Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-536/2023 27.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 Cavabdehnə (direktor, baş həkim Dadaş Hümbətov) qarşı “tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 Cavabdehnə (direktor, baş həkim Dadaş Hümbətov) qarşı “tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 Cavabdehndə (tibb müəssisəsində) müalicə zamanı baş həkim Dadaş Hümbətov tərəfindən pasiyentin xəstəliyinə uyğun olmayan “Tramadol” (dərman) preparatının təyin edilməsi nəticəsində iddiaçıya, onun sağlamlığına vurulmuş 800 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi, 8000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın verilməsi və ödənilmiş 108 manat dövlət rüsumunun qaytarılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı, iddia ərizəsində cavabdeh qismində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 Cavabdeh göstərsə də, əsl cavabdeh olan həmin X3rşı tələb yönəldilməmiş, maddi və mənəvi zərər həmin qurumun direktoru kimi göstərilmiş Dadaş Hümbətovdan tələb edilmişdir. Bununla da, yönəldiyi cavabdehlə bağlı yanlışlığa yol verilməklə, tələb dəqiqləşdirilməmişdir (aydınlaşdırılmamışdır). Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Sözügedən Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd olunan Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Sözügedən Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 108 (bir yüz səkkiz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 Cavabdehnə (direktor, baş həkim Dadaş Hümbətov) qarşı “tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, ödənilmiş 108 (bir yüz səkkiz) manat dövlət rüsumu ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-536/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-536/2023
27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver