Məhkəmə qərarları › İş №2(059)-530/2025

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-530/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-530/2025 10.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızı, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin məhkəmə tərəfindən qiymətləndirilərək müəyyən edilməsi və ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin məhkəmə tərəfindən qiymətləndirilərək müəyyən edilməsi və ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona dəyən maddi ziyanın məhkəmə tərəfindən qiymətləndirilməklə müəyyən edilərək, ona ödənilməsi və inzibati orqanların əməkdaşları tərəfindən vəzifə və səlahiyyətlərdən sui-istifadə halları nəticəsində cinayət tərkibli halların araşdırılmasının prokurorluğa həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən iddiaçıya qaytarılmalıdır. Belə ki, iddia ərizəsi öyrənilərkən iddia ərizəsində cavabdehin soyadı, adı və atasının adının, ünvanın qeyd olunmasına baxmayaraq, sonuncunun poçt ünvanının, eyniləşdirmə məlumatının (FİN) daxil edilmədiyi müəyyən olunmuşdur. Həmçinin, ərizədə cavabdehə qarşı yönələn tələb tam dəqiqləşdirilməmiş, cavabdehin hansı hərəkətləri nəticəsində ona maddi ziyanın dəyməsi, maddi ziyanın nədən ibarət olduğu və məbləğin nə qədər olduğu qeyd edilməmiş, bununla da cavabdehə qarşı yönələn tələbdə qeyri-müəyyənliyə yol vermişdir. Bundan başqa iddiaçı tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilsə də, hansı əsasla 30 manat məbləğində rüsum ödədiyi qeyd edilməmişdir. Belə ki, iddia tələbində maddi ziyanın konkret məbləği göstərilməmiş, iddia tələbi qiymətləndirilməyən iddia tələbi kimi qəbul edilsə belə, az miqdarda rüsum ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1 və 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət etmək hüququ olduğu izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin məhkəmə tərəfindən qiymətləndirilərək müəyyən edilməsi və ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ödənilmiş 31 manat dövlət rüsumu ilə birlikdə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar