Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-56/2021 26.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X6 iştirakı ilə iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə dəymiş ziyana görə cavabdehdən 254 manat 40 qəpik məbləğində pulun alınaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 X1 Bankın Şabran filialındakı AZ95İBAZ******************** nömrəli hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(059)-422/2020 saylı qərardadı ilə iddiaçı “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilib, işə sadələşdirilmiş qaydada baxılması mümkün hesab edilsə də, bu məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə, iş üzrə əlavə araşdırma zərurəti yarandığından mülki işə sadələşdirilmiş icraat qaydasında baxılması ləğv edilmiş və iddiaya baxılması üçün iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X9 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh Siyəzən meşəbəyliklərinin Ərziküş meşəbəyliyinin 6 saylı dolayının ərazisində 1,02 ha sahədə 14 baş xırda buynuzlu heyvanları otararkən müəssisənin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da, cavabdeh Azərbaycan Respublikası Meşə Məcəlləsinin 63-cü maddəsinin tələblərini pozmuşdur. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1995-ci il tarixli, 43 nömrəli qərarına əsasən “Azərmeşə” İstehsalat Birliyi şura iclasının xx xxxxxx 1996-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş meşə qanunvericiliyinin pozulmasına görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında təlimatın “a” bəndinin tələblərini pozmuş və bununla bağlı xx xxx 2020-ci il tarixdə akt tərtib edilmişdir. Bu protokola əsasən 254,40 manat məbləğində ziyan hesablanmış və ziyanın könüllü ödənilməsi üçün cavabdehə vaxt verilmiş, lakin sonuncu hal-hazıradək həmin ziyanı ödəməmişdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hal-hazırda onun şəxsi təsərrüfatında keçi yoxdur. Heç vaxt iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə görünən rəngdə və sayda keçisi olmamışdır. Əvvəllər təsərrüfatında olmuş 21 baş keçini isə sözügedən akt tərtib olunmazdan öncə, yəni xx xxxxx 2020-ci il tarixdə Niyaməddin Qəniyev adlı şəxsə satmışdır. Barəsində tərtib edilmiş aktla bağlı X18 Təsərrüfatı Mərkəzinə müraciət etmiş, mərkəzin aktın tərtib edilməsinə iştirak etmiş əməkdaşları isə sonradan onun yaşadığı ünvana gələrək, şikayət etməməsini xahiş edərək, cəriməni özlərinin ödəyəcəklərini bildirmişlər. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, şahid X7 ifadəsində göstərmişdir ki, o, X18 Təsərrüfatı Mərkəzində mühafizə mühəndisi vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə Mərkəzdə şöbə müdiri işləyən Siyəzən meşəbəyliyinin meşəbəyi X22 meşəbəyliyində 14 baş xırdabuynuzlu sahibsiz keçinin meşəyə girdiyini və 1,02 ha sahədəki tinglərin keçilər tərəfindən məhv edildiyini bildirmişdir. Bundan başqa, meşəbəyi Azər Əliyev həmin keçilərin ünvan 1 ünvanında yaşayan Cavabdeh məxsus olmasını da bildirmişdir. Meşəbəyinin sözlərinə inanıb, əlavə araşdırma aparmadan sözügedən aktı tərtib etmişdir. Lakin, məhkəmənin nəzərinə bir daha çatdırır ki, Cavabdeh izahat almaq üçün Mərkəzə dəvət etməmiş, əvvəllər də onu tanımamışdır. X2 ifadəsində göstərmişdir ki, o, X18 Təsərrüfatı Mərkəzində baş mütəxəssis vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə Mərkəzdə şöbə müdiri işləyən Siyəzən meşəbəyliyinin meşəbəyi X22 meşəbəyliyində 14 baş xırdabuynuzlu sahibsiz keçinin meşəyə girdiyini və meşənin 1,02 ha sahəsindəki tinglərin keçilər tərəfindən məhv edildiyini bildirmişdir. Bundan başqa, meşəbəyi Azər Əliyev həmin keçilərin ünvan 1 ünvanında yaşayan Cavabdeh məxsus olmasını da bildirmişdir. Meşəbəyinin sözlərinə inanıb, əlavə araşdırma aparmadan tərtib edilmiş aktı o da imzalamışdır. Amma qeyd edir ki, Cavabdeh izahat vermək üçün Mərkəzə dəvət olunmamışdır. X5 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə meşəbəyisi olduğu Siyəzən meşəbəyliklərinin Ərziküş meşəbəylininin 6 nömrəli dolayında yoxlama apararkən ərazidə 14 baş xırda buynuzlu keçinin olduğunu müəyyən etmişdir. Keçilər meşə təsərrüfatına ziyan yetirərək, aqrobağın 1,02 ha hissəsində əkilmiş tingləri yemişlər. O, həmin vaxt sözügedən meşəbəylikdə yoxlama aparan, lakin həmin vaxt ərazinin başqa hissəsində olan Qabil Zeynalova zəng edərək onu da köməyə çağırmışdır. Tanımadıqları şəxslərdən soruşarkən keçilərin ünvan 1 ünvanında yaşayan Cavabdeh məxsus olduğunu müəyyən etmişdir. Qeyd edir ki, Cavabdeh tanımır, onunla şəxsi ədavəti də yoxdur. X3 ifadəsində göstərmişdir ki, o, X18 Təsərrüfatı Mərkəzində meşəbəyi köməkçisi işləyir. xx xxx 2020-ci il tarixdə aktın doğruluğunu təsdiq etmək üçün Siyəzən meşəbəyliklərinin Ərziküş meşəbəylinə getmişdir. Həqiqətən əraziyə ziyan yetirilməsinin və yeni əkilmiş tinglərin yeyilməsinin şahidi olmuşdur. Xırda buynuzlu heyvanlar əraziyə girən vaxt, yəni xx xxx 2021-ci il tarixdə orada olmamış, keçiləri ərazidə görməmişdir. Akt ərazinin meşəbəyisinin məlumatına əsasən tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 X4 meşəbəyliyləri üzrə baş mütəxəssisi X11, meşə mühafizə mühəndisi X7, Ərziküş meşəbəyliyinin meşəbəyisi X13 və meşəbəyi köməkçisi X8 iştirakı ilə tərtib edilmiş, habelə iştirak etmədiyi halda Cavabdeh oğlunun da adı göstərilmiş xx xxx 2020-ci il tarixli aktdan görünür ki, Siyəzən meşəbəyliyinin Ərziküşt meşəbəyliyinin 6 saylı dolayının ərazisinə meşə gözətçisi Qalib Zeynalovun xx xxx 2020-ci il tarixli məlumatına əsasən baxış keçirilən zaman, Cavabdeh oğluna məxsus 14 baş keçinin 1,02 ha aqrobağdakı tingləri yeyərək, inkişafdan qalma dərəcəsinə gətirib çıxardığı məlum olmuşdur. Həmçinin, bu aktdan görünür ki, Cavabdeh yuxarıda qeyd edilən aktda imza etməmişdir. İşdə olan Azərbaycan Respublikası Nazirlər kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 30 saylı qərarına əsasən tərtib edilmiş cədvəldən görünür ki, Siyəzən meşəbəyliyinin Ərziküşt meşəbəyliyinin 6 saylı dolayının ərazisində olan 1,02 ha meşə təsərrüfatına 254,40 manat ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzinin meşə mühafizə mühəndisinin xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolunun və bu mərkəzin direktorunun xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh aid 14 baş keçi Siyəzən meşəbəyliyinin Ərziküşt meşəbəyliyinin 6 saylı dolayının ərazisindəki 1,02 ha aqrobağa zərər vurmuş, bu səbəbdən də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(059)-34/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzinin direktoru Bəybala Allahyarovun xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinin İ və İİ hissəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yenə bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələbləri, eləcə də tədqiq edilmiş sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, heyvanın nəzarət altında olmasından, itməsindən və ya qaçmasından asılı olmayaraq heyvanın başqalarına vurduğu zərərin əvəzini ödəməyə məhz həmin heyvanın sahibi borcludur. Hazırda, iddiaçı dövlət mülkiyyətində olan aqrobağa xırda buynuzlu heyvanların daxil olması ilə əlaqədar tinglərə ziyan dəydiyinə görə dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir ki, bu da mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, xx xxx 2020-ci il tarixdə Siyəzən meşəbəyliyinin Ərziküşt meşəbəyliyinin 6 saylı dolayının ərazisində 1,02 ha meşə sahəsində sahibsiz 14 baş xırda buynuzlu heyvanın, yəni keçinin orada əkilmiş tingləri yeməsinə baxmayaraq, qeyd edilən heyvanların cavabdehə məxsus olması faktı müəyyən edilməmiş, habelə sonuncunun həmin məqamda sözügedən heyvanlarla hər hansı bir bağlılığı müəyyən edilməmiş, heyvanların sahibinin (sahiblərinin) müəyyənləşdirilməsi istiqamətində hər hansı bir addım atılmamışdır. Digər tərəfdən, baş vermiş hadisə ilə bağlı xx xxx 2020-ci il tarixdə aktın tərtib edilməsinə baxmayaraq, bu akt formal məlumatlara əsaslanmaqla, tərtib edilmişdir. Çünki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 X4 meşəbəyliyləri üzrə baş mütəxəssisi X11 və meşə mühafizə mühəndisi X7 məhkəmə iclaslarında verdikləri ifadələrdə meşəbəyliyinin ərazisinə daxil olmuş heyvanların sahibsiz olduğunu göstərməklə, yanaşı bu barədə meşəbəyi Azər Əliyev vasitəsilə məlumatlandırıldıqlarını, həmçinin Cavabdeh tanımadıqlarını, sonuncunun izahatının alınması üçün X18 Təsərrüfatı Mərkəzinə dəvət edilmədiyini, digər şahid meşəbəyi köməkçisi X12 isə heyvanların əraziyə daxil olmasını ümumiyyətlə görmədiyini, baş verənlərdən meşəbəyi Azər Əliyev vasitəsilə xəbərdar olduğunu göstərmişlər. Hətta, meşəbəyi Azər Əliyev ifadəsində Siyəzən meşəbəyliklərinin Ərziküş meşəbəylininin 6 nömrəli dolayında yoxlama apararkən ərazidə 14 baş xırda buynuzlu heyvanın, yəni keçinin olduğunu müəyyən etdiyini qeyd etsə də, həmin vaxt heyvanlar yemlənərkən onların sahiblərinin ərazidə olmasını, habelə, heyvanların Cavabdeh aid olduğunu öyrənməsinə baxmayaraq, həmin məlumatların alınma mənbəyini göstərə bilməmişdir. Bütün bu qeyd edilənlər isə iddiaçı tərəfin sübutların alınma mənbəyinin mötəbərliyinə şübhə yaratmaqla, Cavabdeh münasibətdə həmin sübutları əhəmiyyətsiz edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan Məcəllənin 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Bundan əlavə, baş vermiş hadisə ilə bağlı xx xxx 2020-ci il tarixdə akt tərtib edilərkən Cavabdeh də iştirak etdiyi göstərilsə də, sonuncu bu aktı imzalamamış, ümumiyyətlə, aktda bu hala qiymət verilməmiş, səbəblər göstərilməklə, müvafiq qeydlər aparılmamışdır. Eyni zamanda, aktın tərtib edən şəxslərin məhkəmə iclasında qeyd etdiklərinin özü də Cavabdeh aktın tərtib edilməsində iştirak etməməsinə, ümumiyyətlə bu formal prosesdən məlumatının olmamasına dəlalət edir. Beləliklə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən aparılmış səthi araşdırma cavabdeh barədə iddiaçı tərəfdə düzgün olmayan nəticənin gəlinməsinə əsas vermiş, habelə cavabdehi hüquqpozmanın subyektinə çevirmişdir. Bu vəziyyətdə cavabdeh kimi Cavabdeh deyil, qanunsuz olaraq meşəbəyliyin ərazisinə daxil olan heyvanların əsl sahibinin (sahiblərinin) çıxış etməli olmasına baxmayaraq, iddiaçı mülki qanunvericiliyin tələblərini pozmaqla Cavabdeh hazırkı tələb üzrə cavabdeh qismində cəlb etdiyindən, o cümlədən sonuncu cavab verməli şəxs olmadığından ona münasibətdə iddia tələbinin təmin edilməsi istisna edilir. Bununla da, hazırda Cavabdeh tərəfindən iddiaçı tərəfin qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə — büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzi büdcə təşkilatı olduğundan hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X18 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-56/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-56/2021
26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver