Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-556/2021 01.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC BOKT-un nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 7 saylı binanın 48-ci mənzilinə görə dəymiş zərərin əvəzi kimi 17967 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 2013-cü ildə maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar kredit götürmək üçün "xxxx" ASC-nin Şabran filialına müraciət etmiş, həmin vaxtlar rəsmi iş yeri olmadığına görə ona kredit verilməsinin mümkün olmadığı bildirilmişdir. Bankla aralarında olan razılığa əsasən ona kredit ayrılması üçün anası Saatxanım Nadirovaya məxsus mənzili ipotekaya qoymalı olmuş, buna görə də qohumu, arvadının qardaşı oğlu Cavabdeh ilə görüşərək ona köməklik göstərməsini, yəni həmin mənzili alqı-satqı və ipoteka müqaviləsinə əsasən cavabdehin adına rəsmiləşdirməklə, sonuncuya veriləcək kredit pulunu ona verməsini təklif etmiş, o, da təklifini qəbul etdiyi üçün "xxxx" ASC-nin Şabran filialına müraciət edərək, kredit və ipoteka müqavilələrini rəsmiləşdirmişlər. Bundan sonra, bu məqsədlə Saatxanım Nadirovaya məxsus mənzili etibarnamə əsasında Cavabdeh adına keçirtmiş və "xxxx" ASC-nin Şabran filialına müraciət edərək, kredit və ipoteka müqavilələri rəsmiləşdirilmişdir. Beləliklə, ipoteka predmetini təşkil edən ümumi sahəsi 50,4 kv.m olan Siyəzən şəhərində yerləşən H.Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzili mülkiyyət hüququ üzrə 10 dekabr 2013-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. Kredit və ipoteka müqavilələri rəsmiləşdirilən zaman sözügedən mənzilin dəyəri ümumilikdə 25000 manat həcmində müəyyənləşdirilmiş, bank əməliyyatlarının baş tutması üçün şəxsi vəsaiti hesabına Cavabdeh əvəzindən banka 8000 manat ödəniş etmişdir. Bundan sonra, bankla cavabdeh arasında 13 noyabr 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi əsasında sonuncuya ona çatası 17000 manat kredit verilmişdir. Daha sonra, aylıq 405 manat kredit ödənişlərini o, ödəməyə başlasa da, 21 fevral və 21 dekabr 2015-ci ilin tarixlərində ölkədə baş verən böyük iqtisadi çöküntü onun da qrafik üzrə ödəməli olduğu kredit öhdəliklərini çətinləşdirmişdir. Bununla əlaqədar kreditin restrukturizasiyası məqsədilə, yəni onun imkanı çatan məbləğə müqavilə bağlanması üçün Cavabdeh banka müraciət etməsini bildirsə də, sonuncu bundan imtina etmişdir. Məhz bundan sonra, Cavabdeh məqsədli şəkildə əmlakını ələ keçirmək üçün bunu etdiyi ona məlum olmuşdur. Həmçinin, o, banka 12 dekabr 2013-cü il tarixdən 26 noyabr 2015-ci il tarixə kimi olan dövrdə cavabdehin əvəzindən 6740,07 manat ödəniş etmişdir. Nəhayət, Cavabdeh ona və qeyrilərinə qarşı “mənzildən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarındakı razılaşmanı pozmuşdur. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(059)-101/2019 saylı qətnaməsi ilə cavabdehin iddiası qismən təmin edilməklə, X5 mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Siyəzən şəhərində yerləşən H.Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzilindən məcburi qaydada çıxarılması və həmin mənzili boşaltması qət edilmişdir. Göründüyü kimi, sözügedən mənzili banka girov qoyaraq götürdüyü 17000 manat məbləğində pulun müəyyən hissəsini ödəsə də, sonradan maddi vəziyyəti pisləşdiyi üçün ödənişləri həyata keçirə bilməmişdir. Cavabdeh də bunu bəhanə edərək evi tamamilə ələ keçirmək üçün məhkəmədə iddia qaldırmışdır. Beləliklə, hesab edir ki, Cavabdeh razılaşdıqları kimi ya mənzili özünə qaytarmalı, ya da ona dəyən zərəri ödəməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun bibisinin əridir. O, hər hansı bir məbləğdə pul almamış və ya kiməsə ödəniş etməmişdir. Belə ki, ipoteka predmetini təşkil edən ümumi sahəsi 50,4 kv.m olan Siyəzən şəhərində yerləşən H.Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzili mülkiyyət hüququ üzrə 10 dekabr 2013-cü il tarixdə onun adına rəsmiləşdirilsə də, o, evi istəmir, habelə evin alqı-satqısı zamanı, eləcə də bank əməliyyatlarının aparılması üçün hər hansı bir məbləğdə vəsait sərf etməmişdir. Çünki, onun görülən işləri qarşılamaq üçün vəsaiti olmamış, o cümlədən evin dəyəri olan 25000 manatın 8000 manatlıq hissəsini İddiaçı özü şəxsi vəsaiti hesabına qarşılamışdır. Onun adına Bankdan alınan 17000 manat pulu və sənədləri isə İddiaçı almış, bir müddət onun adına olan kreditin aylıq ödənişlərini ona vəd etdiyi kimi ödəsə də, sonradan maddi çətinliyə görə ödənişləri həyata keçirə bilməmiş, nəticədə ondan bank tərəfindən əmək haqqından ümumilikdə 3100 manat pul tutulmuşdur. O, sadəcə olaraq iddiaçının dediklərini yerinə yetirmiş, həmçinin təqdim edilməklə, onun adına olan sənədlərə imza etmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC BOKT-un nümayəndəsi X6 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiqlənmiş, 13 noyabr 2013-cü il tarixdə 4Ə/222 reyestr sayı ilə qeydə alınmış 003/13 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X1 rayon Dövlət Notariat Kontorunda 27 noyabr 2008-ci il tarixli, 7E-1955 nömrə ilə reyestrdə rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən nümayəndəsi İddiaçı vasitəsilə xüsusi mülkiyyətində olan ümumi sahəsi 50,4 kv.m olan Siyəzən şəhərində yerləşən H. Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzilini Cavabdeh 25 000 manata satmış, o cümlədən mənzilin satış qiyməti 13 noyabr 2013-cü il tarixli, kr.003/13 saylı kredit müqaviləsinə əsasən kreditor ipoteka saxlayan "xxxx" ASC-nin tərəfindən alıcı ipoteka qoyana verilmiş kredit vəsaiti (17000 manat) hesabına ödənilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 mart 2019-cu il tarixli, 2(059)-101/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiası qismən təmin edilməklə, X5 mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Siyəzən şəhərində yerləşən H. Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzilindən məcburi qaydada çıxardılmış və o, həmin mənzili boşaltmışdır. İşdə olan 01 dekabr 2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 12 dekabr 2013-cü il tarixdən 26 noyabr 2015-ci il tarixə kimi olan dövrdə Cavabdeh adından "xxxx" ASC-yə 6740,07 manat ödəniş edilmişdir. İşdə olan digər 01 dekabr 2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 04 may 2015-ci il tarixdən 13 mart 2016-cı il tarixə kimi olan dövrdə "xxxx" ASC tərəfindən Cavabdeh əmək haqqından 2957 manat kredit borcu tutulmuşdur. İşdə olan "xxxx" QSC BOKT-un 10 sentyabr 2021-ci il tarixli, 526 nömrəli bildirişindən, eləcə də hesabdan çıxarışlardan görünür ki, 13 noyabr 2013-cü il tarixdə 4Ə/222 reyestr sayı ilə qeydə alınmış 003/13 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə görə Cavabdeh 11903,28 manat əsas, 1944,25 manat faiz borcu yaranmış, habelə sonuncu bu borcu ödəməyəcəyi təqdirdə, borcun ipoteka predmeti olan Siyəzən şəhərində yerləşən H. Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzilinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 20 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, proses iştirakçılarının izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019cu il tarixli qətnaməsi ilə məhkəmə iclasında müəyyən edildi ki, X1 rayon Dövlət Notariat Kontorunda 27 noyabr 2008-ci il tarixli, 7E-1955 nömrə ilə reyestrdə rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən nümayəndəsi İddiaçı vasitəsilə xüsusi mülkiyyətində olan ümumi sahəsi 50,4 kv.m olan Siyəzən şəhərində yerləşən H. Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzili Cavabdeh 13 noyabr 2013-cü il tarixdə Siyəzən rayon Dövlət Notariat Kontorunda bağlanmış eyni tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satarkən bu müqavilə ilə tərəflər iradələrini ifadə etmiş, biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmamışdır. Belə ki, hazırkı vəziyyətdə bağlanmış müqavilə tərəflərin iradəsini tam əks etdirməklə, onların hüquq və mənafeyinə uyğun imzalanmış, tərəflər Azərbaycan Respublikası mülki qanunvericiliyinin, eləcə də alqı-satqı və ipoteka müqaviləsinin tələblərindən irəli gələn öhdəliklərini lazımınca icra etmiş, o cümlədən, həmin əmlakın tərəflərin iradəsi ilə razılaşdırılmış dəyəri İddiaçı ödənilmiş və notarial qaydada müqavilə bağlandıqdan sonra cavabdehin bu əmlaka sahiblik, istifadə, dövlət reyestrində qeydiyyata alındığı vaxtdan isə sərəncam vermək hüququ yaranmışdır. Bundan əlavə, 13 noyabr 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Saatxanım Nadirova adından etibarnamə əsasında çıxış edən nümayəndəsi İddiaçı vasitəsilə xüsusi mülkiyyətində olan ümumi sahəsi 50,4 kv.m olan Siyəzən şəhərində yerləşən H. Talıbov küçəsindəki 7 saylı binanın 2 otaqdan ibarət 48-ci mənzilini Cavabdeh 25 000 manata satmış, o cümlədən mənzilin satış qiyməti 13 noyabr 2013-cü il tarixli, kr.003/13 saylı kredit müqaviləsinə əsasən kreditor ipoteka saxlayan "xxxx" ASC-nin tərəfindən alıcı ipoteka qoyana (Cavabdeh) verilmiş kredit vəsaiti 17000 manat hesabına ödənilmişdir. Eyni zamanda, bank əməliyyatlarının baş tutması üçün İddiaçı alıcı ipoteka qoyanın (Cavabdeh) adından evin dəyərinin 8000 manat hissəsini şəxsi vəsaiti hesabına ödəmiş, həmçinin yenə sonuncunun adından 12 dekabr 2013-cü il tarixdən 26 noyabr 2015-ci il tarixə kimi olan dövr ərzində "xxxx" ASC-nin xeyrinə 6740,07 manat ödəniş etmişdir. Sözügedən bu hal cavabdehin özü tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. Belə ki, Cavabdeh evin alqı-satqısı zamanı gedən proseslərdə hər hansı bir məbləğdə xərc çəkmədiyini, o cümlədən bank əməliyyatlarının baş tutması üçün hər hansı bir vəsait ödəmədiyini, evin dəyəri olan 25000 manatın 8000 manatlıq hissəsinin İddiaçı qarşıladığını göstərmiş, eləcə də 3100 manatdan əlavə kredit ödənişlərinin həyata keçirilməsi üçün vəsait sərf etmədiyini qeyd etmişdir. Lakin, sonradan tərəflər arasında münasibətlər pozulmuş, nəticədə iddiaçı cavabdehdən onun adından banka etdiyi ödənişlərin qaytarılmasını tələb etsə də, bu nəticəsiz qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 431-ci maddəsinin İ və İİ hissəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ümumilikdə 14740,07 manat məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 14740,07 manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 14740,07 (on dörd min yeddi yüz qırx manat 7 qəpik) manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-556/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-556/2021
01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver