Məhkəmə qərarları › İş №2(059)-548/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-548/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-548/2024 09.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 61500 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 13 ilə yaxın olar Siyəzən Rayon Mərkəzi Xəstəxanasında xadimə işləyir, həmçinin, təxminən 5 ildir həmin xəstəxanada sürücü işləyən Cavabdeh iş yoldaşı kimi tanıyır. Habelə, cavabdehlə münasibətləri normal olmaqla, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən 2023-cü ilin yay aylarında bir dəfə işdə olarkən Cavabdeh ona müraciət edərək, bizneslə məşğul olması üçün pul lazım olmasını bildirdikdə, cavabdehdən hansı bizneslə məşğul olacağını soruşmuş, sonuncu maşın alqı-satqısı edəcəyini, həmçinin bu işdə yaxşı gəlir olduğunu söyləmişdir. Daha sonra, Cavabdeh ona pul tapmaqda köməklik göstərməsini xahiş etmiş, habelə, bunun əvəzində bir neçə ay ərzində əldə edəcəyi qazancdan ona yaxşı pul verəcəyini vəd etsə də, konkret məbləği söyləməmişdir. Həmin vaxtlar oğlu Şahid1 Türkiyə Respublikasında ali təhsil aldığından pula ehtiyacı olmuşdur. Belə ki, əri həmin vaxt cəzaçəkmə müəsissəsində olduğu üçün təkcə özünün aldığı aşağı əmək haqqı xərclərini ödəməyə kifayət etmirdi. Ərinin 7 ilə yaxın Almaniyada yaşayan bibisi Ceyran Qasımova ona hissə-hissə, ümumilikdə 60000 manat pul göndərərək saxlamasını xahiş etməklə, Azərbaycana qayıtdıqda həmin pulla tibb sahəsində biznes açacağını və onu da yanında işə götürəcəyini demişdir. Qayınatası Şahid1 razılıq verməyəcəyini bildiyi üçün o, Cavabdehla aralarında olan bu söhbəti qaynatasından gizlətmiş, habelə, qayınanasına bildirdikdə, sonuncu ona ehtiyatlı olmasını məsləhət görmüşdür. Beləliklə, Cavabdeh səmimiyyətinə inandığından sonuncunun şərti ilə razılaşaraq, ilkin olaraq 16 iyun 2023-cü il tarixdə özü işdə olduğu üçün onun telefon zəngi əsasında qaynanası qarşı tərəfə evdən 5000 manat pul vermişdir. Ümumiyyətlə, borc verilmiş pulların hamısını onun sözü ilə qayınanası Şahid2 evdən vermişdir. Daha sonra, 08 iyul 2023-cü il tarixdə 9500 manat, 13 avqust 2023-cü il tarixdə 5000 manat, 15 avqust 2023-cü il tarixdə 10500 manat olmaqla, cavabdehə ümumilikdə, 30000 manat borc pul vermişdir. Şərtə görə, cavabdeh aldığı borcu 1-2 ay ərzində əlavə hörmət etməklə qaytaracağını vəd etsə də, pulu qaytarmamış, o da borc verməyi dayandırmışdır. Həmin ilin sentyabr ayında Vüsal alacaqları maşınların artıq gömrüyə gəldiyini deyərək, ona yenə də 30000 manat məbləğində borc pul tapıb köməklik göstərməsini xahiş etmiş, o, yenə də Vüsalın şirin vədlərinə inanaraq sentyabr və oktyabr aylarında hər dəfə 15000 manat olmaqla, ümumilikdə 30000 manat borcu sonuncuya vermişdir. Beləliklə, Cavabdeh 2023cü ilin iyun-oktyabr ayları ərzində ondan, ümumilikdə, 60000 manat borc pul almışdır. Həmçinin, Cavabdeh 2023-cü ilin oktyabr ayında, Bakı şəhərində təhsil alan qızının təhsil haqqını ödəmək üçün yalvararaq qaynanası Şahid2 1500 manat pul alıb iki günə qaytaracağını vəd etsə də, buna əməl etməmişdir. Dəfələrlə Vüsaldan borcunu qaytarmasını tələb edərkən, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmış və onu aldatmadığını, müflis olsa da, Sumqayıt şəhərində yerləşən özünə məxsus evini, adına olan “Kamaz” markalı yük maşınını sataraq borcunu tam ödəyəcəyini vəd etməklə onu sakitləşdirmək istəmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Vüsal bir neçə başqa şəxsi də aldadaraq, pullarını ələ keçirmişdir və buna görə də iki banka kredit ödəyir. Sonuncu dəfə 2023-cü ilin dekabr ayının axırlarında bir daha Cavabdeh müraciət edib, onu çıxılmaz vəziyyətdə qoyduğuna görə inzibati orqanlara müraciət edəcəyini söyləmiş, cavabdeh bir qədər möhlət verməsini xahiş etsə də, artıq sonuncunun sözlərinə inanmamış və onu tam aldatdığını başa düşərək, 15 yanvar 2024cü il tarixdə Siyəzən rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı müraciəti əsasında RPŞ-nin Təhqiqat Qrupunda toplanmış HK-1/50 nömrəli material Siyəzən rayon prokurorluğunda öyrənilərkən, tərəflər arasında münasibətlərin mülki hüquqi xarakterli olmaqla, mülki mühakimə icraatı qaydasında həll edilməli olması müəyyən edildiyindən həmin material 30 yanvar 2024-cü il tarixdə təkrarən RPŞ-nin TQna qaytarılmışdır. Bundan sonra, cavabdeh ondan aldığı pulu qaytarmadığı üçün qayınatası Şahid1 işin məhkəmədən kənar həll edilməsi məqsədilə Vüsalın atası Şahid3la görüşüb söhbət edərək, cavabdehin hərəkətləri barədə bildirdikdə, sonuncunun atası Şahid3 bu yaxınlarda oğlu Vüsalın başqa şəxslərə olan 70000 manat borcunu yenicə ödəyib qurtardığını bildirməklə, onlara bir qədər möhlət verilməsini, Vüsalın tezlikdə qızına toy edəcəyini və bundan sonra, borcun çox hissəsini qaytaracaqlarına söz vermişdir. Lakin, Cavabdeh qızına toy etməsinə baxmayaraq, bu günədək borcundan 1 manat da qaytarmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini qismən müdafiə edərək, izahatında göstərdi ki, 2023-cü ilin iyun-oktyabr aylarında Cavabdeh maşın alqı-satqısı ilə məşğul olması üçün ümumilikdə 60000 manat borc pul vermişdir. Belə ki, həmin məbləğin 5000 manatını ilk dəfə 2023-cü ilin iyun ayında evin küçə qapısının girişində özü şəxsən qarşı tərəfə təqdim etmiş, bundan sonra, 2023-cü ilin iyul ayında iki dəfə olmaqla, cəmi 9500 manat, həmin ilin avqust ayında isə 5000 manat məbləğində pulu onun tapşırığına əsasən, qaynanası Şahid2 Cavabdeh vermişdir. Daha sonra, 2023-cü ilin sentyabr ayında oğlu Şahid1 onun göstərişi ilə, 15000 manat pulu Cavabdeh çatdırmaq üçün sonuncunun qardaşı oğluna vermiş, həmçinin, 2023-cü ilin oktyabr ayında 15000 manat pulu evlərinin küçə qapısının qarşısında özü Cavabdeh şəxsən təqdim etdikdən sonra, sonuncu pulu sayıb ondan götürmüşdür. Bundan başqa, Cavabdeh 1500 manat pulu qızının təhsilinə görə qayınanası Şahid2 borc alsa da, həmin pulu da qaytarmamış, lakin qeyd edilən məbləğin ona heç bir aidiyyəti olmamışdır. Beləliklə, nəticədə 2023-cü ilin iyun-oktyabr ayları ərzində Cavabdeh cəmi 60000 manat pulun verilməsinə baxmayaraq, sonuncudan bu barədə yazılı sənəd və ya iltizam almamışdır. Bundan əlavə, o, bu məbləği cavabdehə faizsiz vermişdir. Eyni zamanda, o, cavabdehin ona 2023-cü ilin iyun-sentyabr aylarında aldığı borcdan cəmi 5000 manat qaytarmasını qəbul etsə də, qeyd edilən məbləğin 60000 manata aidiyyəti olmamasını, cavabdehə əvvəllər verdiyi borcdan qaytarılmasını bildirir. Bundan başqa, qarşı tərəfdən 60000 manat deyil, 30000 manat borcunun qaytarılmasını tələb edərək, iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2013-cü ildən “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də sürücü işləməyə başlamış və həmin müddət ərzində, yəni 2014-cü ildə həmin xəstəxanada xadimə işləyən İddiaçı ilə tanış olmuşdur. Ötən müddət ərzində onların arasında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. İddia tələbinə münasibətdə isə qeyd edir ki, o, İddiaçı 60000 manat deyil, cəmi 16 500 manat pulu hər ay 10% ödəmək şərti ilə almışdır. Belə ki, ilk dəfə 2023-cü ilin iyun ayında 5000 manat pulu İddiaçı özündən götürmüş, həmçinin bu zaman heç bir yazılı sənəd imzalamamışdır. 2023-cü ilin avqust ayında isə “Xəzər” markalı avtomobilini sataraq həmin 5000 manat əsas, 500 manat isə faiz borcunu iddiaçıya məxsus bank kartına göndərməklə, qaytarmışdır. Bundan sonra, isə yenə 2023-cü ilin sentyabr ayında İddiaçı oğlu Rafiqdən 5000 manat pulu eyni faiz dərəcəsi ilə götürmüş, habelə həmin məbləği geri qaytarmamışdır. Daha sonra, 2023-cü ilin sentyabr ayında İddiaçı yaşadığı Siyəzən şəhəri, ünvan 1 ünvanında eyni qaydada sonuncudan 3000 və 3500 manat pul götürmüşdür. Belə ki, ümumilikdə İddiaçı 16500 manat pul götürmüş, habelə bu məbləğdən 5000 manat qaytarmış, hazırda sonuncuya 11500 manat borcu qalmış, lakin, ödədiyi 10 000 manat faizləri nəzərə alındıqda, Mətanətə heç bir borcu qalmamışdır. Həmçinin, iddiaçının qayınanası Şahid2 hər hansı məbləğdə borc pul almamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Şahid2 məhkəmə iclasında ifadəsində göstərdi ki, İddiaçı, oğlu Ramin Ağayevin arvadı olmaqla, sonuncular onunla birlikdə Siyəzən şəhəri, ünvan 1 ünvanında yaşayır. Belə ki, Cavabdeh ilə aralarında normal münasibətləri olmuş, habelə sonuncu onların evinə gedib-gəlməklə, yanaşı, düşmənçilik və ədavətləri olmamışdır. Belə ki, o özü, dişlərinin müalicəsi üçün saxladığı puldan 1500 manatı Cavabdeh övladının təhsil haqqının ödənişini etməsi üçün vermiş, habelə həmin pul ona qaytarılmamışdır. Bundan başqa, Almaniya Federativ Respublikasında yaşayan baldızı Ceyran, İddiaçı saxlaması üçün pul vermiş, habelə sonuncu həmin puldan onun vasitəsi ilə Cavabdeh 2023-cü ilin iyun ayından oktyabr ayınadək yaşadığı Siyəzən şəhəri, ünvan 1 ünvanında 2000, 3000, 5000 və 10000 manat olmaqla ümumilikdə 20000 manat pul vermiş, habelə bu barədə əri Şahid1 məlumatı olmamışdır. Belə ki, Cavabdeh, gəlini Mətanətə avtomobillərin alqısatqısı ilə məşğul olmaq üçün pul lazım olduğunu bildirmiş, habelə sonuncudan borc olaraq pullar almışdır. Şahid1 məhkəmə iclasında ifadəsində göstərdi ki, Cavabdeh və onun atası Şahid3 təxminən 20 ildən artıq müddətdir ki, tanımaqla, yanaşı, aralarında normal münasibətləri olmuşdur. Belə ki, 17 noyabr 2023-cü il tarixdə yaşadığı evdə olarkən, Cavabdeh onun mobil telefonuna zəng edərək, gəlini İddiaçı onu nalayiq ifadələr ilə təhqir etdiyini bildirmişdir. Bu zaman, Cavabdeh gəlini Mətanətin onu hansı səbəbdən təhqir etdiyini soruşmuş, cavabdeh isə Mətanətdən borc pul alması ilə bağlı aralarında anlaşılmazlıq yarandığını, habelə borcunu qaytaracağını qeyd etmişdir. Bundan sonra o, Mətanətin bu əməlindən sonuncuya və arvadı Fədayəyə əsəbiləşmiş, hətta onları evdən qovmuşdur. 18 noyabr 2023-cü il tarixdə, saat təxminən 10-11 radələrində Vüsalın atası Şahid3 ona zəng edərək, görüşmək istədiyini bildirmiş, o da, sonuncunu yaşadığı evə dəvət etmişdir. Belə ki, həmin tarixdə, günorta saatlarında Şahid3 onların yaşadığı Siyəzən şəhərində yerləşən Babək küçəsindəki 62 nömrəli evə gəlmişdir. Həmin vaxt Mətanət işdə olsa da, arvadı Fədayə evdə olmuş, habelə sonuncu hadisələrdən məlumatlı olduğundan onu da, otağa dəvət etmişdir. Bu zaman, Şahid3 təzəlikcə Vüsalın başqa şəxslərə 70000-80000 manat məbləğində olan borcunu qaytardığını bildirmişdir. Bundan sonra o, gəlini Mətanətdən Vüsala verdiyi pulların siyahısını yazıb ona verməsini istəmiş, habelə həmin siyahını Firuza göstərmişdir. Daha sonra, Şahid3, ondan 20 noyabr 2023-cü il tarixdə, gecə saat 01:00-da Vüsalın da, iştirakı ilə Siyəzən şəhərində yerləşən “Qızılburun” tikinti materialları mağazasının qarşısında görüşərək, məsələyə aydınlıq gətirmələrini istəmiş və o, da öz növbəsində onlarla öz avtomaşınında rayon ərazisində yerləşən Təxirəsalınmaz X1rşısında görüşmüşdür. Bu zaman verdiyi kağızı Firuz oğlu Vüsala göstərmiş, sonuncu da, orada qeyd edilən 60000 manat pulun onun borcu olduğunu etiraf etmiş, habelə həmin pulları kredit borclarına ödədiyini bildirmişdir. Bundan sonra, Şahid3 60000 manat pulu bir dəfəyə deyil, hissə-hissə qaytaracaqlarına söz vermişdir. Daha sonra, Vüsal borcunu qaytarmadığından sonuncunun atası Firuz ilə əlaqə saxlayaraq, narazılıq etmişdir. Beləliklə, Vüsal ilə əlaqə saxlayarkən o, atasına zəng etməməsini, pulu özünün ödəyəcəyini bildirmişdir. Sonradan, arvadı Fədayə ilə birgə Vüsal ilə yenidən görüşmüş, habelə sonuncu satışda evlərinin və maşınının olduğunu, həmçinin qızına toy məclisini təşkil edəcəyini və oradan yığılan puldan da, borcunu qaytaracağını vəd etmişdir. Şahid3 məhkəmə iclasında ifadəsində göstərdi ki, o, İddiaçı 2006-cı ildən tanımaqla, aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Belə ki, oğlu Şahid3, İddiaçı borc pul alması barədə heç bir məlumatı olmamışdır. Bundan başqa, 2023-cü ilin payız fəslində Şahid1 onu evinə çağırmış, habelə oğlu Vüsalın onun gəlini İddiaçı 55000 manat borcu olduğunu bildirmişdir. Daha sonra o, oğlu Cavabdeh İddiaçı 55000 manat borcunun haradan yarandığını soruşmuş, Vüsal da, öz növbəsində Mətanətə qeyd edilən məbləğdə borcunun olmamasını demişdir. Bundan başqa o, Rafiqə oğlu Vüsalın borcunu qaytaracağına dair vəd verməmişdir. Bundan əlavə, 20 noyabr 2023-cü il tarixdə, gecə saat 01:00-da oğlu Vüsal ilə birlikdə Rafiqlə görüşsə də, orada oğlu olan cavabdeh qarşı tərəfə 60000 manat borcu olduğunu etiraf etməmişdir. İşdə olan Siyəzən RPŞ-nin TQ-nin təhqiqatçısı X4 tərəfindən 09 fevral 2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin ona müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Eyni zamanda, həmin qərardan görünür ki, Cavabdeh İddiaçı faizlə ümumilikdə 15000 manat pul almasını etiraf etməklə, yanaşı Şahid2 da faizsiz 1500 manat borc almasını bildirmişdir. İşdə olan 22 may 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 305 (üç yüz beş) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı iddianı qismən, yəni Cavabdeh 2023-cü ilin iyun-sentyabr aylarında cəmi 16500 manat pul verməsini sübut edə bilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinin İ, İV və V hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd olunan Məcəllənin 329-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 2023cü ilin iyun-sentyabr aylarında yarandığından Mülki Məcəllənin 739-cu və 740-cı maddələrinə münasibətdə hazırkı mübahisə üzrə həmin vaxt qüvvədə olan müddəalara diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı 2023-cü ilin iyun-sentyabr aylarında Cavabdeh 16500 manat məbləğində pul verməsi, habelə sonuncunun həmin vaxt iddiaçıdan bu pulu məhz borc olaraq almasının heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Belə ki, qanunla başqa hal müəyyən edildiyi halda, yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa bu müqavilə yazılı formada bağlanmalı olsa da, tərəflər mülki qanunvericiliyin tələblərinə əməl etməmiş, aralarında pulun verilməsi ilə bağlı şifahi razılaşmışlar ki, bu da nəticədə onlar arasında şifahi olaraq bağlanılmış əqdin (müqavilənin) etibarsızlığına səbəb olmuşdur. Bununla belə, məhkəmə iclasında tərəflərin izahatı, şahidlərin ifadələri eləcə də iş materiallarında olan mövcud sənədlər, o cümlədən digər mötəbər sübutlarla müəyyən olundu ki, tərəflər bir-birini tanımaqla, münasibətləri olmuş, daha sonra ehtiyac olduğuna görə Cavabdeh İddiaçı 2023-cü ilin iyun-sentyabr aylarında 16500 manat məbləğində pul almış, habelə sonuncu qeyd olunan məbləğin qaytarılmasını vəd etmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı hüquqi əsas olmadan 16500 manat məbləğində aldığı pulu qəbul etməklə, habelə sonuncudan bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, məhrum olanın, yəni iddiaçının vəsaitini tam olaraq qaytarmamışdır ki, bu da sonda cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Bundan əlavə, Cavabdeh aldığı puldan 5000 manatı qaytarsa da, qalan 11500 manat məbləği qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və sonuncunun tələb etmə hüququ yaranmışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh 2023-cü ilin iyun ayında aldığı 5000 manat pulu həmin ilin avqust ayında qaytarması ilə razılaşsa da, bu məbləğin tələb olunan 60000 manata daxil olmamasını qeyd etmiş, lakin qeyd edilən halı hər hansı sübutla təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan Məcəllənin 14-cü maddəsinin İ və İİ hissəsinin 7-ci bəndinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin birinci cümləsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh İmran oğlu İddiaçı 11500 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna və onun hesabına əsassız varlandığına görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Bununla belə, İddiaçı Cavabdeh qalıq 48500 manat pulu verməsini iddia etməsinə baxmayaraq, həmin məbləğin verilməsi iş materialları ilə sübuta yetirilməmiş, iddiaçı qeyd edilən halı şahid ifadələri ilə sübuta yetirməyə cəhd etməsinə baxmayaraq, məhkəmə iclasında ifadə verən şahidlərdən Şahid1 pulun verilməsi zamanı iştirak etmədiyindən, digər Şahid2 isə pulun bir qisminin ona məxsus olmasını qeyd etməklə, iddianın təmin edilməsində maraqlı şəxs olduğundan həmin şahidlərin ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə şahid ifadələrinə qiymət verərək qeyd edir ki, Şahid2 iddiaçının qohumu olmaqla onunla cavabdeh arasında olan münasibəti bildiyindən, habelə iş üzrə iddiaçı tərəfindən ifadə verməsi baxımından və beləliklə də, şahid qismində dəvət edildiyi tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduğundan əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, şahid ifadəsinin əsaslı və mötəbər olmamasına dəlalət edən hallardan biri də ifadə verilən zaman pulun verilmə qaydasının və məbləğinin düzgün göstərilməməsidir. Belə ki, İddiaçı iddia ərizəsində bütün məbləğin, izahatında isə 14500 manatın pulun Cavabdeh Şahid2 vasitəsi ilə verməsini qeyd etməsi, sonuncunun isə ifadəsində qeyd edilən məbləğlərinin deyil, cəmi 20 000 manat pulun onun vasitəsi ilə cavabdehə verilməsini göstərməsi işin faktiki hallarına münasibətdə ziddiyyətin və anlaşılmazlığın bariz nümunəsidir. Beləliklə, iddiaçının izahatı və şahidin ifadəsi arasında ortaya çıxan ziddiyyətli məqamlar sonda verilmiş izahat və ifadəyə daxili inamın yaranmaması ilə nəticələnmişdir. Belə olan təqdirdə isə verilən bu şahid ifadəsinin əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Eyni zamanda, iddiaçının sonradan iddia tələbini sonadək tam müdafiə etməməsi və qarşı tərəfdən tələbinin yarısını təşkil edən 30000 manat tələb etməsi, onun tələbdə göstərilən məbləği cavabdehə verməməsinə dəlalət edən başqa bir məqam olmaqla, iddia tələbinin qalan hissədə əsassız olmasının digər bir göstəricisidir. Bundan başqa, məhkəmə qeyd edir ki, İddiaçı qaynanası Şahid2 Cavabdeh verdiyi 1500 manat məbləğdə pulun sonuncudan alınaraq ona qaytarılması barədə iddia qaldırılması ilə əlaqədar hüquqi səlahiyyətə, o cümlədən subyektiv hüquqa malik olmaması nəzərə alınmalıdır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının bu hissədə qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 305 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı İddiaçı tərəfindən Cavabdeh tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 11500 (on bir min beş yüz) manat məbləğində pul tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş cəmi 305 (üç yüz beş) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar