müqaviləsi əsasında yenidən 12 ay müddətinə, yəni xx xxxxx 2019-cu il tarixədək birdəfəlik qaytarmaq və əsas məbləğin illik 50%-ni əlavə ödəmək şərti ilə 3000 manat məbləğində borc pul almışdır. Bir müddət sonra yəni, xx xxxx 2018-ci il tarixdə cavabdeh borc müqaviləsi əsasında yenidən 12 ay müddətinə, yəni xx xxxx 2019-cu il tarixədək birdəfəlik qaytarmaq və əsas məbləğin illik 50%-ni əlavə ödəmək şərti ilə ondan 3000 manat məbləğində borc pul almışdır. Aralarında bağlanmış borc müqavilələrinə və razılığa baxmayaraq, cavabdeh borcundan heç bir ödəniş etməmişdir. Belə olan təqdirdə o, məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmış və İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı onun xeyrinə 5505 manat əsas, 300 manat faiz borcu olmaqla, cəmi 5805 (beş min səkkiz yüz beş) manat borcun tutulması qət edilmişdir. İddiaçı qeyd edilən qətnamədən narazı qalaraq yuxarı instansiya məhkəmələrinə müraciət etsə də, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının hazırkı iddiasının heç bir əsası olmadığından iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan xx xxxxx 2018-ci və xx xxxx 2018-ci il tarixli borc müqavilələrinin surətlərindən görünür ki, müvafiq olaraq Cavabdeh İddiaçı hər bir müqavilə üzrə 3000 manat olmaqla, 12 ay müddətinə illik 50 % ödəmək şərtilə cəmi 6000 manat məbləğində pul vermişdir. İşdə olan xx xxxx 2018-ci il tarixli qəbzin surətindən görünür ki, cavabdeh iddiaçıdan 1120 manat pul götürməsini və 3 ay müddətinə qaytaracağını qeyd etmişdir. İşdə olan xx xxxx 2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçıya olan borcuna görə cavabdeh özünə məxsus əmək haqqı kartını iddiaçıya verməklə, onun bağlanmayacağı barədə öhdəlik götürmüşdür. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası üzrə iddianın qismən təmin edilməsi, İddiaçı Cavabdeh xeyrinə 5505 manat əsas, 300 manat faiz borcu olmaqla, cəmi 5805 (beş min səkkiz yüz beş) manat borcun, eləcə də, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 57 %-i, yəni 17,10 (on yeddi manat 10 qəpik) manatının tutulması, aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 138 manatın 43%-i, yəni 59,34 (əlli doqquz manat 34 qəpik) manatının iddiaçı Cavabdeh, 57%-i, yəni 78,66 (yetmiş səkkiz manat 66 qəpik) manatının isə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə isə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə göstərilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 30465 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 44-cü vərəqəsində olan xx xxxx 2018-ci il tarixli borc müqaviləsində borcalan qrafasındakı “Yç min manat pul aldım” “Hacıyeva Nuбahar Əsədulla qızı” əlyazmaları və həmin əlyazmaların qarşısındakı imzalar, eləcə də 45-ci vərəqəsində olan xx xxxxx 2018-ci il tarixli borc müqaviləsində borcalan qrafasındakı “Yç min manat pul aldım” “İddiaçı Əsəдyллa qızı” əlyazmaları və həmin əlyazmaların qarşısındakı imzalar İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən yazılı müqavilələr mövcuddur və həmin müqavilələrin etibarsız hesab edilməsi üçün hər-hansı mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, tərəflər arasında bağlanmış sözügedən borc müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur və bu əsasların olmadığı təqdirdə qanunun müəyyən etdiyi tərzdən kənara çıxmaların hər-hansı hüquqi qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Beləliklə mübahisə predmetini təşkil elən müqavilələrin etibarsız sayılması üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir şərt müəyyən edilməmişdir. Bunun əksinə, tərəflər arasında mübahisə predmeti olan müqavilələrdən irəli gələn öhdəliklər üzrə münasibətə müvafiq hüquqi qiymət verilmiş və bununla bağlı müxtəlif instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş aktları da mövcuddur. Bu hal isə özü-özlüyündə sözügedən müqavilələrin etibarsız hesab olunmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.2 və 339.3-cü maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Eyni zamanda onu da qeyd etmək olar ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;
2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, tərəflər mövcud vəziyyətdən məlumatlı olmuş və aldadıldığını iddia edən iddiaçı özünə münasibətdə əqdlərin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən, yəni xx xxxx 2018-ci il tarixdən bir il ərzində əqdi mübahisləndirməli olduğu halda bunu da etməmiş, yalnız 2020-ci ilin sentyabr ayının 21-də əqdi Siyəzən Rayon Məhkəməsində mübahisələndirmişdir. Belə ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Çünki, qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı “borc müqavilələrinin etibarsız hesab olunması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən : Bəylər Ələkbərov